Dubai
Dubayda gecə görüşü http://www.visitdubai.com/az/articles/romantic-restaurants 20150925T105818:635787754986692538 20161108T185826:636142283062742554 Dubayda Restoranlar

Sizin üçün dəyərli olan biri ilə nəyisə qeyd etmək üçün romantik yeməkdən daha yaxşı nə ola bilər? Dubayda məhəbbətinizi izhar etmək üçün ilk görüş məkanı, yaxud digər bir əlamətdar hadisəni qeyd etmək üçün yer axtarırsınızsa, biz onu sizə təklif edirik.

Əmirlikdə romantik yemək üçün ən yaxşı restoranları kəşf edin.

İki nəfərlik ən romantik masalar


Dubay özəlliyi sevən cütlüklərin əylənməsi üçün ideal şəhərdir. Xəyalınızda canlandırdığınız gecəni həyata keçirmək üçün bu romantik restoranlardan birində iki nəfərlik masa sifariş edin.

Date night in Dubai Pierchic restoranı

Pierchic? Əla və gözəldir? Əlbəttə. Əl Qəsrin sonunda yerləşən bu möhtəşəm dənizkənarı restoran Ərəb Körfəzində günəşin qürubunu ilk olaraq izləmək üçün ən əlverişli yerdir. Dəniz məhsullarından hazırlanan yemək menyusu ilə baş aşpaz Rozalin Parskın başçılıq etdiyi mətbəxdə limon şirəsində hazırlanmış nəfis dada malik balıq yeməyi, dəniz xərçəngləri və iki nəfər üçün günün özəl menyusu mövcuddur. Pierin səfalı guşəsində sevdiyinizlə birlikdə şəkil çəkdirmək şansını əldən buraxmayın.

Əl Qəsr, Madinat Jumeirah
+971 4 366 6705


dubai-photographers-instagram-spots-photogenic-thiptara-terrace-(2) Thiptara

Təsəvvür edin ki, Dubayın dünyaca məşhur Burc Gölünün rəqs edən fəvvarələrinin dövrəsində əyləşib şam işığında nahar edirsiniz—Tailand restoranında təqdim edilən bu cür şəraitdə zərif nahar yeməyi ciddi romantik münasibətlərin qurulmasında uğursuzluğa düçar ola bilməz. Bu cür ecazkar şəraitdə yerləşən restoranın menyusu həqiqətən də diqqətəlayiq olmalıdır. Thiptara istisnasız olaraq dəniz məhsullarından hazırlanmış Tailand yeməklərinin geniş çeşidilə məhz elə bu cürdür.

Birinci mərtəbə, The Palace Downtown, Dubay
+971 4 888 3444


101 Restoran və Bar 101

Palm Jumeirada One&Only otelinin yanında yerləşən sakit və rahat 101 Dining Lounge and Bar Dubay göydələnlərinə açılan gözəl mənzərəsi ilə fəxr ediləsi yerdir. Suyun üzərində salınmış nahar yerlərində əyləşib açıq səma altında sevdiyinizlə birlikdə mavi ənginliklərə tamaşa edərək yüngül Aralıq dənizi yeməklərindən zövq alın.

One&Only oteli, The Palm
+971 4 440 1010


Al-Mahara Al Mahara

Dubayın möhtəşəm "yeddi-ulduzlu" Burc Əl Ərəb otelində diqqət cəlb edən restoran olan Əl Mahara qonaqlarına sualtı nahar təcrübəsi təklif edir. Döşəmədən tavana qədər uzanan akvarium mərkəzdə mövqe tutur. Akvarium tağlarının altında yerləşən masanın üzərində köpək balıqları üzür. Həqiqətən yaddaqalacaq görüş üçün menyudan sifariş edərkən əliniz cibinizdə olsun (balıq sifariş etməyinizi tövsiyə edirik). Əvvəlcədən yer sifariş edin, belə ki həyatda bir dəfə mümkün olan bu məkan yerli əhali və qonaqlar arasında çox sevilir.

Burc Əl Ərəb
+971 4 301 7600


Beach-bar-and-grill Beach Bar and Grill restoranı

Suyun üzərində romantik bir gecə üçün The Beach Bar and Grill düzgün seçimdir. İstər iki rəqəmli yubileylər, istərsə də ilk görüş məqsədilə rahat nahar yeməyi kimi bütün növ romantik tədbirlərdə bu restoran möcüzələr yaradır. Ənənəvi ərəb məzəsinə və Aralıq dənizinin məhsullarından hazırlanmış yeməklərə pul xərcləyərkən çimərlikdəki şamların hərarətinə qızının.

One&Only Royal Mirage oteli
+971 4 399 9999


inka_restaurant İnka restoranı

Müasir kulinariya mərkəzlərindən biri kimi Perunu özünüz üçün kəşf edin və məharətlə hazırlanmış nəfis yeməklərdən zövq alın. Pəncərə önündə əyləşərək, nahar zamanı sevdiyinizi əzəmətli Burc Xəlifənin mənzərəsi və Downtown Dubayda qaynayan həyat ilə təəccübləndirin.

31-ci mərtəbə, Sofitel Downtown
+971 4 346 9295

Dubayda yemək sevənlərin seçimi böyükdür. Səxavətli cümə brançında tam doyuncaya qədər yeyin və ya öz yemək arzunuzu Dubayın dəbli kafelərinin birində həyata keçirin.

446
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Dubay Dizayn Rayonu Dubayda butikləri kəşf edin
Dizayner Dünyası Tikilir
Tezliklə: Dubay Dizayn Rayonu
Qarderob Dubayda Mağazalar
Raritet Çağırışı
Qarderobda Raritetlərin Sərfəli satışı
Souk Madinat (Madinat Bazarı) Dubay bazarları
Ərəb üsulu ilə alış-veriş
Souk Madinat- (Madinat Bazarını) sınaqdan keçirin
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
One&Only Spa Dubay hamamları
Dincəl. Tarazlıq əldə et. Dəyiş
One&Only Royal Mirage Spada qəlbinizi oyadın