Dubai

Əntiq əşyaların alış-verişi

Əntiq əşyaların alış-verişi http://www.visitdubai.com/az/articles/vintage-shopping 20151027T071132 20161206T140522:636166299220766950 Dubayda alış-veriş

Termometr temperaturun yüksəlməsini göstərdikdə, yerlilər kimi ticarət mərkəzlərinə üz tutmaq vaxtıdır. Dubay öz heyrətamiz alış-verişi ilə məşhur olsa da, şəhərin əsas ticarət-əyləncə mərkəzləri tək pərakəndə alış-veriş yeri deyil. Bu əyləncəli birbaşa yol, mağazalara səfəri ailə üçün bütün gün davam edən əyləncəyə çevirir.

Dubayda qədim və əntiq əşyalar almaq üçün birinci növbədə baş çəkilməli yerlər. 

Retro xəzinə üçün haraya getmək olar


Bambah | Qədim dünyaya məftunluq


Bambah mağazasına qədəm qoyan anda keçmişə düşdüyünüzü düşünsəniz, heç kəs sizi məzəmmət etməz . Əsrin əvvəllərinə məxsus mebel, büllur çılçıraqlar və zərif avadanlıq pastel rənglər fonunda seçilir. Əlbəttə, ən çox paltarlar nəzərə çarpır: çox hündür olmayan nazik dabanlı ayaqqabılar, şlyapalar və rəngli paltolar, donlar və bir çox başqa geyimlə dolu asılqanlar. Mağazanın təsisçisi Maha Abdul Rəşid keçən əsrin paltarlarını elə sevir ki, o, hətta mağazada əntiq üslubdan ilhamlanan və geyinməyə hazır kolleksiya təqdim edir.


Vintage shopping

142 Jumeirah Beach Road (opposite Dubai Zoo)

+971 50 674 1754



Audrey’s Cat | Aksessuarların bolluğu


Aksessuarlar istənilən paltarın görünüşünü dəyişdirmənin ən cəld üsuludur və əgər köhnə dəbli əşyalara meyliniz varsa, sizə Audrey’s Cat mağazasına baş çəkməyi tövsiyə edirik. Bu gizli zinət əşyaları cənnəti - mağazanın sahibi Linda Körbinin villasında yerləşir - 1800 - 1980-ci illəri əhatə edən qədim zinət əşyları ilə ixtisaslaşır. Bir düşünün: sancaqlar, bəzəkli çantalar, şərflər, kiçik ev əşyaları və parıldayan hər şey.

29 Dustoor küçəsi, Jumeirah 3

+971 50 644 3595



Sophie’s Closet | Parıldayan hər şey


Sophie’s Closet onlayn mağaza kimi daha məşhur olsa da, onun bir sərgi-mağazası Şeyx Zayed yolunda yerləşir və siz burada birinci dərəcəli qlobal dəb evlərinin əntiq zinət əşyalarının nadir parçalarını sərbəstliklə nəzərdən keçirə bilərsiniz. Dəb podiumunun ən son buraxılışını izləyən orijinal əşyalar axtaranlara müntəzəm mövsümi kolleksiyalar da təqdim edilir.


Sophie’s Closet

1106, Single Business Tower, Sheikh Zayed Road

+ 971 4 344 4697



Garderobe | (Retro) modalar atelyesi


Bu butik bu yaxınlarda heyrətamiz səviyyədə yenidən qurulmuşdur və Dubayın ən yeni işlənmiş dizayn paltarları mağazasıdır. Chanel-dən Prada-ya və digər yüksək dəbli əşyalar üçün buraya gəlmək lazımdır. Tələsmədən paltarlar, zinət əşyaları və aksessuarları nəzərdən keçirin və əvvəllər xoşladığınız hər hansı əşyanı satmaq istəsəniz, mağazanın işçiləri məmnuniyyətlə onu sizdən alarlar.


Garderobe

Jumeirah Road, Umm Suqeim 1

+971 4 394 2753

299
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Dubay Operası Dubay Möcüzələri
Dubay Operası
Dubaydan yeni şah əsəri
Palm Jumeirah Dubay Möcüzələri
Həqiqi vadinin şahidi olun
Palm Jumeirah-nı aşkar edin
Comptoir 102 Dubayda butikləri kəşf edin
Très Chic
Comptoir 102-də alış-veriş edin və qəhvə için
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Burc Əl Ərəb Dubay Möcüzələri
Dəbdəbəyə doğru üzün
Burc Əl Ərəbi tədqiq edin