Dubai

Dubayda uşaqlarınızla edəcəyiniz ən yaxşı məşğuliyyətlər

Bir az kalori sərf edin http://www.visitdubai.com/az/articles/things-to-do-dubai-kids 20150925T105905:635787755450374418 20161108T185328:636142280084123323 Şəhər boyunca incəsənət və əyləncə yerlərini kəşf edin

Dubaydakı təkliflər və tanınmış atraksionlar uşaqlara olduğu kimi onların valideynlərinə də əyləncəli olacaq. Dubayda uşaqlara uyğun əyləncələri olan başlıca oyun məkanlarımızı kəşf edin.

Dubayda uşaqlar üçün bol əyləncə vardır

Uşaqları şəhərdə əyləndirmək üçün ən yaxşı yerlər


Dubaydakı təkliflər və tanınmış atraksionlar uşaqlara olduğu kimi onların valideynlərinə də əyləncəli olacaq. Ailəvi şəkildə başlıca oyun meydanlarını kəşf etməyin bir neçə əsas yolu vardır.

kite-beach Çərpələng Çimərliyi (Kite Beach)

Kite Beach çimərliyində hər şey uşaqlar üçündür və indi bu məkanı yenicə döşənmiş skeyt-park, açıq havada trampolinlər, macəralı idman zalı və kiçik uşaqlar üçün oyun sahələri tamamlayır. Bura uşaqlarınızla birlikdə üzmək, balıqqulağı toplamaq və daha sonra qonaqların daha çox toplaşdığı Park House və ya qaçış yolu üzərində yerləşən çoxsaylı çimərlik yeməkxanalarından birində oturub səhər yeməyi və ya qəlyanaltı etmək üçün mükəmməl məkandır.

Kite Beach, Umm Suqeym


Aquaventure Aquaventure Akvaparkı

Atlantis, The Palm-da yerləşən Aquaventure Akvaparkında həm böyüklər həm də kiçiklərin adrenalin sıçrayışı tam təmin olunacaq. Ailənizdə həyəcanı sevənlər var? Cəsarətli turistlər, boru ilə sizi köpəkbalığı gölünə tullayan rekod qıran atraksionu təcrübədən keçirməlidirlər. Kiçik uşaqlar nəzarətçilərlə birgə at sürə və Splashers Uşaq Oyun Sahəsində əylənə bilərlər. Bütün atraksionlardan sonra su boyunca yavaşca gəzin və ya özəl çimərlikdə günəş şüaları altında dincəlin.

Atlantis, The Palm, Crescent Şossesi, Palm Jumeirah
+971 4 426 0000


Kidzania KidZania

Ölçüsü kiçildilmiş "yetkin həyat təcrübəsi" kimi inşa edilmiş mükafata layiq görülmüş KidZania döşənmiş küçələri, binaları və fəaliyyət göstərən iqtisadiyyatı olan əyləncəli tədris komleksidir. Uşaqlarınızın yanğınsöndürən, aşpaz, həkim və ya radio aparıcısı, Emirates təyyarəsinin pilotu və ya öz ətirini yaradan ətirçi kimi yetkin insan peşələrində özlərini sınamalarını müşahidə edin.

Dubay Mall
+971 4 448 5222


shutterstock_104843696 Səhrada at sürmə

Dubayda unudulmaz bir təcrübə kimi səhraya at belində tamaşa edin. Al Sahra Desert Resort istirahət mərkəzində siz, bir zamanlar bu ərazilərdə mövcud olmuş bədəvi həyat tərzini izah edən Ərəb Mədəniyyəti Turuna (Arabian Culture Tour) da yollana bilərsiniz.

