Dubai

Dubayın toy məkanları

Dubayın toy məkanları http://www.visitdubai.com/az/articles/wedding-venues 20150707T035403 20161108T185440:636142280809755269 Biznes Tədbirləri Dünyanın ən məhtəşəm və dəbdəbəli nöqtələrindən biri kimi Dubayda evlənmək və ya bal ayını keçirmək üçün çox sayda yaddaqalan məkanlar mövcuddur. Burada biz sizin Burc Əl Ərəb otelinin nəfəs kəsən mənzərəsi olan helikopter meydançasından tutmuş məftunedici qədim Dubay Atçılıq və Süvari Klubunadək bütün mümkün toy məkanları ilə tanış olmağınıza imkan yaratdıq. Dubayda otellərdən tutmuş polo klublaradək unudulmaz toy məkanları

Dəbdəbəli otellər, prestijli klublar və valehedici mənzərələr arasında seçim edin


İl boyu gözəl hava şəraiti, möhtəşəm otelləri və Ərəb körfəzinə mənzərəsi olan heyrətamiz restoranları Dubayı toy mərasimlərinin təşkil olunması və bal ayı üçün ideal məkana çevirmişdir. Burada sizin evlənməyiniz üçün bir neçə yadda qalan məkan var.




Burj_Al_Arab_Al_Falak_Ballroom Burc Əl Ərəb

Dünyanın ən dəbdəbəli oteli kimi tanınan Burc Əl Ərəb xəyallarda canlanan toy məkanları siyahısında birincidir. 2014-cü ildə otel evlənən cütlüklərin öz toy mərasimlərini Ərəb Körfəzindən 212 metr yüksəklikdə, otelin başı buludlara dəyən helikopter meydançasında təşkil edə biləcəklərini elan etdi. Aşağı mərtəbələrə düşdükcə, otelin toy məsləhətçisi tərəfindən sizə dramatik şəkildə bəylə gəlinin daxil olması (helikopterlə və ya Rolls-Royce avtomobilində), şirniyyatçı və floristlərlə məsləhətləşmələr, hətta bu böyük günə hazırlıq məqsədilə dincəlmək üçün Talise Spadan cütlüyə təqdim olunan prosedurlar təklif olunur.

Jumeirah Beach Şossesi
+971 4 301 7777


Dubai Polo və Atçılıq Klubu

Toy mərasiminizin klassik üslubda və gözəl bir şəraitdə keçməsini istəyirsinizsə, Dubay Equestrian and Polo Klubdan başqasını axtarmayın. Siz atlar qoşulmuş faytonda daxil ola və klubun polo meydançası mənzərəsində cazibədar mərasim keçirə bilərsiniz. Toyunuzun ulduzlu səma altında keçməsini istəyirsiniz? Saha Həyətinın güclü fəvvarələri və ümumi işıqlandırması həyatınızda ən vacib gün olan toy şənliyinizi ideal şəkildə qeyd etməyə imkan yaradacaq.

Al Qudra Şossesi, Arabian Ranches-lə üzbəüz
+971 4 361 8111



Dubai_Creek_Golf_Club Dubay Körfəzi Qolf və Yaxt Klubu

Yelkənşəkilli Dubay Körfəzi Qolf və Yaxt Klubunun fantastik mənzərələri və şəraiti buranı ideal oy məkanına çevirir. Marina Island Körfəzində yerləşən Marina adası səmimi qəbullar üçün ideal bir məkan və gizli qalan xəzinədir. Genişmiqyaslı tədbir üçün bəzəkli ağaclarla örtülmüş Klubun terrası asanıqla kütləni özünə cəlb edə bilər.

Dubai Körfəzi, Deira City Centre ilə üzbəüz
+971 4 380 1234


Madinat_Jumeirah_Joharah_Ballroom Madinat Jumeirah kompleksi

Ən azı yeddi məkanı ilə Madinat Jumeirahın dəyişkən və unikal yerlərində istədiyiniz hər şeyi yaratmaq olar. Çimərlik platformasında dalğaların şirin səsi altında "Hə" deyin, su üzərində qaldırılmış platformada ənənəvi tədbir təşkil edin, yaxud Arenanın bəzəkli zalında qonaqlıq keçirin. Burada toylar bir-birinə oxşamır.

6 Al Sufouh Şossesi
+971 4 366 8888


Atlantis_The_Palm Atlantis "The Palm"

Sizin hər hansı məkanla bağlı duyğularınız dəbdəbəni nəzərdə tutursa, Atlantis, The Palm sizin siyahınızda birinci yeri tutmalıdır. Siz ənənəvi ərəb qonaqpərvərliyindən ləzzət alaraq, Kral Eyvanında (Royal Terrace) evlənmə andını verə bilərsiniz və ya dolanbac yolla gedərək, arxa fonda 65,000 dəniz heyvanlarının olduğu Lost Chambers-də xeyir-dua alın. Onun böyük ölçüsü və dəbdəbəsi yadda qalan bayram üçün səhnə yaradır.

Crescent Şossesi
+971 4 426 2000


Royal_Mirage_Dubai_Wedding One&Only Royal Mirage oteli

Dramatik girişdən danışmaq istəsəniz, One&Only Royal Mirage mehmanxanasında işıqlandırılmış palma ağacları ilə düzülmüş sehrli yerə aparan Mavritaniya ağac qapıları var. Daha dəbdəbəli yer istəsəniz, çox saylı şamlar və özəl nahar guşəsi olan möhtəşəm su mənzərəsini görmək üçün Esplande-yə gedin.

