Dubai

Dubayda Ən Yaxşı Ailəvi Açıq Hava Məşğuliyyət Yerləri

Dubayda Ən Yaxşı Ailəvi Açıq Hava Məşğuliyyət Yerləri http://www.visitdubai.com/az/articles/top-five-dubai-family-activities-outdoors 20161120T115707 20161120T135209:636152467295647743 Sport In Dubai Monolit mövzu parklarından su idmanına və çimərlik kənarı mall-lara qədər hər yerdə körpələr, uşaqlar və yeniyetmələr üçün hər cür əyləncə var. Əmirlikdə havaların sərinləşdiyi bir vaxtda, övladlarınızı toplayaraq açıq havada ailəvi əyləncə üçün çölə gedə bilərsiniz. Ən yeni şəhər parklarından birinə səfər və ya tövlələrdə poni sürmək olsun, burada bütün yaşlarda insanlar və macəra səviyyələri üçün nə isə var. Dubayda ailəvi istirahət üçün beş ən yaxşı açıq hava fəaliyyətləri

Su, idman, gündəlik gəzinti və ya park: əla ailəvi açıq hava məşğuliyyətlərindən həzz almaq üçün çoxlu vasitələr var


Uşaqları və ailələri əyləndirə biləcək Dubay kimi çox az yer var. Monolit mövzu parklarından su idmanına və çimərlik kənarı mall-lara qədər hər yerdə körpələr, uşaqlar və yeniyetmələr üçün hər cür əyləncə var. Əmirlikdə havaların sərinləşdiyi bir vaxtda, övladlarınızı toplayaraq açıq hava ailəvi əyləncə üçün çölə gedə bilərsiniz. Ən yeni şəhər parklarından birinə səfər və ya tövlələrdə poni sürmək olsun, burada bütün yaşlarda insanlar və macəra səviyyələri üçün nə isə var.



1. LEGOLAND® Dubai


Dubay Parks and Resorts parkında yeni açılan uşaq cənnətinə yollanın və ailələrin bir araya gəlib daha çox əylənmək istəmə səbəbini siz də öyrənin. Burada Rescue Academy və Legoland Driving School kimi klassiklərin daxil olduğu bir çox qrup gəzintiləri ilə yanaşı balacaların həmişə arzuladığı məkan olan və tükləri biz-biz edən Dragon əyləncə attraksionu da var. Bəs ən yaxşı cəhəti nədir? Burada su parkı da var!


in-article-legoland

2. Kite Beach (çərpələng çimərliyi)


Dubayın qış mövsümündə ən gəzməli yeri olan Kite Beach-də körpələr və yeniyetmələr üçün hər şey var. Körpələr, Umm Suqeimdəki The Journey macəralı oyun meydançasında yorulana qədər oynaya bilərlər. İçəridə taxtadan hazırlanmış ağac evlər, palçıq mətbəx, ip körpülər, ox atmaq üçün yay və oxlar, içərisinə girib əylənə biləcəyiniz fəvvarələr, şəlalə və hətta tərəvəz bostanı da var. Park, düz arxada yerləşən Jumeirah Kite Beach ilə, açıq hava trampolinləri və Skate Park ilə yanaşı olduğuna görə bütün ailəvi istirahət üçün tam bir əyləncə məkanıdır. Daha sonra sahil boyunca yerləşən avto-mətbəxlərdən birində nahar yeyin.


in-article-kite-beach

3. The Beach JBR ilə üzbəüz


Açıq hava alış-veriş rayonları Dubaydakı ən yeni dəbdir və JBR Beach-dəki bu aşağı qiymətli alış-veriş və nahar rayonu əla açıq hava nahar məkanı təklif edir. Çimərlik kriket dəstləri, üzmək üçün şişirdilən oyuncaqlar və dəvəli suvenir fincanlar satan butiklərə ev sahibliyi edən ərazidə həmçinin uşaqlar üçün sahil zonası, üzən su parkı, şəhərin ən yaxşı yemək seçimləri təklif edən restoranları, dondurulmuş qatıq və dondurma satış yerləri, eləcə də açıq hava kinoteatrı var.


in-article-Splash-Pad-Dubai-2

4. Hattaya bir günlük səyahət


Göydələnləri və çimərlikləri arxada qoyun və dağları fəth edin. Hajar dağlarında gizli bir qayalı anklav olan Hatta, Dubaydan 1.5 saatlıq məsafə uzaqlıqdadır və bu yer, təbii bulaqlar və kələ-kötür dağ zirvələri ilə zəngindir. Bir piknik təşkil edin və kölgəli bir düzəldin, və ya nahar üçün Hatta Fort Oteldə dayanaraq bu ailəvi məşğuliyyətlərdən həzz ala bilərsiniz: oxatma, üzgüçülük, tennis və mini-qolf. Daha çox əyləncə arzu edənlər dağ velosipedinə minərək planlaşdırılmış çığırlarda sürə bilərlər.


in-article-hatta-fort-hotel

5. Mushrif Atçılıq Klubunda poni sürmə


Təşəbbüsü ələ alıb bütün yaş qrupları üçün at minmək imkanları təklif edən Dubayın bu nəhəng atçılıq parkında gecəyə doğru at minə bilərsiniz. Bədr ayı altındakı gəzintilər ulduzların müşayiəti ilə keçir ki, bu da heyrətamizdir və burada hətta sonda uşaqlara atları sulamaq imkanı da verilir. Dərslər və park əyləncəsi ilə yanaşı, balacalar və uşaqlar üçün kiçik poni cığırı da var.




Əyləncə dolu ailəvi tətil planlaşdırırsınız? Uşaqlarla birgə vaxt keçirmək üçün ən yaxşı əyləncələri üstəlik ailələr üçün ən yaxşı çimərlik klublarını təqdim edirik.

490
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

Uçuşları axtar

Bunlar da xoşunuza gələ bilər
"Aquaventure" Atraksion və akvaparklar
Əyləncəyə atılın
Aquaventure su parkında yaş olun
Miss Lily’s Yeni qida tendensiyası
Miss Lily’s
Dubayda ad tamı
Cleopatra’s Spa & Wellness
Yaxşı Səhhətə Doğru
Cleopatra's Spa-da Misir Qayğısı
Madinat Jumeirah Dubay Möcüzələri
Dəbdəbə qalası
Madinat Jumeirah-da nahar, alış-veriş edin və qalın
Qədim Sirrlər Aşkar Edilir Dubay muzeyləri
Qədim Sirrlər Aşkar Edilir
Muzeydə Bir Gün