Al Sahra Desert Resort Atçılıq Mərkəzi
+971 4 427 4055


SEGA Republic SEGA Republic

Tematik parklarda ənənəvi atraksionlar olduğu halda SEGA Republic parkını maraqlı edən şey onun qeyri-adi simulyasiyasıdır. Burada lazer zonası, 360 dərəcə fırlanan virtual realiti dırmaşma sahəsi, doqquz metr yüksəkliyindən sərbəst düşən Sonic Hopper vardır. Boy məhdudiyyəti olan azyaşlı uşaqlar isə basketbol səbətinə top ata, gitara çala və ya dörd səviyyəli yumşaq oyun sahəsində əylənə bilərlər.

Dubay Mall
+971 4 448 8484


Top Things To Do With Kids in Dubai Delfin Körfəzi

Atlantis, The Palm-da yerləşən Dolphin Bay körfəzində təbiətin ən dostyana məməli heyvanlarından biri olan delfinlərlə birgə üzün. Bütün yaş və bacarıq kateqoriyasından olan üzgüçülər bu ünsiyyətcil dəniz heyvanları ilə üzə bilərlər. Günün sonunda əgər uşaqlarınız yeni dostları olduğunu sizə desələr təəccüblənməyin!

Atlantis, The Palm, Crescent Şossesi, Palm Jumeirah
+971 426 0000


Dubai Ice Rink Dubay Ice Rink (Buz Meydançası)

Səhranın ortasında buz üzərində sürüşmək? Hər şeydən öncə bura Dubaydır. Dubai Mall-da yerləşən olimpiya ölçülü Dubai Ice Rink sizə hər çuxura düşdükdə və hər döngədə kömək edəcək təlimçiləri ilə bütün yaş və bacarıq səviyyəsində olan konkisürənlər üçün açıqdır. Yaşca daha böyük olan uşaqlar müasir musiqi və işıqların imkan verdiyi, əmirliklərin ən yaxşı rəqs partisində öz üçqat Salxov fəndlərini nümayiş etdirmək üçün disko sessiyasından zövq alacaqlar.

Dubay Mall
+971 4 448 5111


Bounce Dubai BOUNCE Dubay

Uşaqlar (və böyüklər) 100-dən artıq bir-biriləri ilə bağlı trampolinlərdə gərgin əyləncə üçün toplaşırlar. Kütləfi pulsuz tullanma zonası, nəzarətçilər oyunu meydançasında özünüzü sərbəst buraxın, halqaya top atın və inanmanız üçün görməli olduğunuz Divarlarla birləşmiş yüksək mürəkkəblik dərəcəsi olan trampolinlərdə özünüzü sınayın. Kiçik uşaqlar, böyüklərdən uzaqda Mini Bounce sahəsində yumallana bilərlər. Əlavə bonus kimi bu əyləncələrdən sonra hamının möhkəm yatacağına təminat verilir.

32, 4B Küçəsi Al Quoz
+971 4 321 1400

Uşaqlarınıza unudulmaz səyahət bəxş etmək istəyirsiniz? Dubayda uşaqlar üçün nəzərdə tutulmuş ən yaxşı fəaliyyətləri nəzərdən keçirin və mütləq şəhərin ən görməli yerlərini öz gəziləsi yerlər siyahınıza daxil edin.

580
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Dubay Mall Dubay Möcüzələri
Tam ürəklə alış-veriş edin
Dubay Mall-da pərakəndə satış mağazalarında kef çəkin
Qədim Sirrlər Aşkar Edilir Dubay muzeyləri
Qədim Sirrlər Aşkar Edilir
Muzeydə Bir Gün
Beachcombers Yeni qida tendensiyası
Çimərlikdə Branç (gecikmiş səhər yeməyi)
Beachcombers-də ailəvi nahar
Boutique 1, Mall of the Emirates Dubayda butikləri kəşf edin
Boutik Şik
Boutique 1-də dəbdəbəyə daxil olun.
Bloomingdale’s, Dubay Mall Dubayda Mağazalar
Stil ikonası kimi alış-veriş edin
Bloomingdale’s mağazasında fərdi alış-veriş