Al Sufouh Şossesi, Jumeirah Beach
+971 4 399 9999


JW_Marriott_Marquis_Wedding_Hall JW Mariott Marquis

Romantik görüşünüzü dünyanın ən yüksək binasına JW Marriott Marquis binasına aparın. Möhtəşəm Burc Xəlifə binasına baxan açıq havadakı eyvanda qoyulmuş sehrli hovuzlu meydança sizin toy mərasiminizə heyrətamiz fon bəxş edəcək. Hansı mətbəxi istədiyinizi bilmirsiniz? Həyatınızın ən böyük günü üçün sifarişli menyunu hazırlamaq işini dünyanın müxtəlif yerlərindən olan 200 aşpaza tapşırın.

Biznes Körfəzi, Şeyx Zayed Şossesi
+971 4 414 2000


Armani_Hotel Armani Mehmanxanası

Zərif bal otağı və pavilyonun mənzərəli bağları arasında seçim edirsinizsə, demək ən yaxşı qərar verməlisiniz. Qoy mütəxəssis plançılar bütün işi ən son detala qədər əlaqələndirsinlər. Dünya səviyyəli kulinariya seçimlərindən usta şirniyyatçıların hazırladığı çox səviyyəli torta və dəbdəbəli spa ləvazimatları olan eksklüziv otaqlara qədər Armani Hotel mehmanxanası yadda qalan başlanğıc ola bilər.

Burc Xəlifə, Downtown Dubayi
+971 4 888 3888


Palazzo Versace Mehmanxanası

Yüksək tavanlı və görüntülü bağları olan 16cı əsrdən qalma İtalyan sarayı olan Palazzo Versace Mehmanxanası Dubayın stabil dəbdəbəli mehmanxanalarına əlavə edilmişdir. Burada siz çaykənarı bağda andınızı verdikdən sonra gözəl pationun yanında yerləşmiş şəhərin ən görüntülü zalına 500-ə yaxın qonağı toplaya bilərsiniz. Eksklüziv Versace qabları, ipək mebellər və əldə işlənmiş şüşə qablar sizin gözəl təcrübənizi artıracaq.

Mədəniyyət Şəhərciyi, Al Jaddaf Area
+971 4 556 8888


Jumeirah_Beach_Hotel_Safinah_Ballroom Jumeirah Beach Oteli

Qırmızımtıl qürubun maneəsiz mənzərəsi, Burc Əl Ərəbin silueti və yaşıl Ərəbistan dənizinin yaşıl suları bu heyrətamiz kurortunun dəbdəbəli görünüşünü artırır. Öz evliliyinizi zövqlü eyvanda, zərif bağda və ya xoşbəxt çimərlikdə keçirin və xatirələr bütün həyatınız boyu davam edəcək.

Jumeirah Şossesi
+971 4 406 8851


Fairmont The Palm mehmanxanası

Həmişə həqiqətən uzaq adaya getmək istərdiniz? Dünyanın ən böyük süni adasına qısa yol sizi həqiqətən Ərəbistan Körfəzinin və Dubay Marinasının cəlbedici fona malik romantik məkana gətirir. Nöqsansız özəl çimərlikdən, dəniz mənzərəli bağdan, meydançadan və ya zaldan birini seçin, onların hamısı kütlədən kənarda zəriflik sirri təqdim edəcək.

Palm Jumeirah
+971 4 457 3440


Dubai_World_Trade_Centre_Wedding (1) Dubay Dünya Ticarət Mərkəzi

Yüksək səviyyəli kral və VİP toyları üçün Dubayın birinci əsas qülləsi zəriflik və xidmət təklif edir. Ənənəni müasirliklə birləşdirən müstəsna məkanda sizə tək mövcud dizayn təklif edilməyəcək, siz arzu etdiyiniz toyu seçə bilərsiniz. Bundan özəl daha nə ola bilər.

Şeyx Zayed Şossesi
+971 4 332 1000


Grand_Hyatt_Dubai_Festival_Tent Grand Hyatt mehmanxanası

Məhrəm bağ səhnəsi, yaxud dəbdəbəli parlaq zal istəyinizdən asılı olmayaraq, Grand Hyatt Dubai bütün xərclərin daxil edildiyi qonaqlığı təklif edir, eyni zamanda, tarixi körfəzin yanından ucalmaqla, yadda qalacaq bir xatirə bəxş edir.

Şeyx Raşid Şossesi
+971 4 317 1234


Al_Maha_Resort Əl Maha

Tənhalıq və orijinal mənzərəni axtarırsınızsa, yaşıl və zümrüd vahədə yerləşən Luxury Collection Desert Resort & Spa mehmanxanası ucalan palmaların altında mükəmməl sakitlik təklif edir, Ərəbistanın ən heyrətamiz qum təpələri və səhra mənzərələri mükəmməl fon yaradır.

Dubay Səhra Konservasiya Qoruğu
+971 4 832 9900


Black Palace (Qara Saray) Çimərliyi

Eyni zamanda pulsuz olan izdihamlı cığırdan kənarda yer axtarırsınız? Ağ qumdan, cazibədar sudan və ən mənzələri qürubdan ibarət olan Dubayın ən görkəmli məkanı arzuladığınız nağıllı aləmi yaradır.

Al Sufouh


Dubayda özünüzə qulluq etmək istəyirsiniz? Səhərlərin birini şəhərin hamam və spalarından birində keçirin və sonra günorta çayı içməyə yollanın.

939
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Tədbirlər
Global Village 2015-2016
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin