Dubai

Dubayda alış-veriş

Dubayda alış-veriş http://www.visitdubai.com/az/articles/shopping-paradise 20150810T083622 20161207T140518:636167163181007183 Dubayda alış-veriş Alış-verişi sevənlər Dubayda cənnət tapacaqlar; şəhər pul xərcləmək üçün tikilmişdir. Lakin buranın mağazaları hamısı ultra-dəbdəbəli dizayner konsepsiyası və meqa ticarət mərkəzləri deyil (lakin bunları da yaddan çıxarmaq olmaz) - bizim inkişaf edən dəb rayonları və yaradıcı mərkəzləri həmçinin bir neçə ciddi dəbli butiklərin də məskənidir və yaxşı sövdə axtaran hər kəs üçün bazarlarda gəzinti əsas açardır. Dubayda mütləq baş çəkilməli alış-veriş yerlərinə bələdçini diqqətinizə çatdırırıq. Bu qlobal dəb paytaxtında peşəkar kimi alış-veriş edin

BƏƏ-də alış-veriş demək olar ki, milli idman növü hesab olunur. Dəbdəbəli meqa ticarət mərkəzlərindən dəbli butiklərə və bazarlara qədər, pərakəndə alış-verişə gəldikdə, bizim həqiqətən hər şeyimiz var.


Nyu York heç zaman yatmayan şəhərdirsə, Dubay alış-verişi dayanmayan şəhərdir. Hər gün gecə yarısına qədər açıq olan böyük ticarət-əyləncə mərkəzləri və iki alış-veriş festivalı – hər il keçirilən Dubay Alış-veriş Festivalı və Dubay Yay Sürprizləri, əmirlikləri istehlakçıların cənnətinə çevirir. Qlobal əmlak məsləhətçisi CBRE-nin 2015-ci ilin hesabatına əsasən demək olar ki, hər həftə Dubaya yeni beynəlxalq brendlər daxil olur və onu Londondan sonra dünyanın ikinci ən mühüm alış-veriş mərkəzinə çevirir. Bu il edilmiş elana görə avqust ayında Apple dünyada ilk və ən böyük 15 km 2 ərazini əhatə edən mağazasını Mall of the Emirates-in eksklüziv Dəb Rayonunun yanında açacaq. Bu texniki nəhəngin belə qərarı Dubayın pərakəndə satış mərkəzi olduğunu bir daha təsdiq edir.


Mall of the Emirates


Alış-veriş festivalları


Təcrübəli alıcılar sizə deyəcək ki, Dubaya ən yaxşısı yanvarda gəlmək lazımdır. Bu, ilin ən mülayim ayı olmaqla bərabər, Dubay alış-veriş festivalı da adətən ayın 1-də işə başlayır. Ay boyu davam edən pərakəndə satış yarmarkasına bütün şəhərdə davam edən satışlar daxildir və Dubayın ticarət mərkəzlərinin və butiklərinin əksəriyyətində endirim sövdələri təklif edilir, həmçinin mükafat kimi milyonlarla dirhəm və avtomobillər udula bilər.

Buraya ilin ortasında gələnlər üçün Dubay Yay Sürprizləri daha kiçik miqyasda alış-veriş imkanı və istidən bir qədər sığınacaq təklif edir. İlin qalan hissəsi üçün həmişə yeni mağazanın açılma mümkünlüyü, butik açılışı və ya işlərin inkişafı baş verə bilər.



İri ticarət mərkəzləri


Şəhərin ən həyəcanlı təkmilləşdirmələrindən biri bu ilin sonunda başa çatmalıdır. Bir milyard dirhəmlik Mall of the Emirates-in bərpası işləri 2013-cü ildə başlanmışdır və son faza 2015-ci ilin oktyabrında tamamlanacaq. Plana 30-dan artıq müasir brendin, o cümlədən çətin tapılan Alexander McQueen-dən McQ və NYC's Alice + Olivia brendlərinin daxil olduğu Dəb Rayonu, həmçinin idman və əyləncə məntəqələri daxildir.

Universal mağazaya gəldikdə Dubay Mall və Mall of the Emirates mütləq getməli dəbdəbə, orta səviyyəli və yüksək keyfiyyətli brendlərin, o cümlədən Topshop, Zara və Forever 21 mağazalarının şəbəkəsidir. Dubay Mall-da Bloomingdale’s (ABŞ-dan kənarda yeganə mağaza), Emirates Mall-da isə Böyük Britaniyanın Harvey Nichols mağazası yerləşir. Hər iki dəbdəbəli mağaza görünüşlərini müəyyən etmək üçün məsləhətə ehtiyacı olan müştərilərə əvvəlcədən təyin edilmiş görüşlə pulsuz alış-veriş təcrübəsi təklif edir.


Dubai shopping guide

Butikləri axtarın


Əvvəllər ticarət mərkəzlərinin və mərkəzi brendlərin hökmranlıq etdiyi yerlərdə indi şəhərin müstəqil butikləri yaranmağa başlayır. Ən çox müsafirin qış mövsümündə olduğu JBR-də Beach və Jumeirah 1-də City Walk kimi açıq havada yemək və alış-veriş rayonları indi meqa ticarət mərkəzlərinə alternativlər təklif edirlər. Bu rayonlarda Sephora kimi təşkil edilmiş mağazalar və müstəqil butiklər və yerli S*uce [http://www.visitdubai.com/en/pois/suce-boutiques-outlet-mall] butikinin satış məntəqələri kimi çoxlu mağaza vardır və mütləq baş çəkilməli S*uce mağazasında müasir dizaynerlərin, müasir Ərəb dizaynerlərinin kolleksiyaları və Orta Şərq üslublu aksessuarlar satılır.

Şəhərin ən dəbli müstəqil butiklərinə gəldikdə siz onları Jumeirah Beach Road və Al Vasl yolu boyu səpələnmiş halda tapacaqsınız. Butikə çevrilmiş şıq O De Rose villası cəlbedici ərəb üslublu bəzək əşyaları və pop mədəniyyəti izləri olan aksessuarları satır. Daha hədəfli alış-veriş üçün həm Sunset Mall həm də Galleria Mall mərkəzlərində günorta baş çəkə biləcəyiniz əla yerlər vardır. Orijinal idman ayaqqabıları üçün Cities Boutique mağazasına gedin və zövqlə işlənmiş manikür və pedikür üçün SoH mağazasında dayanın.


boutique in Dubai

Sunset Mall-da hipster stili həvəskarları arasında məşhur olan LA və Avstraliya brendləri, o cümlədən Unif və Finders Keepers üçün West LA Butikinə, həmçinin avanqard Nyu York brendinin açılış mərasimi üçün Socialista mağazasına üz tutun.


Dubai Shopping Malls

Bazara


Daha çox əl ilə hazırlanmış yeganə nüsxədə mövcud olan əşyalara üstünlük verirsinizsə, ARTE Bazarı ayda iki dəfə (iyul və avqust aylarından başqa) Times Square Mərkəzində açılır və yerli ustaların hazırladığı şamlar və körpə paltarları da daxil olmaqla, incəsənət, sənət əsərləri və məhsulları təklif edir. Eyni zamanda sentyabr ayına qədər elə həmin yerdə hər şənbə günü açılan RIPE Bazarında təbii (orqanik) ərzaq, dəb və sənət əşyaları tapa bilərsiniz.

624
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Timeless Spa Dubayda ixtisaslaşmış spalar
Sakitlik sizi gözləyir
Timeless Spa mərkəzində həyat yenidən başlayır
"At.mosphere" Dubayda Restoranlar
Buludların üzərində nahar edin
"At.mosphere"-də naharın hündürlüyü
Tədbirlər
Global Village 2015-2016
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Souk Madinat (Madinat Bazarı) Dubay bazarları
Ərəb üsulu ilə alış-veriş
Souk Madinat- (Madinat Bazarını) sınaqdan keçirin