Dubai

Əmirlik həyatı yaşayın

Əmirliklərin ənənəvi macəraları http://www.visitdubai.com/az/articles/traditional-emirati-adventures 20150925T110032:635787756324092269 20161108T190415:636142286554333806 İrs və Mədəniyyət

Müasir metropolisə səfər edən zaman Əmirikdən olan birisi kimi yaşamaq həyəcanlı olmazmı? Ov quşlarının saxlanılması, dəvə yarışı və yelkənli ərəb gəmi yarışları kimi ənənəvi idman növləri hələ də Dubayda məşhurdur və bütün bunların hamısı regionun bədəvi və mirvari dalğıclığı keçmişini tərənnüm edir.

qızılquşların saxlanılması, dəvə polosu, yelkənli ərəb gəmisi yarışları - ənənəvi idman növləri, yalnız Dubayda.

Müasir metropolisə səfər edən zaman Əmirikdən olan birisi kimi yaşamaq həyəcanlı olmazmı? Ov quşlarının saxlanılması, dəvə yarışı və yelkənli ərəb gəmi yarışları kimi ənənəvi idman növləri hələ də Dubayda məşhurdur və bütün bunların hamısı regionun bədəvi və mirvari dalğıclığı keçmişini tərənnüm edir.

B.e. 13-cü əsrindən bu yana səhra həyatının ayrılmaz hissəsi olan ov quşlarının saxlanılması şeyxlərin məşğuliyyəti olsa da, siz bunu təcrübə etmək üçün şeyx olmağınıza ehtiyac yoxdur. Nəd Əl Şeba məkanında "Al Hurr Falconry"-də Dubay səhrasının ayrılmaz məşğuliyyətində iştirak edə bilərsiniz. Bu təsisatda şahin, ütəlgi qızılquş, bığlı qızılquş, kərkincəklər və hibridlər, habelə ov quşlarının dovşanların ovlanmasına və dovdaqların bu gün yarış idmanına necə gəlib çıxmasına dair tarixi qeydlər daxil olmaqla ov quşlarının seçimi ilə müxtəlif göstərişlər nümayiş etdirilir.

Ən yaxşı quşların çıxışlarını görmək məqsədilə Fazza Cempionatında iştirak etmək üçün səyahətinizi Hamdan İbn Məhəmməd Mədəni İrs Mərkəzinin ovçuluq, atıcılıq, suya dalma, və Əl Yullah (ənənəvi ərəb rəqsi) daxil olmaqla bir çox Əmirlik idman növlərinə ev sahibliyi etdiyi zamana - yanvar ayına salmaq istəyəcəksiniz. Bu il uçuş sürəti ilə rekordları qıraraq qalib olan ov quşu sazlayan Range Rover maşını və 500000 dirhəm nağd mükafat qazandı - dərin irsi köklərə bağlanan idmanın müasir parıltısı. Vacib məqam: Mərcə girməyə icazə verilmir.

Əllərdə ov quşları (və həmçinin Fazza Cempionat yarışı) dözümlüyü və sürətinə (60 km/saat-a kimi) görə tanınan səhra təbiətinə uyğunlaşmış ov iti - saluk itləri ilə ənənəvi ovçuluq növüdür. Bədəvilər ceyranlar kimi daha iri heyvanları ovlamaq üçün quş (şikarı oturtmaq üçün) və yırtıcı heyvanlardan istifadə edirdilər. Abu Dabiyə bir gün səfər etmək üçün vaxtınız varsa Abu Dabi Ov quşu Xəstəxanasının yaxınlığındakı Ərəb Saluki Mərkəzində baş çəkin və şəxsən bu mənzərəni nəzərdən keçirin.

Dubayda atıcılıq təlimi keçmək üçün yer (tüfəng və atıcılıq üçün boşqablardan istifadə etməklə, özbaşına ovçuluq qadağandı) Jebel Alidəki JA Atıcılıq Klubudur. Jebel Alidəki klub beş işıqlandırılmış boşqablardan istifadə edilən atıcılıq sahəsi (stend, qoşa stend və səngər) ilə təhlükəsiz və müasir bir mərkəzdir. Öz bacarıqlarını yaxşılaşdıra biləcəyiniz və ya heç vaxt silahdan atəş açmamısınızsa səlist nişan almağı öyrənmək üçün bir yerdir. Bundan sonra atıcılıq poliqonlarına mənzərəsi olan döşəmədən tavana kimi şüşə divarlarına görə məşhur olan qərb tərzində amerikan steyk-evi Shooters-də qızardılmış steyk (mal əti) "mükafatınızı" alın.

Və növbədə dəvə var: Bədəvilərin yük daşıyan heyvanı və min illər ərzində yaşamlarının ayrılmaz hissəsi. "Səhranın gəmilərini" hərəkət zamanı həqiqətdə görmək üçün dəvə yarışları və ya dəvə polosu oyununa qatılın. Sonuncusu Dubayda meydana gəlmiş idman növüdür. Bu gün mütəxəssislər ilə dəvə polosundan zövq almaq üçün ən yaxşı yerlərdən biri Körfəz Məkanlarıdır. Bu idmanın əsaslarını sizə öyrədəcək peşəkar heyətin sizi salamlayacağı yaşıl çəmənliklərə baş çəkin. Qısa dərs bitdikdən sonra əyləncə və gülüş dolu cari oyuna qatılın. Korporativ və ya ailəniz ilə gələ biləcəyiniz mükəmməl yerdir.
Al Lisaili yarış trassı dəvə yarışlarına - müasir qatqılarla Əmirlik idmanının ruhuna baxmaq üçün yerdir. Oktyabrdan aprelə kimi cığır boyu dəvələrin ən yaxşıları maksimum 55 km/saata kimi sürət yığırlar. Yan tərəflərdə çoşqun təlimçilər nəzarət edilən, tük kimi yüngül, robot çapanlara səslərini yönəldərək trayektoriya boyu 4x4 çarxlı maşınlarda gedirlər. Qum ilə yüksək mərclər arasında tribunada oturmaq əlbəttə ki, təkrarolunmaz bir təcrübədir.

Səfərinizi mart ayına salın və Əmirliyin növbəti yarışlarını izləyin, lakin bu dəfə növbə atlarındır. Dubay Vəliəhd Dözümlülük Kuboku dözümlük yarışlarının yaxşılarının yaxşısıdır. Siz hətta kral ailəsi ilə birlikdə yarışa bilərsiniz. Bu görməli olduğunuz tədbir Grandstand Meydanında 120 kilometrlik yol boyunca yarışan 100-dən çox ən yaxşı at çaparını nümayiş etdirir.

Quruda Əmirlik adət-ənənələrini təcrübə etmək əyləncəli olsa da dənizdə bir başqa aləm vardır. Mayor Ali ilə Mirvari Dalğıclığı keçmişə səfər təklif edir. Jumeriah Çimərliyindən yola çıxmaqla ənənəvi ərəb gəmisində ərəb körfəzinin zümrüd rəngli sularında üzəcək, etnik ağ dalğıc geyimi geyinəcək və mirvari ilə dolu dəniz məhsulları axtracağınız dəniz yatağına səfər edəcəksiniz. Hətta boş əllə qayıtsanız belə sizin Dubayın tarixindən bir parça əldə etmiş və təzə dəniz məhsullarından nahar etmiş olacaqsınız. 

Dubay tacirləri təmizlənmiş taxta ərəb gəmilərində yüz illər ərzində ənənəvi üçbucaq yelkənlərdə üzürdülər. Bu gün siz Dubay Sahili Üzmə Klubundakı əyləncəyə qoşula və körfəz ətrafında bəzi iri yarışları görmək şansı ilə Ərəb körfəzinin təklif ediyi bütün əyləncələri kəşf edə bilərsiniz. Siz daim yüksəkliyə can atan bir kapitansınızsa öz performansınızı daha yaxşı etmək və ya gəmi yelkənli qayıq sürmənin əsaslarına yiyələnmək üçün Kreyser qurğularında və Dinghy Parkında məşq edə bilərsiniz.

686
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
La Serre Bistro & Boulangerie (Bistro və Bulka dükanı) Kafe həyatının ləzzəti
Zərif Fransa mətbəxini kəşf edin
La Serre-da fransız delikatesləri
Emirates Kart Zone Sürət ehtiyacı
Ürəyinizin sürətlə döyünməsinə nail olun
"Emirates Kart Zone" kartinqi ətrafında sürətlə dolanın
Qbara Restaurant, Lounge & Bar (Qbara Restoranı, Zal və Bar) Yeni qida tendensiyası
Məqribin dadları
Qbara Lounge-da ərəb naharı
JBR-də Walk ticarət mərkəzi Alış-veriş həvəskarları birləşin
Dəbli gəzin
JBR-də Walk ticarət mərkəzində alış-veriş edin
One&Only Spa Dubay hamamları
Dincəl. Tarazlıq əldə et. Dəyiş
One&Only Royal Mirage Spada qəlbinizi oyadın