Dubai

Dubayın Bənzərsiz Terrasları

Dubayın Bənzərsiz Terrasları http://www.visitdubai.com/az/articles/most-unique-rooftops-in-dubai 20170112T123811 20170115T174553:636200991534043980 Dubayda mətbəxləri kəşf edin Dubayın dam üstü məkanlarına getmək üçün ən yaxşı vaxt qışdır - məhz bu vaxtda siz Körfəzin üzərində günəş batışını və böyük şəhərin parıldayan işıqlarını seyr edə bilərsiniz. Rəqs etmək, dincəlmək və qəribə dekordan zövq almaq istəyinizdən asılı olmayaraq, burada bütün zövqlər üçün nə isə var. Xüsusi olaraq sevdiklərimizi təqdim edirik...
Dubayda dam üstü terrasda ulduzların altında bütün gecəni rəqs edin

Dubayın ulduzlar altında yerləşən terrasları ən qızğın yerlərdəndir



Dubayın dam üstü məkanlarına getmək üçün ən yaxşı vaxt qışdır - məhz bu vaxtda siz Körfəzin üzərində günəş batışını və böyük şəhərin parıldayan işıqlarını seyr edə bilərsiniz. Rəqs etmək, dincəlmək və qəribə dekordan zövq almaq istəyinizdən asılı olmayaraq, burada bütün zövqlər üçün nə isə var. Xüsusi olaraq sevdiklərimizi təqdim edirik.


Mercury Lounge


Dubaydakı ən maraqlı terraslardan olan Mercury Lounge üçün Jumeirah Beach Road-a gedin. Bəli, qarşınızda qeyri-adi bir mənzərə açılacaq, bir tərəfdə Burj Khalifa və şəhər mərkəzi, digər tərəfdə isə Ərəb Körfəzi – amma buradakı sakitləşdirici atmosfer və oturmaq üçün rahat yerlər buranı Dubayın ən gözəl bina damlarından birinə çevirmişdir. Burada Aralıq dənizi taamlarından ilhamlanmış bir yemək seçimi, o cümlədən bir neçə nəfər tərəfindən kompaniya şəklində yeyilən yeməklər, yüngül birinci yeməklər və buranın daimi DJ-i və məftunedici saksofonçusunun həzin Ibitsa aurasını əks etdirən ifasının müşayiət etdiyi geniş içki menyusu var. Bütün ətrafınızı Dubayın üfüq xəttinin bürüməsinə baxmayaraq Mercury restoranının məqsədi sizə özünüzü xüsusilə Yunanıstanın seçilən və tanınmış adalarında hiss etdirməkdir.

Four Seasons Resort, Jumeirah Beach Şossesi, Jumeirah 2
+971 4 270 7804


mercury-lounge-2

Pure Sky Lounge


JBR (Jumeirah Beach Residence) Dubayda məşhur olan digər adlardan biridir. Bu qızğın otel və yaşayış mərkəzi dünyada bir kilometrə ən çox göydələnin düşdüyü bir yerdir. O həm də çimərlikdə yerləşir, Dubai Marina və JLT (Jumeirah Lake Towers) ilə birgə o, Dubayın “əyləncə üçbucağını” təşkil edir. Tam mərkəzdə isə eleqant və nisbətən daha rahat mühitə malik Pure Sky Lounge yerləşir. Bu münasib ada malik məkan Palm Jumeirah, JBR və kilometrlərlə çimərliklərə açılan möhtəşəm mənzərəyə malikdir. Burada dekor sadə və müdaxiləsizdir, ağ qamış oturacaqlar vardır və şüşə qoruyucuları mənzərəni qapamadığına görə maneəsiz geniş görüntü vardır. Burada yüngül yeməklər verilir və tunes "ceviche", keçi pendiri batırılmış marinad çuğundur kökü karpaççiosu kimi sağlıqlı seçimlər vardır. Yeni başlayanlar üçün qeyd: JBR, 40 km-dan çox uzana Jumeirah Beach səmtindən baxdıqda şəhərin digər tərəfindədir. “JBR” sözünü sürücüyə dəqiq tələffüz etdiyinizə əmin olun və ya Damac Properties stansiyasına metro götürün.

