Dubai

Dubayın ən yaxşı su parkları

Dubayın ən yaxşı su parkları http://www.visitdubai.com/az/articles/water-parks 20161010T155005:636117114058964612 20161116T161641:636149098016375163 Dubayda macəralı fəaliyyətləri kəşf edin Bütün il boyu günəş şüası ilə bol olan Dubayın sakinləri və qonaqları bütün mövsümlər boyu sərinlənmək üçün su parklarına üz tuturlar. Gənc ailələrdən həyəcan axtaran macəra həvəskarlarına qədər hər kəs üçün münasib olan ən yaxşı su meydançalarımız və mövzulu parklar seçimimiz ilə isti havadan zövq alın.

Səhrada ən yaxşı su əyləncəsi məkanları

Dubayın akvatik möcüzələrinə baş vurun


Dubay bir çox turist məkanlarına malik olsa da, şəhərin su parkları qonaqları buraya bir daha gəlməyə sövq edən səbəblərdən biridir. İl boyu günəş işığı üçün mükəmməl olan bu parklarda adrenalin həvəskarları üçün əyləncədən tutmuş, möhtəşəm çimərliklərə, daha sərbəst hərəkət etmək istəyənlər üçün hovuz kənarında barlara qədər hər kəs üçün nə isə var. Aşağıda Dubayın təklif edə biləcəyi parklardan sadəcə bəziləridir.



Aquaventure akvaparkı


NəhəngAtlantis The Palm resortda yerləşən Aquaventure Dubaydakı ən böyük su parkıdır və dünyadakı ən həyəcanlı su əyləncəsi ilə öyünə bilər. Park, iki sürüşkən arasında insanları daşıyan nəhəng, asta axan çay ilə birləşən iki əsas qüllədən (Poseidon və Neptun) ibarətdir.

Adrenalin həvəskarları üçün parkda bir çox seçimlər var; amma ən maraqlısı yəqin ki, Poseidonun İntiqamı və İnam Sıçrayışı olar. Birinci seçimdə, ziyarətçilər şaquli tunel vasitəsilə keçərkən, tələ qapı açılır və onlar qəfildən yerə doğru sürüşməyə başlayırlar. İkinci əyləncə isə geniş açılmış, demək olar ki şaquli pərdədən ibarətdir və bu əyləncəyə yalnız yaxşı fiziki hazırlığı olanlar girişə bilərlər.

Atlantis, The Palm, Crescent Şossesi, Palm Jumeirah

+971 4 426 0000


dubai-best-water-theme-parks-family-Aquaventure


Wild Wadi


Dubayın ilk su parkı olan Wild Wadi Waterpark 1999-cu ildən bəri Dubay sakinlərini, gənc və yaşlı turistləri həyəcanlandırmaqdadır. Bu parkın yaşının 15-dən çox olduğuna inanmaq çətindir. Burada yol və kanallar daim yenilənir və park həmişə möhtəşəm görünür.

Wild Wadi-nin tacındakı cəvahir hər zaman Jumeirah Sceirah olmuşdur – burada tələ qapıdan 80 km/saat sürətlə düşən ziyarətçiləri 120 metrlik sürüşkən gözləyir. Parkda həmçinin raftinq üslublu sürüşkənlər, dörd nəfərlik raftların yalnız son anda təhlükədən xilas olaraq, suya baş vurduqları həyəcanlı Tantrum Alley vardır.

Jumeirah Beach Mehmanxanası, Jumeirah Şossesi, Dubay

+971 4 348 4444


dubai-best-water-theme-parks-family-Wild-Wadi


JBR-də yerləşən Beach (Çimərlik)


Beach Su Parkı şəhərin kənarlarında Dubay Marina əyləncə habında yerləşir. Burada şişirtməli maneələrə malik sürüşkənlər, dırmanma divarları və batutlar vardır. Əgər siz bir neçə balaca uşaqlarla birlikdə tətil edirsinizsə, onları Splash Pad-a aparın və burada fəvvarələr, suyu dağıdan vedrələr və dırmanma çərçivələri onları xoşbəxt edəcək.

Burada sizi axşama doğru məşğul saxlayacaq əyləncə növləri vardır. Qurulanın və bulvar boyu çoxlu restoranların birində əyləşin, çimərlik kənarındakı dükanlara baş çəkin və hətta film seyr edin.

Dubai Marina, Jumeirah Beach Residence ilə üzbəüz

349
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Tədbirlər
Global Village 2015-2016
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir