Dubai

Star Wars (Ulduz müharibələri) Dubayda

Star Wars Dubai (Ulduz müharibələri Dubay) http://www.visitdubai.com/az/articles/star-wars-dubai 20151223T010147 20161108T185840:636142283204149536 Şəhər boyunca incəsənət və əyləncə yerlərini kəşf edin

Onun məşhur müasir memarlığı sizi xəyallarımızdan kənarda mövcud olması inanılmayan, lakin əslində mövcud olan futurustik dünyaya qərq edir. Dubay, Ulduz Müharibələri kainatı təcrübəsini qazanmaq üçün mümkün olan ən yaxın məkandır.

Dubayda Ulduz Müharibələri təcrübəsini toplayın

Star Wars (Ulduz müharibələri) Dubayda


Kosmos çağının şüşəsi və polad üfüq xəttindən geniş səhralara və donmuş yamaclara qədər; Dubay uzaq, uzaq qalaktikaya yaxınlaşa biləcəyiniz ən yaxın məkandır…





Marvel kinostudiyası Coruscant qüllələrində


At the Top ilə dünyanın ən üstünə yola düşün. Dünyada ən hündür bina olan Burj Xəlifənin müşahidə meydançası sizə 450 metr hündürlükdən Dubayın ulta-müasir memarlığının heyranedici görüntülərini təklif edir. 





Dagobahda vəhşi aləmlə tanış olun


Vəhşi təbiət həvəskarı olan fotoqraflar üçün; telefoto linzalarının tozunu silin və Dubay Körfəzinin sonuna üz tutun. Ras Al Khor Təbiət Qoruğu böyük sayda köçəri quşları cəlb etməsi ilə tanınmış bataqlıq qoruğudur. Bataqlıqda böyük sayda quşlar, o cümlədən 500-dən artıq flaminqo, xərçəngkimilər, kiçik məməlilər və balıqlar vardır. Üzr istəyirik, lakin kiçik yaşıl Jedi usta yoxdur.

Üç quş izləmək üçün sığınacaqlar ictimaiyyətə açıq olan qoruğun perimetri boyu yerləşir. Giriş pulsuzdur və şənbə günündən cümə axşamına qədər saat 9:00-dan 16:00-a qədər açıqdır.


Wildlife-Sanctuary


Tatooine qumlarını sınaqdan keçirin


Landspeeder-inizi Land Cruiser ilə əvəz edin və Dubay qum təpələri boyu səhra safarisi ilə adrenalini qaldıran səyahətə yola düşün. Gününüzü səhranın ortasında, ənənəvi Bədəvi üslublu düşərgədə ulduzlu səma altında Orta Şərqin ləzzətli yeməkləri ilə qonaqlıqla başa vurun.


dune-buggies


Hoth-da qartopu döyüşü


Tatoone-dən Hoth-a istidən Ski Dubay-ın donmuş yamaclarına keçin. Üzr istəyirik, lakin Tauntaun-unuzu bura gətirə bilməzsiniz. Bununla belə, pinqvinlərlə yaxından tanış ola bilərsiniz. Ski Dubay kral və gentoo pinqvin sürüsünə malikdir. Qarlı yamaclardan pinqivinlərə baxmaq ödənişsizdir, lakin pinqivinlər ilə yaxından ünsiyyət qurmaq istəyənlər üç müxtəlif "peng-friend" görüşlərindən birini seçib ala bilərlər. Bu seçimlərə şəxsən pinqvinlə görüşmək və ya eksklüziv həftədə bir dəfə pinqvinlə üzmək daxildir.


Ski-Dubai--Penguins-Family__Themeparks-Amusements_Oct14


Lazer döyüşü və kapsullarda yarış


Dubay Avtodromuna üz tutun və onların 1.2 kilometrlik dövrəsində bacarığınızı sınaqdan keçirin. Sonra blasterinizi hazırlayın və Lazerdromda üsyançıların bayrağı altında birləşərək, orta əsrlər zindanında atışmağa başlayın. Qorxmayın, bildiyimiz qədər... bu zindanda Rankorlara rast gəlinmir.


Autodrome


Öz droidinizi yığın


Qoy uşaqlarınız öz daxili Anakin Skywalker-ini biruzə versinlər və Fun Robotics-də (Əyləncəli Robotexnika kompleksi) öz droidlərini yığsınlar. Şeyx Zayed Yolunda Safestway-də yerləşən Fun Robotics uşaqlara və yeniyetmələrə, xüsusilə STEM-lə əlaqədar sahədə öz biliklərini artırmaq və yaradıcılıqlarını ifadə etmək üçün lazımi bacarıqları vermək məqsədi güdən ixtisaslaşmış robotexniki kompleksdir. Fun Robotics uşaqlara öz potensialını sınaqdan keçirmək və həyat bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur. Öz C3PO, R2D2 və BB8 robotunuzu yığmağa başlayın.



Bu dünyaya məxsus olmayan naharın dadına baxın


Çin Han Solo-dan ilham almış çoxsaylı ağız sulandıran xörəklərin dadına baxın. Zheng He’s restoranında inqrediyentlərdən tutmuş xörək bişirmə üslubuna qədər şərq və qərb ənənələrini birləşdirən menyunu aşkar edəcəksiniz. Qədim Çin ab-havasını almaq üçün restorana daxil olun, açıq havadakı masalar isə sizə Burj Al Arab və kanalların mənzərəsini təqdim edir.


dubai-desert-activities-things-to-do-dune-bashing-4x4-safari


Daxilinizdəki qüvvəni oyadın


Bunların hamısını Star Wars VII: The Force Awakens (Ulduz müharibələri VII: Qüvvənin oyanması) filminin IMAX nümayişi ilə bitirin. Dubayda üç IMAX ekranı var Mall of the Emirates ticarət mərkəzində VOX, Ibn Battuta Mall-da Novo və Meydan IMAX Kinoteatrı. Sonra möhtəşəm eksentrik suvenirləri almaq üçün Dubai Outlet Mall-dakı Comicave mağazasına üz tutun.

Qoy qüvvə sizinlə olsun.

Comicave

478
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Tədbirlər
Global Village 2015-2016
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim