Dubai

Dubaydan əl işi olan hədiyyələr

Dubaydan əl işi olan hədiyyələr http://www.visitdubai.com/az/articles/unique-gifts-from-dubai 20161010T155043:636117114439951696 20161108T185644:636142282041639779 Dubayda alış-veriş Özünüz üçün alış-veriş edəndən sonra, artıq dostlarınız və ailəniz üçün də qiymətli mallar tapmaq vaxtıdır. Dubaydakı ən bənzərsiz butiklərdən birində əl işi olan xatirə hədiyyələrinə baxın. Bohemia ev alətlərindən tutmuş xüsusi hazırlanmış ətirlərə qədər, burada hər bir yaş və zövq üçün hədiyyə vardır. Aşağıda ən yaxşı seçimləri təqdim edirik. Dubaydan olan ən yaxşı hədiyyələr və xatirə əşyaları üçün ən yaxşı butikləri aşkar edin.

Bu butiklər sizə Dubay macərasını xatırladacaq bənzərsiz xatirə əşyaları təklif edir


Özünüz üçün alış-veriş edəndən sonra, artıq sizə əziz olan biri üçün də qiymətli mallar tapmaq vaxtıdır. Dubaydakı ən fərqli və qeyri-adi butiklərdən birində əl işi olan xatirə hədiyyələrinə baxın. Bohemia ev alətlərindən tutmuş xüsusi hazırlanmış ətirlərə qədər, burada hər bir yaş və zövq üçün hədiyyə vardır. Aşağıda ən yaxşı seçimləri təqdim edirik.

Cities

Bənzərsiz incəsənət və dizayn malları üzrə ixtisaslaşan Cities butiki dünyanı gəzmiş təsisçi Hazem Aljesrin ən sevimli (və bir az qəribə) tapıntılarını əks etdirir. Buranın məhsulları Əmirliyin üstün zövqlü sakinlərinin və bu sahəyə yaxşı bələd olan xaricilərin evlərini bəzəməkdədir. Dükanın döşəməsində bölgənin dizaynerlərinin işləri əks olunub, fırlanan sərgi lövhələrində isə hər mövsüm eksklüziv mallar nümayiş olunur. Alma de Luce, Nada Debs, və Corinne Martin kimi müəlliflərin "Bədəvi Livanda" silsiləsindən olan malları axtarın.

Dubay Mall, Dubay İş Mərkəzi - Dubay
+971 04 343 4301


Comptoir 102


Dubayın rahatlıq fəlsəfəsinə uyğun gələn, bu yarı kafe, yarı ev malları dükanı olan butikdə "beachy chic" üslubu üstünlük təşkil edir. Bohemia üslublu bu məkanda, çimərlikdə tapılan incilərin olduğu səbətlər, onların yanında isə əl ilə toxunmuş daş ilə yuyulmuş xalılar, dəniz üçün hazır Bsbee kaftanları və tuniklər, əgər evinizə daşınmasına etiraz etmirsinizsə, günəşin ağartdığı divanlar və təbii lifdən asma oturacaqlar var. Və ya sadəcə olaraq onların əl ilə rənglənmiş məhsul çeşidləri arasında akvarel rəngli çaydan seçin.

102 Jumeirah Beach Yolu Jumeirah 1
+971 04 385 4555


in-article-comptoir102

S*uce Rocks


Təsisçisi Əmirlikdən olan S*uce butikinin bir qolu olan bu daş-qaşla bəzədilmiş məkan yerli və regional daş-qaş, metal və qiymətli daş sənətkarlarının yeni dizaynlarını əks etdirən bir Ələddin mağarasıdır. Yerli sənətkarlar Ayaat, Bil Arabi, L’Atelier Nawbar, və eləcə də Lito və Ralph Masricuffs-ın müəllifi olduğu, məscid pəncərələrində və ənənəvi üslubda tikilmiş evlərdə rast gəlinən, maşrabiya şəbəkə üslubu ilə yanaşı bədnəzər əşyası və "Hamsanın əli", eləcə də müxtəlif bəzək əşyaları və üzüklərə rast gələ bilərsiniz.

