Dubai
Havada http://www.visitdubai.com/az/articles/see-dubai-from-above 20150925T105830:635787755102215429 20161108T190239:636142285595888417 Dubayda macəralı fəaliyyətləri kəşf edin Dubay aşağıda kəşf edilməsi heyrətləndirici olan bir şəhər olduğu qədər, ona yuxarıdan baxmaq bir ayrı hissdir. Dubayı yüksəklikdən görmək üçün, isti hava şarında səhranın üzəri ilə uçmaq, şəxsi hidroplandan vurnuxan Dubay Körfəzini və ya sahil xəttini seyr etmək və ya dünyanın ən hündür binası olan Burj Xəlifənin müşahidə otağında oturub istirahət etmək kimi bir sıra yolları vardır. Dubayın mənzərəsini quş uçuşu hündürlüyündən görmək üçün səmaya qalxın.

Dubayı səmadan görməyin ən yaxşı yolları


Dubayın hər yerini görmək istəyirsiniz? - Hamısını birdən? İsti hava şarı, vertolyot, təyyarə və başqa vasitələrlə səhra şəhərinin mənzərəsini quş uçuşu hündürlüyündən görmək üçün səmaya qalxın.



Vertolyot gəzintisi


Mərkəzdə, Atlantis The Palm kurort ərazisi yaxınlığında yerləşən və hər yarım saatdan bir uçuşlar təşkil olunan Alpha Tours vertolyot turu, Dubayı yüksəklikdən görməyin ən yaxşı rahat yollarından biridir. Palm Jumeirahdan Şəhər mərkəzinə və geriyə təşkil olunan tam dövrə, Burj Xəlifə, Burj Əl Ərəb, Dünya Adaları (World islands) və Atlantis özü də daxil olmaqla əsas gəzməli-görməli yerləri əhatə edir və yol boyu kifayət qədər şəkil çəkmək imkanları təqdim edir.



Qədim Dubay üzərində hidroplan


Köhnə Dubayı Hidroplan gəztintilərinin tarixi və irsi çarterlərindən biri ilə gəzin. Bazarların və qəlyan kafelərinin dolaşıqlığı və Dubay Körfəzində yırğalanan ərəb kabotaj gəmilərinin üzərindən uçarkən sərnişinlərə, Dubayın ən heyrətamiz yerləri barədə geniş məlumatlar verilir və Port Rəşiddən dövrə vuraraq Deiranın saat qülləsini əhatə edən səs-küylü küçələrlə səyahət davam edir.


dubay-yuxarıdan


İsti hava şarında səhra dreyfi


Günə, Dubayın qızıl qum təpələri üzərindən uçaraq başlamaqdan daha yaxşı yol varmı? Emirates Hava şarı Macəraları ilə, günəş işığının rəng spektrinin zil qırmızı, narıncı və sarıya çalan qum dənəcikləri ilə başlayan erkən səhər turu, həm peşəkar fotoqraflar, həm də instagram həvəskarları üçün mükəmməl seçimdir. Vəhşi dəvələr və əgər bəxtiniz gətirsə cəld gözdən itən ərəb dağ ceyranları sürüsünə diqqətlə baxın.


dubay-yuxarıdan


Burj Xəlifəyə qalxın


Dünyanın ən hündür binasının 124-cü mərtəbəsindən şəhəri görmədən Dubaya səyahət tamam hesab oluna bilməz. Zirvədəki müşahidə göyərtəsinin şüşə divarları və Burj Xəlifə SKY zirvəsində 148-ci mərtəbəsində yerləşən yeni açılmış mehmanxası qonaqlara 360 dərəcə spektrdə şəhərin və aydın bir gündə sonsuz səhranın qüsursuz mənzərəsini bəxş edir. Regionun ən çox ziyarət olunan atraksionlarından biri olan bu məkanda kütlənin idarə olunmasına gözəl şəkildə nəzarət olunur. Qonaqlara, yüksək sürətli liftlərdə enib qalxarkən heyrətləndirici statistika və rekordlar barədə məlumatlar verilir. Bundan sonra dəniz səviyyəsindən 421 metr yüksəklikdə heyrətamiz çay dəstgahı üçün 122-ci mərtəbədə At.mosphere məkanına enin.


dubay-yuxarıdan


Palm Jumeirah üzərində paraşütlə tullanma


Adrenalin və heyrətləndiciri mənzərə axtarışındasınız? Dünyanın ən böyük süni adası üzərində 14000 fut hündürlükdən saatda 210 km sürətlə sərbəst tullanış sizin qanınızı qaynadacaq. Skydive Dubai, yeni başlayanlar üçün dəstə şəklində tullanarkən aşağıdakı maraqlı mənzərələri də göstərəcək təlimatçılar təqdim edir. Tullanmağa hazır deyilsiniz? Tullanma zonasındakı kafe, sadəcə oturub baxmağa üstünlük verənlər üçün daha rahat seçimdir.


dubay-yuxarıdan
377
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Tədbirlər
Global Village 2015-2016
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin