Dubai
Dubayda səhrasında nə etmək olar? http://www.visitdubai.com/az/articles/things-to-do-in-dubais-desert 20161010T155112:636117114725770021 20161207T093348:636167000289394246 Dubayda Səhra Macəralarını kəşf edin Dubayın səhra şəhəri adlandırılmasının səbəbi var. Kvadrasikl ilə adrenalini yüksəltmək və ya lüks sakit bir mühitdə dincəlmək istəyinizdən asılı olmayaraq siz bu sakit qumlu məkanda bir çox əyləncədən həzz ala bilərsiniz.

Dubayda maşınla təpələrə yüksəlmək, səhra safarisi və bir çox digər əyləncələr

Əmirliyin təbiətini seyr etmək üçün bəzi üsullar.


Dünyada həm səhra həm də çimərliyin yaxınlıqda olduğu çox az şəhər var. Dubayı əlverişli edən məqam odur ki, azur sahil xətti və günəşdən yanmış səhra bir-birindən maşınla cəmi bir saatlıq məsafədədir. Bu o deməkdir ki, siz səhər dənizdə sörfinq edə, günorta isə sendbordinq ilə məşğul ola bilərsiniz. Səhraya gəldikdə isə, burada ziyarətçilər üçün çoxlu seçimlər var. Məşğul ola biləcəyiniz əyləncələrdən bəziləri:



Səhra Safarisinə yola düşün


Səhra safarisi qədər sizə Dubayı xatırladacaq çox az əyləncə tapılar. Arxada oturun (arzu etsəniz qabaqda da otura bilərsiniz) və təcrübəli sürücü sizi qum təpələrinin üzərində şütüyən maşında əyləndirsin, sərt yamaclardan böyük sürətlə yenidən səhraya endirsin. Ərəb bufet şam yeməyinin verildiyi ənənəvi bədəvi düşərgəsinə qayıtmazdan öncə günəş batımı zamanı bir neçə şəkil çəkmək üçün vaxt var.

Böyüklər 295 dirhəm, qiymətə Səhra Reyncerləri daxildir.


dubai-desert-activities-things-to-do-dune-bashing-4x4-safari


Kvadrasikl əyləncəsinə hazır olun


Öz taksi sürücünüzü Dubayın ən məşhur qum təpəsi olan Big Red-ə yönləndirin. Burada kvadrasikl icarəyə götürə və qumlu məkanı gəzə bilərsiniz. İcazə vaxtı minimum yarım saatdır, kvadrasikllar sürətlidir və mütləq dəbilqə geyinilməlidir. Səhradakı təbii cığırların izi ilə gedin və Dubayın ən məşhur qumluğunda atlanan zaman qumu dostlarınızın üzərində sıçradın. Big Red və ya yerlilərin dediyi kimi Al Hamar, Dubay-Hatta (E44) şossesi ilə gedərkən yol qırağında asan görünən bir yerdir. Sürücünüzdən gözləməsini xahiş edin və ya bir günlük sürücü tutun.

Qiymətlər fərqlidir, sövdələşmə mümkündür. Tur çərçivəsində ekskursiya istəyirsinizsə quadbikeindubai.com səhifəsini ziyarət edin.


dubai-desert-activities-things-to-do-quad-biking-safari


Sandbordinq ilə məşğul olun

Bu əsl adrenalin həvəskarları üçündür. Bu snouborda bənzəyən vasitəni ayaqlarınıza bağlayın və Ski Dubai-da olduğu kimi yamaclardan aşağı sürüşün. Big Red-də sandbord kirayə götürmək mümkün olsa da Dream Explorer Dubai kimi bəzi şirkətlər tam əyləncə təcrübəsi təklif edirlər. Beş saatlıq səhər safarisi və sandbordinq paketi, Hammerdə səhra safarisi ilə başlayır və sandbordinq sessiyası ilə başa çatır. Burada siz səhradan səhmanla aşağı düşməyi öyrənəcəksiniz.

Dream Explorer Dubay ilə böyüklər üçün adam başına 275 dirhəm.


dubai-desert-activities-things-to-do-sandboarding-safari


Lüks Mercedes G-wagon safarisi


Hammer əyləncəli olsa da, Dubayın kral ailəsinin üzvü Zati-Aliləri Şeyx Məhəmməd bin Raşid Al Maktumun da seçimi olan bir maşında gəzməkdən daha yaxşı seçim nə ola bilər.

Dubayda yerləşən lüks tur operatoru Platinum Heritage Dubay Səhra Qoruğunda Mercedes G-wagon ilə səhra safarisi təşkil edir. Burada siz vəhşi təbiətlə tanış ola və ərəb antilopunu görə bilərsiniz. Romantik şam yeməyi safarisinə tənək altında 6 cür yemək, səhər vəhşi təbiət safarisinə isə ənənəvi Əmirlik səhər yeməyi və yerli bədəvinin danışacağı hekayə daxildir.

Platinum Heritage ilə şam yeməyi safari üçün, böyüklər üçün adam başı 1500 dirhəm



Gecəni səhrada qalın


Əgər düşərgə salmaq sizə maraqlı deyilsə Dubay Səhra Qoruğunda yerləşən Al Maha Desert Resort & Spa, içində görünməz kənarlara malik hovuz olan lüks çadır formalı villalar təklif etməklə düşərgə istirahətinizi daha təkmil edəcək.

Bu məkan risk etmək deyil, dincəlmək yeridir. Bir çox digər əyləncələrlə yanaşı burada səhra təpələrinin üzərində dəvə ilə səyahət edə və gözəl mənzərəni seyr edərək içki içə bilərsiniz. Ceyran və ərəb antilopunun su içmək üçün gəldikləri təbii vadi ilə üzbəüz bir villa sifariş edin.


dubai-desert-activities-things-to-do-luxury-glamping-Al-Maha
487
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi Dubay muzeyləri
Beynini və bədənini qidalandır
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi
Qızıl və Almaz Parkı Dubay bazarları
Cəvahir tap
Qızıl və Almaz Parkını aşkar et
"Al Hadheerah" BƏƏ mətbəxi
Şam yeməyi şousu
Səhrada "Al Hadheerah"-da nahar edin
Möcüzə Bağı Görünən Mənzərə
Möcüzənin şahidi olun
Möcüzə bağında çiçəklənən gözəllik
JBR-də Walk ticarət mərkəzi Alış-veriş həvəskarları birləşin
Dəbli gəzin
JBR-də Walk ticarət mərkəzində alış-veriş edin