Dubai
Dubayda Spalar http://www.visitdubai.com/az/articles/rejuvenate-with-our-spas 20150925T105806:635787754869229340 20161108T190411:636142286516833478 Dubay Spasında dincəlin

Dəbdəbəli məkanlar, gözəl mənzərələr və qadınlar və kişilər üçün ayrı seçimləri olan spalar, Dubayı, hər il açılan füsunkar yeni məkanları ilə birlikdə istirahət etmək, təravətlənmək və gəncləşmək üçün dünyanın ən yaxşı yerlərindən biri edir. Əgər siz həqiqi sakitlik axtarırsınızsa o zaman Dubay sizin üçün dogru məkandır.

Dəbdəbəli məkanlar, Dubayı istirahət üçün dünyanın ən gözəl yerlərindən biri edir.

Dəbdəbəli məkanlar, gözəl mənzərələr və qadınlar və kişilər üçün ayrı seçimləri olan spalar, Dubayı, hər il açılan füsunkar yeni məkanları ilə birlikdə istirahət etmək, təravətlənmək və gəncləşmək üçün dünyanın ən yaxşı yerlərindən biri edir.

Siz, 328 kvadrat metrlik istirahət sahələri, müalicə kompleksləri, duşları və girdabları ilə Dubay Beynəlxalq Maliyyə Mərkəzində (DİFC) yerləşən Spa Cordon kompleksində istirahət edə bilərsiniz. Spanın nəhəng pəncərələri və sakit axan su heykəlləri içəri ilə bayır arasındakı sərhədləri yox edir. Və yaxud da siz, Desert Palm Retreat və onun Lime Spa mərkəzində yam-yaşıl polo meydanlarının ortasında istirahət edə bilərsiniz. Bura dünyada yeganə yerdir ki, siz masaj stolunda olarkən pəncərə yanından keçən polo ponilərini görə bilərsiniz. Dubay həmçinin bir sıra Ayurveda spalarının da məkanıdır. Burada, masaj, aromaterapiya və başqa rahatlama texnikalarına Hindistanın alternativ mualicə təcrübəsi də əlavə olunur. Bu qədim adətə yeni baxış üçün Kempinski Mall of the Emirates ticarət mərkəzində Ski Dubay ilə yanaşı olan Softouch Spa mərkəzində həzinlik hissini yaşayın.

Ümumi xaosdan qaçaraq stresdən azad olmaq istəyən kişilər H2O Kişi Spa mərkəzində istirahət edirlər. Bura, Jumeirah Emirates Towerdə yerləşən, masajdan tutmuş üzə qulluq və orqanizmin sutkalıq ritminin pozulmasının aradan qaldırılması üçün xüsusi müalicə təklif edən əla, müasir şəhərdən kənar məkandır.

Siz, Jumeirah Zabeel Saray otelindəki Talise Ottoman Spa mərkəzinin əldə yonulma firuzəyi rəngli qapılarını açdıqda özünüzü kral ailəsinin üzvü kimi hiss edəcəksiniz. Mötəbər Türk freskaları və mozaikaları ilə bəzədilmiş Talise Ottoman Spa mərkəzi, cəmiyyətin hamam fəsləfəsi və istirahətini müasir texnologiyalarla birləşdirir. Və rahatlığınızın təminatını Atlantis The Palm kompleksinə saxlayın. Atlantisdə Royal Towers mərkəzində iki mərtəbədə yerləşən ShuiQi Spa kompleksi, şəhərin çaxnaşmasından həqiqi qaçışdır. Burada 27 müalicə otağı və intim Royal Spa Kompleksi vardır.

Burada daha çoxu kəşf edə bilərsiniz. Düşünün, Rosewood Otellərinin özünəməxsus spası 2015-ci ildə Rosewood Dubayın açılışı olduqda debüt edəcəkdir. Bu, Dubay Beynəlxalq Maliyyə Mərkəzində yerləşən 250 otaqdan ibarət dəbdəbəli otelə həmçinin ən üst mərtəbədə hovuz və fitnes mərkəzi də daxil olacaq. Və 2014-cü ilin sonlarında Jumeirah Beach istirahət mərkəzində açılması planlaşdırılan Dubay Four Seasons Resortda dəbdəbəli spa, özəl çimərlik klubu və açıq hava və qapalı məkan hovuzları olacaqdır.

336
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Dubay Qızıl Bazarı
Parıldayan hər şey
Dubay Qızıl Bazarının Xəzinələri
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Stil İlahələrini necə gülümsəməyə vadar etmək olar
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Əlavə bonusları olan alış-veriş
Aksessuarların alış-verişi
Daha İncə detallar
Unikal aksessuarlar üçün haraya getmək olar
Dubay ticarət mərkəzi bələdçisi
Dubayın alış-veriş mərkəzləri
Alış-veriş mərkəzləri şəhərinə xoş gəlmisiniz