Dubai

Dəmir dövrü ilə ünsiyyətdə olun

Dəmir dövrü ilə ünsiyyətdə olun http://www.visitdubai.com/az/articles/saruq-al-hadid-museum 20160724T113021 20161108T190024:636142284244001913 Dubay muzeyləri

Ərəbistan yarımadasındakı ən böyük və ən vacib Dəmir Dövrü ərazilərindən birində bürünc, qızıl, dəmir və başqa məmulatlar qazılaraq çıxarılıb. Burada Daş Dövründən (e.ə. 10 000 il) qalma tapıntılar aşkar edilsə də muzeydə daha çox bu dövrün zirvəsi hesab olunan e.ə. 3000 ildən bəhs edilir. Saruq Al-Hadid Arxeologiya Muzeyi dramatik hekayələri nəql etməklə, ziyarətçilərə bənzər təcrübəyaşatmaqla keçmişi bu günə gətirir. 

Saruq Al-Hadid arxeologiyada beynəlxalq əhəmiyyətə malik bir ərazidir

Saruq Al-Hadid Arxeologiya Muzeyində Dubayın Dəmir Dövrünü aşkar edin

Dubayın tarixini yeni açılmış Saruq Al-Hadid Arxeologiya Muzeyində - aşkar edin. Bu muzey Dubayın tarixi rayonunu kökündən dəyişmək üçün nəzərdə tutulan mədəni tədbirlərin ilkidir. Burada son zamanlar aşkar olunmuş arxeoloji ərazi olan Saruq Al-Hadidda tapılmış nümunələr nümayiş olunur; zəngin, maraq doğuran eksponatlar Dəmir Dövrünün heyrətamiz hekayələrini yaxın şərqdə bir daha canlandırır.


Bu nə hekayədir?

Saruq Al-Hadidin kəşf olunmasının özü bir maraqlı hekayədir. 2002-ci ildə, Zati-aliləri Şeyx Məhəmməd bin Raşid Al Maktum Rub Al-Khali səhrası boyunca uçuşa çıxmışdı. Öz helikopterində geniş səhraları nəzərdən keçirərkən, o, bir yerdə torpağın rənginin dəyişdiyini sezdi. Həmin sahənin Dəmir Dövründə dəmirin əridilməsi nəticəsində yaranmış şlak olduğu məlum oldu. Belə məlum oldu ki, şlak səthə çıxıb və üst təbəqəyə yerləşib. Onu muzeydə görmək və hiss etmək şansını əldən buraxmayın.

saruq-al-hadid 1

Miras üzərində qurulub


3 iyul 2016 tarixində açılmış bina 1928-ci ildə Şeyx Cuma bin Maktum Al Maktumun evi olub. Dubayın Şindaqa Miras rayonunda yerləşən bu tarixi bina Dəmir Dövründən qalmış qazıntı ərazisinə həsr olunub. Binanın muzeyə çevrilməsi zamanı toxunulmazlığa riayət olunub və burada yeni əlavələr ilə ilkin infrastruktur arasındakı fərqi asanlıqla görmək olar. Bu məkan əlil arabaları və körpə arabaları üçün də münasibdir.

Audio-vizual xidmətlər

Tur, maraqlı bir təcrübə ilə başlayır. Bu 3D film otağı sizi səhranın kənarına aparır və siz özünüzü qazıntı yerində hiss edirsiniz. Kəşf səyahətinə çıxan zaman siz divarlara proyeksiya olunmuş qızğın videolara baxa bilər və hətta interaktiv video təcrübəsi də yaşaya bilərsiniz. Rəqəmsal tapmacada dinozavrın skeletini qurmağa çalışın. Təhlükəsizliyi və bu təcrübəni həyata keçirmək üçün müasir texnologiyanı nəzərə alsaq muzeyin cəmi 4 ay kimi rekord müddətdə tamamlanması heyrətamizdir!

saruq-al-hadid 2

Keçmişə nəzər


Saruq Al-Hadid demək olar ki, tarix kitablarına yeni məlumatlar əlavə etdi. Rub Al-Khali səhrasının kənarında qazılmış istənilən qazıntı bu sivilizasiya barədə daha çox məlumat çatdırır. Bəzi muncuqların təhlili onların həmin ərazidə təbii şəkildə əmələ gəlmədiyini göstərir. Bu isə ərəb tayfalarının Hindistan kimi uzaq ərazilərlə ticarət aparması mənasına gəlir. Bu və fossilləşmiş balıq sümükləri, bu insanların səhrada yaşamalarına baxmayaraq uzaqlara getdiklərini və hətta dəniz səyahəti etdiklərini göstərir. Siz bir zeytun ağacına baxın - onun mənşəyi Aralıq dənizi bölgəsidir. Bəs o, Ərəbistan Yarımadasına necə gəlib çatıb?

saruq-al-hadid 3

Bu hekayə gələcəyi dəyişə bilər

Bütün faktların məlum olduğu digər muzeylərdən fərqli olaraq Saruq Al-Hadidin maraqlı cəhəti odur ki, biz hekayənin necə tamamlandığını bilmirik. Hətta bu gün və bu gündən sonra hələ də kəşf olunmalı əşyalar var. Muzeydəki eksponatlar hər üç aydan bir, ən son, ən vacib tapıntıları nümayiş etdirmək üçün dəyişdirilir. Başqa hansı sirrlərin aşkar olunacağını kim bilir.

Tarixlə yaxından tanış olun

Saruq Al-Hadid ənənəvi muzey deyil, bura "qollarını çırmala və başla" tipli bir muzeydir. Böyüklər və uşaqlar arxeologiya papaqlarını geyinəyərək qazmağa başlaya bilərlər! Simulyasiyalı qazma sahəsində torpağa obyektlər basdırılıb. Bir fırça götürüb kəşfə başlayın. Tezliklə arxeoloq olmağın necə bir hiss olduğu sizə məlum olacaq.

saruq-al-hadid 4
461
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin