Dubai

Dubayda yeni və gözlənilən otellər

Gözlənilən Otellər http://www.visitdubai.com/az/articles/new-hotels-in-dubai 20160620T105444 20161108T190514:636142287144182642 Səfər Planı Nəhəng və iddialı planlara gəldikdə heç bir yer Dubaya tay ola bilməz. Ən hündür oteldən tutmuş ən lüks otelə qədər, şəhərin qonaqpərvərlik sahəsində öz qonaqlarına ən yaxşısını təklif etməsi məlumdur. Bəs bundan sonra nə gələcək? Burada Dubayda öz izini buraxacaq, yenicə açılmış və ya açılması gözlənilən yeddi oteli təqdim edirik. Dubayın Ən Son Otellərini Gözləyin

Dubayın ən son otel qruplarında istirahətə hazır olun


İnsan əli ilə düzələn saraya bənzər kurortlardan dizayner markalı rezidensiyalara qədər Dubayda siz kəşf ediləsi yeni otelləri həmişə tapacaqsınız. Burada Dubayı özünə məskən seçən ən yeni və ən çox gözlənilən otelləri təqdim edirik.




Yenicə Açılmış


St. Regis oteli


2015-ci ilin noyabrında açılmış St. Regis Dubayın qızğın Mərkəz Rayonuna ən son əlavədir. İnteqrasiya olunmuş kurortda damüstü hovuzlar, məşhur restoranlar və spa vardır - otelin interyeri Nyu-Yorkdakı ik St.Regis otelinin "beaux-art" memarlığından ilhamlanıb.

Al Habtoor City, Şeyx Zayed Yolu
+971 4 435 5555


St-Regis-Oteli


W Oteli


Dünya səviyyəlidən tutmuş möcüzəli mehmanxanalara qədər Al Habtoor Şəhərində yerləşən W Oteli həqiqətən də qonaqpərvərlik hüdudlarını genişləndirmə sahəsində hamıdan üstün yerdə durur. Təmiz xətləri və müasir dizaynı möhtəşəm xidmət üçün fon yaradır. İşçilər də mehmanxananın özü kimi görkəmlidir və sizin burada keçirdiyiniz vaxtı mümkün qədər yaxşı etmək üçün əllərindən gələn hər şeyi edirlər. Rahatlıq yüksək texnologiyalı formadadır, qeydiyyat masası isə 30-cu mərtəbədə yerləşir - bəli siz mehmanxanada otaq alan zaman panoramik görünüşdən ləzzət ala bilərsiniz. Qonaqlar hətta ‘W Insider’ xidməti vasitəsilə şəhərin hər yerində baş verən ən son və ən cəlbedici xəbərləri ala bilərlər. Məhz burada dəbi müəyyən edənlər özlərini tam rahat hiss edə bilərlər.

Al Habtoor City, Şeyx Zayed Yolu
+971 4 436 6666


WDubaiWFoyevəMehmanxanaVestibülüSalamlama

Nikki Beach Resort & Spa


Dubaya səyahət edən gənc, şıq turistlər üçün ən yeni seçim Nikki Beach Resort & Spa-dır. Yeni Pearl Jumeirahda yerləşən bu eksklüziv anklavda ultra-delüks villalar, suitlər, və Ərəbistan Körfəzinin tam sahilində yerləşən rezidenziyalar vardır. Kurortun ən seçkin restoranı Satine hovuza açılan mənzərəsi ilə əla nahar təklif edir, çimərlikdə isə daha sadə tərzli nahar təklif olunur. Bu yer öz dost qrupunuz və ya ailəniz ilə əylənmək üçün mükəmməl yerdir.

Palm Jumeirah
+971 4 376 6000


Nikki-Beach çimərliyi


Rove Downtown


Fərqli otel axtaran turistlər yeni Rove Downtown-u sınamalıdırlar. 14 mərtəbədə 420 otağa malik bu orta ölçülü otel öz dizayn və dəyər təklifi ilə, gecə saat 2-dəki check-out, pulsuz WiFi və 24 saatlıq fitnes zalı ilə fəxr edə bilər. Dubay Mall və DIFC arasında yerləşən bu otel həm biznes həm də əyləncə üçün idealdır və vasitəsiz check-in, baqaj dolabları və 24 saat işləyən paltaryuyan həyatı mümkün qədər asan edir.

312 Al Sa’ada küçəsi, Zabeel 2
+971 4 561 9999


Rove-Downtown-Dubay


Palazzo Versace oteli


Dubay Körfəzinin lap sahilində yerləşən Palazzo Versace şəhərin ən yeni dəb brendi otelidir. Sarayları xatırladan girişi, yüksək tavanı və mənzərəli bağları ilə otel Əmirliyin müasir şəhər görüntüsünə klassik memarlıq əsəri qatır. Otaqdakı bütün mebel və parçalar əlbəttə ki, Versace Dəb Evi tərəfindən hazırlanıb. Otel, 2017-ci ildə tamamlananda Dubay Kanalından yararlanmaq üçün mükəmməl şəkildə yerləşəcək.

Mədəniyyət Şəhərciyi, Al Jaddaf Ərazisi
+971 4 556 8888


Palazzo-Versace oteli


Four Seasons


Jumeirah Beach-dəki Four Seasons otelinə şəhərdəki çox yaxın bir əmlak olan Four Seasons DIFC də qoşulub. Otel, Dubay mərkəzində alış-veriş, nahar və atraksionlara yaxın olmaq istəyən biznes və əyləncə səyahətçiləri üçün əsas seçimdir.

Dubay Beynəlxalq Maliyyə Mərkəzi
+971 4 506 0088


Four-Seasons-DIFC


Steigenberger oteli


Lüks və qonaqpərvərlik yeni alman oteli, Steigenberger-in timsalında Biznes Körfəzinə gəlib. Bu, beş ulduzlu oteldə 365 qonaq otağı və suitlər, əla yeməklər təklif edən üç şıq nahar məkanı və fitnes mərkəzi var — bunların hamısı müasir, kozmopolit turisti nəzərə alaraq hazırlanıb.

Al Abraaj küçəsi, Biznes Körfəzi
+971 4 369 0000


Steigenberger-Oteli


İbis Styles Dragon Mart oteli


İbis Styles oteli yaxınlıqdakı Dragon Mart Mall-da alış-veriş edənlərin komfortu üçün açılıb. 251 müasir otaq və üç beynəlxalq restoranlar ilə, bu yeddi mərtəbəli müəssisə şəhərdə bər-bəzəksiz qalma yeri axtaranlar üçün ideal seçimdir.

Al Awir yolu, Hatta Road-da E44
+971 4 563 0000


Ibis-Styles-Dragonmart


Hilton Garden İnn, Mall of the Emirates


Dünyadakı ən böyük Hilton Garden Inn-in yerləşməsi onun ən cəzbedici tərəfidir. Mall of the Emirates-dən cəmi bir neçə dəqiqəlik məsafə və şəhərdəki bütün böyük istirahət məkanlarına çatma imkanı olan bu oteldəki 24 saatlıq fitnes kulubu, pavilyon və toplantı zalı onu həm biznes həm də əyləncə üçün ideal edir.

6A küçəsi, Al Barşa
+971 4 307 0707



Tezliklə açılacaq


2016 və 2017 üçün nəzərdə tutulan bu açılışları daim nəzərdə saxlayın



Jumeirah Al Naseem


Həm çimərlik həm də şəhərdən zövq almaq istəyənlər üçün Jumeirah Al Naseem tezliklə indiki Mina A'Salam oteli və möhtəşəm Burj Al Arab oteli arasında öz yerini tutacaq. Əlavə bonus kimi o, tezliklə daha geniş Madinat Jumeirah kurort ərazisinə bağlanmaqla qonaqlara geniş çeşiddə məkanlardan istifadə imkanı verəcək.

Madinat Jumeirah kompleksi
+971 4 366 5165


Jumeirah-Al-Naseem


Viceroy Dubay


Palm Jumeirah-ın lüks otellərinə əlavə olaraq, Dubayın ilk Viceroy oteli 2017-ci ildə qapılarını qonaqların üzünə açacaq. Panoramalı Ərəbistan Körfəzi mənzərəsini otelin innovativ memarlıq dizaynı tamamlayacaq.

Palm Jumeirah
+971 4 423 2879


Dubayda-yeni-otellər


Bulgari Resort & Residences



Dubayın ultra-lüks, üslublu otellər istəyinə tam uyğun olan, gözlənilən Bulgari otelin 2017-də açılması gözlənilir. Dəniz ayğırı formasında Jumeirah Körfəzi adasında yerləşən bu məkan Bulgarinin beşinci oteli olacaq. Oteldə əsas binada 100 otaq və suitlər ilə yanaşı 20 otel villası və marina sahəsi də olacaq.

Jumeirah Bay Island


Dubayda-yeni-otellər


Venu Bluewaters Island oteli


2017-ci il üçün planlaşdırılan başqa bir layihə isə Jumeirah Qrupun əyləncə konsepsiyası olan Venudur. Bu otel gözlənilən, insan əli ilə düzələcək Bluewaters adasında yerləşəcək və 300 otaqlıq otel, xidmət olunan mənzillər, üstəlik pərakəndə və nahar məntəqələri də burada yer alacaq. Buna əlavə olaraq, otel həmçinin adanın ən böyük attraksionu Dubai-I-a yaxın oalacaq. Dubai-I Dünyada ehtimal ki ən böyük Ferris çarxı attraksionu olacaq.

Bluewaters Island


Dubayda-yeni-otellər


Royal Atlantis Resort


Royal Atlantis Resort, Atlantis, The Palm kurortunun yanında, Palm Jumeirah adasında tikiləcək. O, 800 qonaq otağı və suitlər, eləcə də 250 lüks rezidensiyalar ilə Dubaydakı ən böyük otellərdən biri olacaq. Nəzərdə tutluan əyləncələr arasında yerdən 90 metr hündürlükdə və adaya möhtəşəm mənzərəsi açılan hovuz da olacaq.

Palm Jumeirah
+971 4 426 2888


Dubayda-yeni-otellər
916
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
O-Concept Dubayda butikləri kəşf edin
İncə arzular
O-Concept mağazasına baş çəkin
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Naif Souq Dubay bazarları
Souk-da (bazarda) pula qənaət edin
Naif Souk-da sərfəli təkliflərdən istifadə edin
Skydive Dubay Dubayda paraşütlə tullanma
Dubay üzərində uç
Skydive Dubay ilə həyəcanı hiss et