35-ci mərtəbə, Hilton Dubay, The Walk, JBR
+971 04 374 7888


pure-sky-lounge

Vii Lounge


“Çox çeşidli”, “qəribə”, "Alisa Möcüzələr Aləmində tərzində” – bu frazalar bu çox orijinal terras üçün qeyd edilən sözlərdən sadəcə bəziləridir. Adın özü də ikili məna ifadə edir və onu Vii və ya Seven adlandırmağınız fərq etməz (Vii/VII, Conrad otelin yeddinci mərtəbəsində yerləşir). 

Musiqinin ifa olunduğu bu klub da ikili təsir bağışlayır. Giriş bütün divar boyu zebra üslublu, gözəl taxta işləmələr və gözəl işıqlandırmaya malik divanlar olan hissədən başlayır.Daha sonra daha çox taxta işləməsi və işıqlandırması olan futurist bir tunelə daxil olur, və sonra isə əsl möcüzəvi bir yerə - binanın bir kənarında asılıb qalmış yaşıl bağa daxil olursunuz.

Burada həmçinin arkalı, müasir görüntülü dekora, ortadan asılmış qızıl çilçirağa, qəribə mebelə malik, oynamaq və ətrafdakılar ilə ünsiyyət üçün münasib geniş ərazi, üstəlik şəhər mərkəzinə möhtəşəm görüntü var.

Digər tərəfdə yastı kənarlı güzgüləri olan başqa bir dəbdəbəli yaşıl otaq var. Vii Lounge-u öz nahar sonrası görüşünüz üçün seçin - o, hər gün gecə saat 3-ə qədər açıq olur.

Yeddinci Mərtəbə, Conrad Oteli, Şeyx Zayed yolu
+971 50 169 6777


vii-lounge-2

Uptown Barı


Uptown Barın belə bir cansıxıcı adı olmasına şükür edin, çünki biz bu adın onun gizli statusuna (fasadındakı zövqsüz qayıq dizaynına baxmayaraq, bu, sanki sənin bir milyarderin kruiz gəmisində olmana bənzəyir) əlavə dəyər qatdığını düşünməyi xoşlayırıq. Jumeirah Beach otelin 24-cü mərtəbəsində yerləşən bu məkan həmişə məşhur Jamie’s Italian-ın üstündə yerləşir. Burada hər zaman dəniz və səmaya qeyri-adi mənzərəsi açılan rahat lounge-lar və yüksək masalar var. Uptown Bar özünün üslubu və qüsursuzluğu ilə seçilsə də buradakı ən yaxşı məqam onun çox rahatlıq verici olmasıdır, yəni siz sözün əsl mənasında düz çimərliyə qədər gəzərək gedə bilərsiniz, amma əvvəlcə bir köynək geyinməyiniz lazım gələ bilər. 

Burada çərəz menyusu var, amma daha ağıllı seçim ilk öncə aşağıda Jamie’s və ya Latitude-da daha sonra isə Uptown-da şam etməkdir. İçəri daxil olarkən tüstülü interyer sizi həvəsdən salmasın - irəli keçərək daha geniş terrasa çıxa bilərsiniz.

24-cü mərtəbə, Jumeirah Beach oteli, Madinat Jumeirah ilə yanaşı
+971 4 432 3232


uptown-bar

Atelier M


Gecələr Dubay Marina geniş kanal boyunca yavaş-yavaş yuxarı-aşağı hərəkət edən doular, lüks kruiz gəmiləri və əyləncə qayıqları ilə şəhərin ən heyrətamiz yerlərdən birinə çevrilir. Və Marinanı ən yaxşı onun mərkəzindəki restoranlar və klubların yerləşdiyi blokdan - Pier 7-nin damından müşahidə etmək olar və hər mərtəbədə isə fərqli bir restoran mənzərəsi olur. Pier 7-nin üst hissəsində isə bina təpəsindəki istirahət zonası, restoran və Dubayın ən məşhur gecə məkanlarından biri olan Atelier M yerləşir. Birinci mərtəbədə gözəl bir istirahət məkanı var, bu arada yuxarıda damda heyrətamiz səslər, rəqs meydanı, masa və divanlar ilə yanaşı füsunkar mənzərə açılır. Aşağıda terrasda və ya yuxarıda damda həzz ala biləcəyiniz keyfiyyətli Aralıq dənizi tərzində hazırlana menyudan molyusk, hisə verilmiş pomidor və sarımsaq krostini və talecio ilə hazırlanan açıq havada qurudulmuş mal əti pizzası, yabanı rukola və yonulmuş parmezan pendiri sifariş verə bilərsiniz.

