Dubai

Dubayın bina damlarında yerləşən ən gözəl barlar

Dubayın bina damlarında yerləşən ən gözəl barlar http://www.visitdubai.com/az/articles/rooftop-lounges 20160228T122049 20161108T185845:636142283258212419 Dubayda Restoranlar

Dubayı görmək üçün əlverişli bir yer seçərək, onun öz məşhur, futuristik göydələnlərinin fonunda seyr etməkdən daha yaxşı bir seçim ola bilməz. Şəhər küçələrindən daha da yüksəkliyə, bu hündür məkanlardan birinə qalxın. 

Başı buludlara dəyən Dubay göydələnləri arasında öz yerinizi tapın

Dubayda ən gözəl yer göydələnlərin damını görə biləcəyiniz yerdir


Dubay panoramasını seyr edərək yemək və içməkdən həzz almaq üçün bir çox seçimlər var. Burada sizin İnsagram səhifəsinizdə yerləşdirə biləcəyiniz ən gözəl yerlərdən bəzilərini təqdim edirik.

Fabulous Dubai Rooftops Skyview Barı

Ecazkar Burc Əl Ərəb otelinin 27-ci mərtəbəsində yerləşən bu gecə barında yalnız Dubayın məşhur ulduz qonaqları ilə rastlaşa bilərsiniz.

27-ci mərtəbə, Burc Əl Ərəb
+971 4 301 7600


dubai-rooftop-lounge-view-IRIS-(2) İris

Həsəd aparılacaq yerdə - The Oberoi Dubai otelinin ən yuxarısında yerləşən İris minimalizm üslubunda müasir dekorasiyası, nəfis dəniz məhsullarından ibarət menyusu, həzin musiqisi və ecazkar Burc Xəlifə otelinə açılan mənzərəsi ilə məşhurdur. Bura baxmaq və baxılmaq üçün yer olduğundan yüksək təbəqəli qonaqların izdihamı ilə qarşılaşmağa hazır olun.

27-ci mərtəbə, The Oberoi Dubay, Business Bay
+971 4 444 1444


Uptown Bar Uptown Barı

Dubayın ən yaxşı qorunan sirrlərindən biri kimi bu xoş məkanın açıq terrasının Burc Əl Ərəbə möhtəşəm mənzərəsi açılır və buranın çox az məkanda rast gəlinən, şəhərin enerjisini hiss etdirəcək bir eyvanı var. Müxtəlif içki menyusu, tapas üslublu yüngül qəlyanaltılar və hər gün müxtəlif mövzulu gecələr eleqant şüşə divarlı bu məkanın içində nə isə maraqlı şeylərin baş verdiyini göstərir.

24-cü mərtəbə, Jumeirah Beach oteli, Jumeirah Beach şossesi
+971 4 432 3232


Mercury Lounge Mercury Lounge

Mercury Lounge, Jumeirah sahilində yerləşir və bir tərəfdə Dubay mərkəzi, digər tərəfdə isə Ərəb Körfəzinə açılan ən gözəl mənzərələrdən birinə malikdir. Bu müasir məkana yenilikçi içkilərin və DJ musiqisinin həvəskarı olan dəbi sevən kütlə tez-tez gəlir.

6-cı mərtəbə, Jumeirah Beach-də Four Seasons, Jumeirah Beach şossesi
+971 4 270 7777


Fabulous Dubai Rooftops 40 Kong

Dubayın ən əsas magistralının başlanğıcında, yüksəklikdə yerləşən, mükafatlar almış bu damüstü lounge, Yeni Dubayın bənzərsiz göydələnli səma mənzərəsi ilə qürur duyur. Yaradıcı içki təklifləri, aşpazın istiqamətləndirdiyi müasir menyu və uber-şıq musiqi nömrələri ilə xüsusilə həftə sonlarında gedilməli ən əla yerlərdən biridir.

40-cı mərtəbə, The H Dubai, Şeyx Zayed şossesi
+971 4 355 8896


Level-43 43-cü mərtəbə, Sky Lounge

Gün boyu hovuz kənarında dincəlin, gecə vaxtı isə Level 43 Sky Lounge-da möhtəşəm mənzərədən birindən içki içirmiş kimi həzz alın. Onların yaradıcı içki menyusu və dadlı qəlyənaltıları onu sadəliyi sevən məhdud bir kütlə üçün sevimli yerə çevirib. Arxaya söykənin, rahatlanın və şəhərə yuxarıdan baxın.

Four Points by Sheraton, Sheikh Zayed Şossesi
+971 4 316 9888


Rooftop-Terrace-and-sports-lounges The Rooftop Terrace & Sports Lounge

Burada səma tavandır və bu gözdən uzaq açıq-hava məkanında məclis üslublu əyləşmə yerləri, romantik çilçıraqlar və dadlı mezze menyusu ilə ərəb dəbdəbəsi özünü açıq büruzə verir. Dubayın ən lüks sahilkənarı otellərindən birində yerləşən bu lounge, suyun isti mehi ilə qarışmış Ərəb Körfəzinin seçkin mənzərəsini təqdim edir.

One&Only Royal Mirage, Al Sufouh Şossesi
+971 4 399 9999


Q 43 Pool Table Q43



Bu səma yüksəkliyində olan, növbəti New York loft üslublu məkan öz gözqamaşdıran zənginliyi ilə Q43-dür. Həftə ərzində dəbli, ancaq sakit olan bu yer, şəbəkələşmə saatlarından sonra və ya biznes görüşü sonrası dincəlmə üçün ideal yerdir. Texniki cəhətdən qapalı olsa da Palm Jumeirah-a möhtəşəm mənzərəsi açılır. Amma siz açıq havada hovuz başında dincəlmə axtarırsınızsa onda The Dek on 8-dakı terrasa üz tutun.

43-cü mərtəbə, Media One oteli, Media City
+971 4 443 5403

Dubayda unikal nahar təcrübəsi axtarırsınız? Dubayın romantik restoranlarının birində unudulmaz gecə keçirin və ya qum səhralarında sığınacaq taparaq, səhrada eksklüziv nahardan ləzzət alın.

527
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
BurJuman Alış-veriş həvəskarları birləşin
Yüksək səviyyəli alış-veriş cənnətini araşdırın
BurJumana yollanın
Wild Wadi Akvaparkı Atraksion və akvaparklar
Dubayın Bənzərsiz Akvaparkı
Wild Wadi-də əylənin
Al Makan BƏƏ mətbəxi
Ənənə Zövqü
Müasir Madinat Jumeirahda real komfortlu qidalanma
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin