Dubai

Dubayın ən yaxşı səhnə ifaları

Dubayın ən yaxşı səhnə ifaları http://www.visitdubai.com/az/articles/show-stoppers 20161010T155143:636117115030497033 20161108T185543:636142281436634720 Şəhər boyunca incəsənət və əyləncə yerlərini kəşf edin İl boyu Dubay səhnələrində olan ifaların siyahısı ilə tanış olun. Dünyanın ən yaxşı istedadlarının yer aldığı caz festivalından tutmuş, 13-cü ilini qeyd edən film festivalına qədər Dubayın hər bir səhnəsində əyləncə vardır. Komediyadan tutmuş caza qədər Dubayın ən isti festivallarını və canlı ifaları nəzərdən keçirin

Dubayın ən yaxşı incəsənət tədbirlərindən birində özünüz üçün yer tutun


Dünya-səviyyəli caz və heyrətamiz akrobatlardan Hollivud film ulduzları və ən məşhur müğənnilərə qədər bir çox məşhurların yer aldığı ifalar Dubay səhnəsində təqdim olunacaq.


Sensation


Özünü "Dünyanın Aparıcı Rəqs Tədbiri" kimi təqdim edən Sensation noyabrın 11-də Dubaya qayıdır və bu dəfə yeni bir məkanda - Bab Al Shams kurortunda, səhrada təqdim olunacaq. Ən məşhur xarici DJ-lərin yer aldığı, ulduzlarla dolu bu sensasiyalı şou üçün minlərlə əyləncə həvəskarlının toplanacağı gözlənilir. Qeyri-adi hava akrobatları, işıq və lazer şousu ilə yanaşı əla səs effektləri sizi coşduracaq.

Sensation-2014


Emirates Hava Yolları Dubay Caz Festivalı


Emirates Hava Yolları Dubay Caz Festivalının 15-ci buraxılışı 22-24 fevral 2017 tarixində baş tutacaq. Dubai Media City Amfiteatrında pop, indie, rok, reqqi və əlbəttə ki, caz təqdim olunacaq. Əvvəlki çıxışlarda Santana, David Gray və Stinqin ifa etdiklərini nəzərə alsaq bütün üç gün ərzində konsertin dolu keçəcəyini gözləmək olar.

Jazz-Festival-Sting-2015


La Perle


Məşhur Cirque du Soleil-in təsisçisi, Franco Dragone tərəfindən yaradılmış La Perle-ni – Dubayın ilk su şousunu qarşılayın. Səhnə 2.5 milyon litr su tutan nəhəng bir hovuzdan ibarət olacaq, qorxmaz akrobatlar və sənətçilər 35 metr hündürlükdən tullanaraq, saniyədə dörd metr sürətlə yellənəcək və ölümə meydan oxuyan hava və su fəndlərini yerinə yetirdikcə tamaşaçıları mat qoyacaqlar. Hətta Dragonenin özü La Perle-nin texniki cəhətdən ən üstün teatr şousu olacağanı deyir. Şouların 2017-ci ilin əvvəlində başlanması və Al Habtoor City-dəki 1,300 yerlik teatrda keçirilməsi gözlənilir.

La-Perle-illustrasiya


Dubay Beynəlxalq Film Festivalı (DİFF)


7-14 dekabr arası qırmızı xalının üzərində yeriyin və şəhərin hər il keçirilən festivalında perspektivli gənc rejissorların işlərinin dünya premyerası və debütünə şahidlik edin. Artıq 13-cü ildir kiDIFF film həvəskarları üçün regionun ən vacib tədbiridir və ərəb və dünya kinosunun ən yaxşılarını Madinat Jumeiraha gətirir. Siz rejissorlar, prodyuserlər, ssenaristlər və aktyorlar ilə yanaşı oturacaqsınız. Ötən ilki tədbirdə Jake Gyllenhaal, Melanie Griffith və Dev Patel kimi məşhurlar iştirak etmişdi.

Dubai-International-Film-Festival


Dubay Operası


Dubayın mərkəzində Dubay Operasının bu yaxınlarda açılması ilə artıq siz öz səfərinizə bir incəsənət gecəsini də əlavə edə bilərsiniz. Burada baletdən sehrbazlığa, musiqili tamaşadan əlbəttə ki operaya qədər hər zövqə və yaş qrupuna uyğun şoular təqdim edilir. Bu mövsüm Vivaldinin Dörd MövsümQərb Əhvalatı kimi ən məşhur əsərlərini dinləmək üçün özünüzə yer tutun.

west-side-story-foto-01-credit-nilz-boehme-Dubai-Opera



 Dubay Təqvimində şəhərin növbəti ən böyük tədbirinin hansı olacağını öyrənin.
367
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi Dubay muzeyləri
Beynini və bədənini qidalandır
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi
WAFI mall ticarət mərkəzi Alış-veriş həvəskarları birləşin
Alış-verişinizi təmtəraqlı şəkildə edin.
WAFI Mall ticarət mərkəzində həzz alın
Eataly Dubay Kafe həyatının ləzzəti
Bura elə də kiçik olmayan İtaliyadır
Eataly italiya möcüzələr aləminə baş çəkin
Dubay Avtodromu Sürət ehtiyacı
Mühərriki işə salın
Dubay Avtodromunda həyəcanlı anlar yaşayın
Platinum Heritage (Platin irs) Dubayda Səhra Macəralarını kəşf edin
Səhra həyatını yaşayın
Səhranın tədqiq edin