Yeddinci mərtəbə, Pier 7, Dubay Marina
+971 4 450 7766


atelier-m

The Treehouse


Burj Khalifa-nın heyrətamiz həyətində dincəlin. Dünyanın ən yüksək bina qüllələrinin olduğu Business Bay-də kəhkəşanlı Taj Dubay otelinin üst mərtəbəsində yerləşən bu yerdə heyrətamiz bir fon və hətta daha füsunkar işıq şousu vardır. Chef de Cuisine Aabhas Mehrotra tərəfindən hazırlanmış Aralıq dənizi üslubundan güc alan menyuda dadlı yüngül təamlar yer alır, bu menyuda geniş içki seçimi də mövcuddur. İntibah üslublu dekor təkrarsızdır (rastgələ yerləşdirilmiş sobaya fikir verin). Bu yaxınlarda Treehouse-da yenidənqurma işləri gedib və bura daha da müasir görkəm alıb və buranı yamyaşıl vahəyə çevirən yeni istixana açılıb.

Üçüncü mərtəbə, Taj Dubay, Burj Khalifa küçəsi, Business Körfəzi
+971 4 438 3100


treehouse

Four Seasons-da Luna Sky Bar, DIFC


Sadə, müasir atmosferə malik Luna Sky Bar bu qeyri-adi məkandan səmərəli şəkildə faydalanmaq üçün digər bir yerdir. DİFC-dəki Four Seasons otelinin dam üstü terrasından siz Dubayın maliyyə rayonunun, Burj Khalifanın və Dubay Mərkəzinin qeyri-adi görüntülərini tuta bilərsiniz. İki oturma seçimi var: içəridə və ya çöldə terrasda. Yemək menyusu qısa olsa da xüsusi seçilmiş Yapon və Cənubi Amerika mətbəxi nümunələrini dada bilərsiniz - biz burada qara nanə və limonla marinə edilmiş soya ilə bişirilən toyuq ətini çox sevirik. Əsl DIFC-ə xas sadə zövqlü bu yer həm nahar öncəsi həm də nahar sonrası bir araya gəlmək üçün idealdır, bundan başqa burada ifa etdiyi asta musiqi sədaları altında sizə söhbət etmək imkanı yaradan DJ də xidmət göstərir.

Səkkizinci mərtəbə, Four Seasons DIFC, Bina 9, Gate Village
+971 4 506 0000


four-seasons-difc

Time Oak Urban Garden


Maraqlı bir dam üstü terras məkanı üçün Time Oak oteldəki Urban Gardenə üz tutun. "Slou Fud Dubay" layihəsinin bir hissəsi kimi, orqanik yeməklər ustası Laura Allais-Mare tərəfindən başladılan və Time Oak Otelinin damındakı Garden və Barsha Heights-dəki lüks nömrələr Dubayın könüllülük əsasında fəaliyyət göstərən yeganə orqanik bağıdır. Dörd ulduzlu otelin hovuz terrasında yerləşən bağda üzvi maddələr və gübrələrdən istifadə edilərək meyvə, tərəvəz və göyərti yetişdirilir. Ev şəraitində saxlanan ilk toxumlar keçən il əkilmiş və o vaxtdan bəri kiçik könüllülər ordusu orqanik məhsulların hətta Dubay kimi müasir şəhərlərin mərkəzində yetişdirilə və davamlı hala gətirilə biləcəyini sübut etmək üçün əllərindən gələni edirlər. Bu qızğın, yeməli vadi daim quşları və arıları özünə cəlb edir. Burada 50-dən çox növdə meyvə, bitki və tərəvəz yetişdirilir. Bütün qidalar bölgədə istehsal olunur və Slou Fudun "insan, boşqab və planet" arasında bağlantını tamamlayır.

Time Oak Otel və Suit, Barsha Heights (keçmiş Tecom)
+971 4 437 7888





Dubayın romantik restoranlarından birində unudulmaz bir gecə yaşayın və ya ən yaxşı dam üstü lounge-ları sınayın.

1209
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Otelləri və uçuşları axtarın

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin