Dubai

Seçkin Spa təcrübələri

Seçkin Spa təcrübələri http://www.visitdubai.com/az/articles/signature-spas 20161013T142125:636119652852191874 20161108T185929:636142283691966111 Dubay Spasında dincəlin

Dubayda biz gözəllik və sağlamlıq məsələlərinə ciddi yanaşırıq. Dünyanın ən üstün spa məkanlarından biri kimi bizim geniş çeşiddə spalar, sağlamlıq klubları, klinikalar, hamamlar və sağlamlıq mərkəzləri sizə geniş seçim təqdim edir. Burada şəhərin ən yaxşı spa müalicələrinə bələdçini təqdim edirik.

Dubayda ən yaxşı gözəllik və sağlamlıq müalicələri

Dubayda tam relaksasiya təcrübələri


Dubay, ən üstün yağlar və skrablardan istifadə olunmaqla tam bədən müalicəsi təklif edən möhtəşəm spaların və Ərəbistan elementləri ilə zəngin olan ənənəvi hamamların vətənidir. Spa təcrübəsi Dubay həyat tərzinin bir hissəsidir və qonaqlar da bu həyat tərzinə tez alışırlar. Öz səfər gündəliyinizə əlavə edə biləcəyiniz dörd lüks spa müalicəsini təqdim edirik.



Ənənəvi bir təcrübə üçün


Jumeirah Zabeel Saray , Palm Jumeirah-da yerləşən dəbdəbəli Osmanlı üslublu kurortdur və bu mükəmməl kurortdaTalise Ottoman Spa yerləşir. Kompleks daxilində məxsusi binada yerləşən, mükafatlara layiq görülmüş spada həmçinin möhtəşəm hamam da var.

Mağara tipli, mərmər döşənmiş otaqda incə işlənmiş kaşı var və azacıq ətir hiss olunur. The Royal Ottoman Hammam (bir saatı 485 dirhəm) əsrlərdən qalan türk hamamını lüks tərtibatda təqdim edir. Mütəxəssis terapevtlər bitki dəmləmələri və kisədən istifadə edərək ölü dəri hissəciklərini təmizləyir, bədəni və başı körpə dərisi kimi yumşaq olana qədər yuyur və təmizləyirlər.

Jumeirah Zabeel Saray, Palm Jumeirah

+971 4 453 0456


dubai-spas-best-Jumeirah-Zabeel-Saray-Talise-Ottoman-Spa-(2)


Stresi çıxaran müalicə üçün


Deira-nın mərkəzində, Dubai Creek Golf Club-ın yaxınlığında yerləşən bu məkan şəhərdəki ən görməli kurortlardan biridir, Park Hyatt Dubai – və onun eyni dərəcədə mükəmməl spası olan Amara Spa da həmçinin. Əgər Moorish arkası, müasir çizgilər, yırğalanan pərdələr və ətrafında palma ağacları olan heyrətamiz spa hovuzu sizin dincəlməyiniz üçün kifayət deyilsə, onların daş-qaşla bəzədilmiş spa menyusu mütləq kifayət edəcək.

Burada müalicə qiymətli daşların şəfasına əsaslanır (saffirin stresi çıxartdığı söylənilir; almaz cavanlaşdırır; və zümrüd detoks edir). Amara Sapphire (1 saatı 505 dirhəm) özəl açıq həyətdə ayaq vannası ilə başlayır və daha sonra ətir, sandalağacı və əmbərin ritmik toxunuşlarla sürtülməsi ilə müşaiyət olunan isti yağ masajı ilə davam edir. Bütün müalicələr rahat oturacaqda dərman çayı ilə və meyvə çubuqları ilə yekunlaşır.

Park Hyatt Dubay, Dubai Creek Club küçəsi

+971 4 602 1234


Amara20Spa20Couples20Suite 1


Ən yaxşı kurort məhsulları üçün


Palace Downtown-da yerləşən Spa torpaq rəngli, dəbdəli mebel və arabesk taxta işləmələr ilə doludur. Ərəb üslublu məkana uyğun olan müalicə prosedurlarından istifadə edilən spada Natura Bisse və Les Sens de Marrakech kimi orqanik gözəllik brendlərindən istifadə olunur.

Seçkin One Desert Journey (105 dəqiqəsi 850 dirhəm) proseduru zamanı səhra qumu və duzdan istifadə olunur, daha sonra isə Mərakeş nanəsi ilə bitki masajının yer aldığı bədən təmizlənməsi yer alır. Cütlüklərin müalicəsi - eləcə də Çin, Bali, Tailand və Şiatsu texnikalarının qarışımı olan seçkin Fusion Masajından Burj Gölü yaxınlığında yerləşən açıq hava kabana spa-da zövq alın.

‪Qədim Şəhər adası, Məhəmməd Bin Raşid Bulvarı‬‬‬

+971 4 428 7888


dubai-spas-best-The-Palace-The-Spa-(2)


Bütün gün davam edən dincəlmə


Şəhərdəki əsl müalicə məkanı olan Talise Spa Madinat Jumeirah-da yerləşir və digər lüks kurortlarda olan külək qülləsi memarlıq üslubunda tikilmiş, ayrıca yerləşən geniş bir kompleksdir. İçəridə fəvvarələr, gözəl işlənmiş bağçaların yanında yollar var və quşların səsi sizi sanki dəbdəli bir cənnətə aparır.

Ayrı-ayrı yerləşən, otel otağı ölçüsündə olan müalicə otaqları ilə bu məkan üç saatlıq Dincəlmə Günü üçün ideal yerdir (1495 dirhəm). Buraya xüsusi sifariş edilmiş tam bədən masajı, üz və bədən skrabı daxildir və sonda spanın mətbəxində hazırlanmış sağlıqlı bir çərəz ilə yekunlaşır. Tam bir spa təcrübəsi üçün çimərlik kabanasında masaj üçün qeydiyyatdan keçin və burada bacarıqlı terapevtlər sizi ustalıqla masaj edəcək, okeanın mehi isə sizə mükəmməl sevinc yaşadacaq.

Jumeirah Beach Şossesi

+971 4 366 6818


dubai-spas-best-Madinat-Jumeirah-Talise-Spa-(2)
523
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Mənzərəli Nahar Dubay muzeyləri
Mənzərəli Nahar
Bayt Al Wakeel göyərtəsindən Dubay Creek mənzərəsi
BurJuman Alış-veriş həvəskarları birləşin
Yüksək səviyyəli alış-veriş cənnətini araşdırın
BurJumana yollanın
"Armani Spa" Dubay hamamları
Şıq bir spa günü
ARMANİ/SPA-da hazırlanmış istirahət
İMG Macəralar Dünyası Dubay Möcüzələri
İMG Macəralar Dünyası
Həyatınızın Ən Maraqlı Anlarına Hazır Olun
Madinat Jumeirah Dubay Möcüzələri
Dəbdəbə qalası
Madinat Jumeirah-da nahar, alış-veriş edin və qalın