Galleria Mall, Al Vasl yolu
+971 04 344 0608

in-article-sauce



Bateel


Sadə xurma bütün regionda adi qida olsa da, Bateel-də satılan şirnilərin heç biri standart deyil. Premium İsveçrə şokoladları kimi, bu təamlar dünyada ən yaxşılardan hesab olunurlar. Sizə çoxlu seçim təqdim olunur - karamel qoz-fındıq ilə doldurulmuş şirni, zəncəfil, lemon və ya portağal qabığı ilə doldurulmuş olanların tamına baxın. Səudiyyə Ərəbistanının xurma ağaclarına yetişən bu şirniyyat xəzinəsi gözəl qablaşdırmada və müxtəlif formalarda - xurma şirnisi, bal, cem və hətta xurma xardalı formasında təqdim olunur.

Beach Mall, Beach Walk, Jumeirah Beach Residences
+971 4 4565837


SoH İncəsənət + gözəllik


Qeyri-adi dırnaq bəzəmə işi və sürətli saç forması xidmətinə görə tanınan SoH artıq təqdim etdiyi qeyri-adi, küçə üslublu gözəlliyə görə tanınır. Amma Dubayın dəbə meylli əhalisi arasında dırnaq ustalarının incə və kəskin kənarlı dizaynları məşhurlaşmaqdadır və bu xidmət geniş çeşiddə, əsl incəsənət kimi təqdim edilir. Kətan çantalar, jeans-lər, krassovkalar və hətta Hermes bikinilərinin üzərinə SoH üslublu bəzək vurulub. Bu bəzəklər arasında Dubayın səması, Disnes şahzadələrinin ərəb tərzində təsviri, abaya geyinmiş habibi maskotu ən məşhurlardandır.

Galerya Mall, Al Wasl yolu, Jumeirah 1
+971 4 344 4147

in-article-soh1



Al Jazeera Perfumes


Dubayın Mall-un Qızıl Bazarı öz adına uyğun mallara görə tanınsa da, bu geniş, qapalı məkan həmçinin bir sıra ud və kəskin ərəb ətirlərinə də malikdir. Al Jazeera Perfumes-də öz ətrinizi seçmək öz-özlüyündə bir təcrübədir. Burada distillə olunmuş yağlar xüsusi əyləşmə məkanında bir-bir təqdim olunur və sizin istəyinizə uyğun olaraq qarışdırılır. Burada saf sandal ağacı, qızılgül və yasəmən yağları millimetrə ölçülü şüşə qablarda saxlanılır. Yaxınlıqdakı Paris Gallery Yaxın Şərq ətirləri ilə yanaşı qərb ətirlərini də təklif edir. Belə ki, burada nadir Clive Christian, Music De Parfum, By Kilian, Roja Parfums, və Byredo tapmaq olar.

Dubay Mall, Dubay İş Mərkəzi - Dubay
+971 04 339 9659



597
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Emirates Kart Zone Sürət ehtiyacı
Ürəyinizin sürətlə döyünməsinə nail olun
"Emirates Kart Zone" kartinqi ətrafında sürətlə dolanın
Bateaux Dubay Yeni qida tendensiyası
Dənizdə Nahar edin
Bateaux Dubayda Nahar Kruizi
Ritz Carlton Spa Dubayda ixtisaslaşmış spalar
Dincəl və Təzələn
Ritz Carlton Spa-da cavanlaşın
The Meat Co Dubayda Restoranlar
Ət Sevərlər üçün
Meat Co istəyinizi təmin etməyə söz verir
One&Only Spa Dubay hamamları
Dincəl. Tarazlıq əldə et. Dəyiş
One&Only Royal Mirage Spada qəlbinizi oyadın