Dubai

Dubayın ən yaxşı su əyləncələri

Dubayın ən yaxşı su əyləncələri http://www.visitdubai.com/az/articles/must-do-water-activities-dubai 20161010T153630:636117105904031139 20161116T161500:636149097002772763 Dubayda macəralı fəaliyyətləri kəşf edin Səhrasına görə tanınsa da Dubay suyu sevənlər üçün təəccüb doğuracaq dərəcədə zəngin bir tətil imkanı təklif edir. Su macərasını yaşamaq istəyən cütlüklərə adrenalinlə dolu flaybordinq, dərin dənizdə dalğıclıq ilə yanaşı Ərəb Körfəzində yelkənli qayıqda üzmək təklif olunur. Tətilinizi suda keçirmək istəyirsinizsə, Dubay sizin üçün ən ideal məkandır. Burada flaybordinqdən tutmuş dəbdəbəli yaxta turlarına qədər müxtəlif su əyləncə növlərinə rast gəlmək olar.

Dubayın islaq (və bəzən çılğın) əyləncələrinə baş vurun


Səhrasına görə tanınsa da Dubay suyu sevənlər üçün dolğun və zəngin bir tətil imkanı təklif edir. Su macərasını yaşamaq istəyən cütlüklərə adrenalinlə dolu flaybordinq, dərin dənizdə dalğıclıq ilə yanaşı Ərəb Körfəzində yelkənli qayıqda üzmək təklif olunur.

Aquaventure akvaparkı

Dünyanın ən böyük süni adası olan Atlantis The Palm-da Aquaventureakvaparkı yerləşir. Sürətli su təpəcikləri və dalğalı hovuz qəlbən hələ də uşaq olanları sevindirsə də bu akvaparkın digərlərindən fərqi sualtı əyləncələrə malik olmasıdır. Təhlükəsizlik dəbilqəsini geyinin və nəhəng Shark Lagoon hovuzunun dərinliyinə baş vurun. Burada sizi tropik balıqların, skatların və təbii ki, köpək balıqlarının müşayiəti ilə sualtı gəzinti gözləyir.

Suya baş vurmaq istəmirsiniz? Təmas hovuzuna gedərək qurşağa qədər suyun içərisinə girin və mehriban skatları öz əlinizlə yemləyin.

Atlantis "The Palm"
+9714 426 0000

In-Article-Atlantis-The-Palms-waterpark-Aquaventure



Ayaqüstü avarçəkmə


Şəhərin tanınmış fitness ulduzları ilə ayaqüstü avarçəkməni sınaqdan keçirin. Ayaqüstü avarçəkmə Dubayın ən sevilən su idman növlərindən biridir. Öz sakit suları və asanlıqla padlbord kirayə edə bilmək baxımından Sunset Beach çimərliyi bu idman növü ilə məşğul olmaq üçün ən ideal yerdir (hələ Surf House Dubayın möhtəşəm dada malik kofesini xatırlatmıram). Bu işlə ilk dəfə məşğul olanlar üçün on dəqiqəlik təlimat kifayətdir ki, öz avarlarını da götürüb suya baş vursunlar. Qaçış tempində kardioloji ağır hərəkətlərlə saatda 350 kalori itirməyə səbəb olacaq tərləməyə hazırsanmı? Əyləncədən daha artıq həzz almaq istəyirsən? Sübh çağı yoqa məşğələlərinə yazıl və ağac pozasında duraraq həqiqəti Burj Al Arab-in qarşısından axıb gedən aurada axtar.

Surf House Dubay
+9714 321 1309


In-Article-Stand-Up-Paddleboarding-Surf-House-Dubai


Al Boom dalğıclıq


Təcrübəli dalğıclar Dubay sahillərini kəşf etmək və regionun unikal sualtı aləmi ilə üz-üzə olmaq şansını əldə etmək üçün suya tullanacaqlar. Al Boom Diving həm lisenziyalı dalğıclar üçün xüsusi paketlər, həm də biliklərini təkmilləşdirmək istəyən həvəskarlar üçün dərslər təklif edir. Üzgüçülər lazımi ləvazimatlarla da təchiz edilir. Onlar Dubay sahilindən 4 km uzaqda yerləşən və mələk balığı, xanı balığı, durnabalığı və bir neçə tısbağanın olduğu World Island adalarında dalma əyləncəsi təklif edir.

Əl Quoz baş qərargahı
+9714 341 4940


In-Article-Al-Boom-diving-Dubai


Flaybord


Macəra həvəskarları, Dubayın yarış həvəskarlarının məkanı olan Ghantootda (şəhərdən 15 dəqiqəlik məsafədə) suya baş vuracaqlar. Flaybordinq, dəniz suyunu özünə tərəf çəkən, xüsusi hazırlanmış bel çantasına bərkidilmiş xırda bir kartonda girmiş macərapərəstlərin havada süzməsindən ibarətdir. "Flyboard UAE" hətta yeni başlayanların belə marina ətrafında manevr etməsinə imkan yaradır - sadəcə yerə çırpılmaq üçün ilk cəhdlərinizə hazır olun.

Flyboard UAE
+97150 233 1177

In_Article_Flyboard_Dubai_Visit_Dubai


Pierchic restoranı


Al Qasr kurortunun taxtalı pirsinin sonunda tuk-tuk ilə gedilməsi mümkün olan nahar restoranı Pierchic yerləşir. Masadan tavana qədər olan pəncərələrdən Ərəb körfəzinə əla mənzərə açılır. Yaxınlıqdakı Burj Al Arab, Al Qasr gölməçələrinə və palma ağacı əkilmiş sahilə gözəl mənzərəsi açılan terras isə həqiqətən heyrətamizdir və burada qonaqlar əsasən molyuskdan ibarət olan təzə dəniz məhsulları menyusunu çox bəyənəcəklər.

Əl Qasr, Madinat Jumeirah, Əl Sufouh Şossesi
+9714 366 6705


In-Article-Madinat-Jumeirah---Pierchic--Pier-View


Fərdi yaxta turu


Günorta çağı yelkənlə gəzinti üçün özəl icarəyə götürülmüş yaxtada dəniz və ya okeana doğru yönəlin. Sizin ekipajınız Dubayın ən yaxşı dəniz kənarı məkanları olan Burj Al Arab, Dubay Marina, və Palm Jumeirah-da dayanacaq və ən görməli yerləri ziyarət edəcək. Və ya sizin maraqlarınıza uyğun bir gündəlik hazırlayacaqlar. Müraciət əsasında nahar təmin olunur və göyərtədəki aşpaz kabab məclisi hazırlayır. Daha isti sularda üzmək üçün Ərəbistan körfəzinin dərinlikləridnə lövbər atın və ya təzə hammur balığı üçün suya qarmaq atın.

Eksklüziv yaxta kirayəsi, Dubay Marina
+9714 432 7233




540
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Tədbirlər
Global Village 2015-2016
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq