Dubai

Dubayın ən yaxşı bazarları

Bazarlara baş çəkin http://www.visitdubai.com/az/articles/shop-dubai-souks 20150408T092633 20161108T190255:636142285751670835 Dubayda alış-veriş Ənənəvi ərəb bazarları həyatlarının Dubay sakinləri üçün həlledici bir hissəsi və ticarətin mənbəyidir - şəhərin çoxlu sayda bazarlarında gəzinti əhəmiyyətli təcrübədir. Burada siz zəngin qızıl məmulatları, əldə toxunma parçaları və ətirləri ən sərfəli qiymətə tapa bilərsiniz. Dubayda kəşf edilməli olan əsas bazarlar haqqında bizim təlimatlarımızı oxuyun. Bizim Dubayın ən yaxşı bazarları haqda təlimatımızla ərəbsayağı alış-veriş edin

Dubayın ən yaxşı bazarlarının gözlənilməz gözəlliyi arasında alış-veriş edin.


Ənənəvi Ərəb bazarları Dubayda həyatın və ticarətin ayrılmaz hissəsi olan şəhərin coşqun bazarlarında gəzinti vacib təcrübədir. Dəbdəbəli qızıl bəzək, əldə toxunma parça, yaxud ənənəvi ətirlər axtarırsınızsa, Dubay bazarları sizi gözləyir.



Qızıl bazarı


Dubay bazarları içəsirində çox güman ki ən çox tanınan Qızıl Bazarı, ciddi qızıl ticarətçiləri, xüsusi bir suvenir axtaran qonaqlar və ya sadəcə parlayan bəzək əşyaşı axtaran səyahətçilərin getməli olduqları bazardır. Yüzlərlə satıcı burada qəti olmayan qiymətlərlə nadir əşyaların, bahalı daş-qaşlar və cəlbedici ərəb dizaynının olmasını təmin edir.


gold_souk


Ədviyyat Bazarı


Burnunuza gələn ətirlərin arxasınca sizə Ərəbistan ticarətini daxildən göstərən qonşuluqdakı Ədviyyat Bazarına gedin və məşhur aşpazların, evdar aşpazların və ləzzət sevən xaricilərin rəngli kisələrdən ədviyyat, otlar, düyü və meyvə almasının şahidi olun. Yerli qiymətlə yüksək keyfiyyətli zəfəran piştaxtaları, təzə yüksək keyfiyyətli xurma və ekzotik ədvalar, qurudulmuş meyvə və fındıqlar tapın. Mütləq yeni dad aşkar edəcəksiniz - və bəli, almazdan əvvəl malların dadına baxmağa sizə icazə verəcəklər.


Spice_Souk


Ətir Bazarı


Daha çox ətir azarkeşisiniz? Qızıl və Ədviyyat Bazarlarından bir qədər yuxarıda, Sikkat Al Xali Küçəsində Deyra Ətriyyat Bazarı yerləşir. Sırf ətirdən ətirli yağlara, ətir çubuqlarına və həmişə məşhur olan ənənəvi Uda qədər hər şeyi tapa bilərsiniz. Siz yağları topdansatış şüşələrində və ya daha kiçik bəzəkli şüşələrdə ala bilərsiniz. Siz hətta təcrübəli ətirçilərdən sizə xas ətir yaratmağı xahiş edə bilərsiniz.


Perfume_Souk


Parça Bazarı


Ətir Bazarından abra qayığı ilə körfəzi keçərək Bur Dubaydakı Parça Bazarına gedin. Qalaqlarla zərif idxal edilmiş parçalar, o cümlədən ipək, yüngül pambıq və əlvan sari parçaları satan kiçik mağazaları tapın. Sevimli parçalarınızı seçin və ətrafdakı dərzilərin birinə baş çəkərək, don, abaya (ənənəvi qadın geyimi), kandora (ənənəvi kişi geyimi) və ya xüsusi kostyum sifariş verin. O, Al Fahidi tarixi məhəlləsinin yaxınlığında yerləşir.


Shopping_Textile_Souk


Souk Al Bahar (Al Bahar Bazarı)


Burj Xəlifə gölməçəsindən keçən qısa körpüdən sonra dünyanın ən böyük ticarət mərkəzində yeləşən Souk Al Bahar bazarına gəlin. Bu, tamamilə ənənəvi ərəb bazarı deyil. Təvazökar satıcılar öz mallarını parlaq Chanel və Valentino butikləri arasında satır. Ətirli yağlar, zinət əşyaları, şarflar, abaya, bürünc lampalar və təzə Əmirlik bulka və tortlarını alın. Yuxarı mərtəbədə Dubay Fəvvarəsinin axşam işıq tamaşasını görmək üçün münasib yerlər var.


Souk_Al_Bahar


Souk Madinat (Madinat Bazarı)


Şəhər mərkəzindən 15 dəqiqəlik yolda sehrli Souk Madinat Jumeirah bazarı yerləşir və bu, ənənəvi Orta Şərq mühitində mükəmməl suvenir, incəsənət, heykəl, dəbli mallar və zinət əşyaları almanın lap yeridir. Nahar seçimlərinə Livan kafeləri, Qərb üslubunda yeməkxanalar və sehrli su kanallarının mənzərəsini təklif edən yüksək keyfiyyətli restoranlar daxildir. Gecənizi sakit Abra gəzintisi ilə bitirin və dincəlməklə yanaşı ətrafdakı mənzərədən zövq alın.


Souk_Madinat_Jumeirah


Dubai Mall Bazarı


Dubai Mall Bazarı üçün səciyyəvi olan 40-dan artıq zərgərlik mağazasının və saat mağazalarının yerləşdiyi ‘Qızıl Şəhəri’nə xas parıltıdan gözünüzün qamaşmasına hazır olun. Müasirləşdirilmiş və beynəlxalq standartlara uyğun olan bu bazar sizin zəngin qızıl və brilyant alış-verişi və əvvəl görmədiyiniz üslubdan istifadə etmək şansınızdır.


Mall-Souk
463
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Ritz Carlton Spa Dubayda ixtisaslaşmış spalar
Dincəl və Təzələn
Ritz Carlton Spa-da cavanlaşın
West L.A Butiki Dubayda butikləri kəşf edin
Kaliforniya Arzusu
West L.A Butikində alış-veriş edin
SEGA Republic, Dubay Mall Qapalı məkanda əyləncələr
Cəld və dəlisov əyləncə
SEGA Republic parkında macəra tapın
La Serre Bistro & Boulangerie (Bistro və Bulka dükanı) Kafe həyatının ləzzəti
Zərif Fransa mətbəxini kəşf edin
La Serre-da fransız delikatesləri
Salero Tapas & Bodega Dubayda Restoranlar
İspan üsulu ilə nahar
Eleqant kiçik ispan boşqablarında ziyafət