Dubai

Dubayın Sörf səhnəsinin daxilində

Dubayın Sörf səhnəsinin daxilində http://www.visitdubai.com/az/articles/surf-scene 20160905T162443:636086894835283981 20161207T162850:636167249304995183 Dubayda macəralı fəaliyyətləri kəşf edin

Öz ilıq suları, il boyu davam edən gün işığı və yeni başlayanlar üçün mükəmməl olan qabarma ilə Dubay sörferlərin cənnətinə çevrilmək üçün hər cür şəraitə malikdir. Onun həmçinin kiçik, xoşagəlimli sörf səhnəsi də var ki, burada sadəcə olaraq, ayağınızı sörf taxtasının (yaxud avarlı lğvhənin) üstünə qoyun və möhtəşəm görünüş alın. Dubayda sörfinq üçün bələdçini diqqətinizə çatdırırıq. 

Ən yaxşı çimərlik ləpədöyənləri və onları necə tapmaq olar.

Onun Mavericks kimi gücü, yaxud Pipeline kimi dartımı olmaya bilər, lakin Dubayın ləpədöyənləri bölgədə özünəmaxsus liqa yaratmış kiçik sörfinq səhnəsini dünyaya gətirdi.

Körfəzin dalğasız olmasına dair fikirlərin yayılmasına baxmayaraq, qış aylarında şimal-qərb küləyi sahilə doğru əsərək 4 fut hündürlükdə dalğaları yaratdığı 100 gün ərzində sörfinq üçün şərait yaranır. Nəticədə, son 10 il ərzində elə çimərlik mədəniyyəti yaranmışdır ki, uzun müddəti burada yaşayan xarici sakin və Surf House Dubay (Dubay sörf evi) sörf və həyat tərzi konsepsiyasının birgə təsisçisi Skot Çeymbers (Scott Chambers) onu misli-bərabəri olmayan kimi təsvir edir.


surfing-dubai-surf-where-to-learn-beach-(3)

“Bizim arzumuz həmişə həqiqətdə Dubayda sörfinqin mümkün olduğunu dünyaya göstərmək olmuşdur,” - burada böyümüş Çeymbers deyir. "İnsanlar burada 1980-ci illərin sonundan sörfinqlə məşğuldurlar. O, demək olar ki, başlanğıcda cəmi bir neçə xarici vətəndaşdan indi ehtimal edilən 2000 fəal müntəzəm sörferlərə qədər böyümüşdür və beynəlxalq diqqəti cəlb edən hər il keçirilən tədbirə çevrilmişdir."

Həmçinin şəhərin ən məşhur ləpədöyəni olan Sunset Beach çimərliyinin Dubayın ən ənənəvi görməli yeri Burj Al Arab-ın düz yanında yerləşməsi də bizə kömək edir; bu, mənzərəli sörf şəkillərini çəkməyə imkan verir.

"Dalğalar Avstraliyadakı kimi böyük olmasa da, keyfiyyətli təlimdən istifadə imkanı, mövcud avadanlıq və yerli icmanın mədəniyyəti bunu dünya səviyyəli yer edir", -Çeymbers qeyd edir.

Braziliyada anadan olmuş Çeymbers və onun holland-ingilis biznes tərəfdaşı Daniel Van Dooren 1990-cu illərin əvvəlindən Dubayda sörfinqlə məşğuldurlar və Dubayda həm idmanın, həm də bir-birinə çox yaxın çimərlik icmasının inkişafına çox kömək etmişlər. Onların 2005-ci ildə təşkil edilmiş sörf məktəbi 2013-cü ildə bağlanmağa məcbur oldu, çünki Dubay bələdiyyəsi ictimai çimərliklərdə özəl operatorların işini qadağan etdi. Onlar o vaxtdan bəri yeni fitnes və həyat tərzi konsepsiyasını yaratmışlar və Sunset Çimərliyinin düz yaxınlığında yerləşən Umm Suqeim 2 ünvanındakı villada fəaliyyət göstərirlər.


surfing-dubai-surf-where-to-learn-beach-Surf-House

Dubayın çimərlik mədəniyyəti ilə şəxsən tanış olmaq istəyənlər sakit mühitin olduğu, günəş, qum və dəniz həvəskarlarının daim mövcud olduğu Surf House Kafesinə baş çəkməlidir. Təbii qəhvədən sağlam salatlara, sörfinq üçün aksessuarlar və həftəsonları gec səhər yeməyinə qədər hər şey təklif edən Surf House Dubay həmçinin saatı cəmi 75 dirhəmə sörfinq və ayaqüstü avarlı lövhələr icarəyə verir.

Evdə təşkil edilmiş studiyada müxtəlif yoqa və sörfə hazırlıq dərsləri, o cümlədən sörf və SUP (ayaqüstü avarlı lövhə) təlimi keçirilir. "Biz Sunset Beach çimərliyində yenidən sörf dərslərinə başlamaq üçün Dubayın İdman Şurası və yerli hökumət orqanları ilə yaxından əməkdaşlıq edirik", - deyə Çeymbers qeyd edir. "Növbəti iki - üç ay ərzində biz Dubay şəraiti üçün xüsusi olaraq hazırlanmış sörf lövhələrində və ISA sertifikatı almış məşqçilərin vasitəsilə yeni başlayanlara və orta səviyyəli sörferlərə xidmət təklif edəsiyik."

Hər növ sörferlərlə birlikdə avokado, yumurta və tüstüyə verilmiş qızıl balıqdan ibarət olan sağlam səhər yeməyi yeyin, sonra fəaliyyətin qızışdığına baxmaq üçün Sunset Beach çimərliyinə yola düşün. Jumeirah dağ çıxıntısı boyu ilə şərqə doğru hərəkət sizi tədricən Kite Beach çimərliyinə gətirəcək. Burada siz bu adrenalini artıran idmanı mənimsəmək üçün sahə Dukite məktəbində səkkiz-on saat təlim almalı olacaqsınız. Acmısınız? Yaxınlıqdakı Surf Shack çəlləklər arasında sağlam şirələrdən donmuş yoqurta və burqerlərə qədər hər şeyi təklif edir. Şəhərin ac sakinlərinə qoşulmaq üçün Salt (duz) ərzaq avtomobilini axtarın.

Daha isti aylarda dalğalar zəifləyəndə də, yaxınlıqdakı Wild Wadi (vəhşi vadi) akvaparkında Wipe Out Flowrider atraksionunda dalğa tapmaq olar.

508
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi Dubay muzeyləri
Beynini və bədənini qidalandır
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi
Emirates Kart Zone Sürət ehtiyacı
Ürəyinizin sürətlə döyünməsinə nail olun
"Emirates Kart Zone" kartinqi ətrafında sürətlə dolanın
Souk Al Bahar (Al Bahar Bazarı) Dubay bazarları
Mənzərəli bazar
Souk Al Bahar-ı (Al Bahar bazarını) aşkar edin
La Serre Bistro & Boulangerie (Bistro və Bulka dükanı) Kafe həyatının ləzzəti
Zərif Fransa mətbəxini kəşf edin
La Serre-da fransız delikatesləri