Dubai

Bu oktyabrda nə olacaq

Bu oktyabrda nə olacaq http://www.visitdubai.com/az/articles/whats-on-october 20161010T154932:636117113720952698 20161108T185707:636142282278516719 İstirahət Tədbirləri Yay mövsümü artıq geridə qalıb və oktyabr ayı Dubayı kəşf etmək üçün uyğun vaxt ola bilər. Şəhərin ən yaradıcı şəxsləri özlərini podiumda ifadə etməyin yollarını tapmaqdadırlar. İncəsənət və mədəniyyət sevənlər özlərini Dubay Operasında təqdim edə bilərlər. Yeni mövzu parkları macəra həvəskarları üçün həyəcan təklif edir. Bu tərəfə gəlin... Oktyabr dəbdən dizayna, mövzu parklarından operaya qədər hər bir şeylə zəngin aydır.

Bu ay Dubayda dəb və əyləncə var


Yay mövsümü artıq geridə qalıb və oktyabr ayı Dubayı kəşf etmək üçün uyğun vaxt ola bilər. Şəhərin ən yaradıcı şəxsləri özlərini podiumda ifadə etməyin yollarını tapmaqdadırlar. İncəsənət və mədəniyyət sevənlər özlərini Dubay Operasında təqdim edə bilərlər. Yeni mövzu parklarında macəra həvəskarları üçün həyəcan var. Bu tərəfə gəlin...


DİZAYN GÜNLƏRİ


Fashion Forward sərgisi


20-23 oktyabr tarixlərində Dubay, sevilən Fashion Forward (FFWD) sərgisi ilə dəb aləminə daxil olur. "Amato by Furne One" və Hussein Bazaza daxil olmaqla şəhərdən və xaricdən gələn ən məşhur dizaynerlər Dubay Dizayn Rayonunda (d3) hazır paltarlardan ən təmtəraqlı "haute couture" məhsullarına qədər, bu regionun ən yaxşı dəb nümunələrini nümayiş etdirmək üçün bir araya gələcəklər. Bu mövsüm həmçinin, seminarlar, şəbəkələşmə tədbirləri və sektor liderləri ilə görüş vasitəsilə regional istedadları aşkar etməyi hədəfləyən EPIC (Sektor üzrə Əməkdaşlıq vasitəsilə Dəstək Proqramı) proqramı da yer alacaq.

in-article-fashion-forward


Dubay Dizayn Həftəsi


Dizayn novatorluğunu qeyd etmək üçün d3-ün qalareyalarına gedin. Altı günlük proqram ərzində (oktyabr 24-29) çoxlu seminarlar təklif olunur. Xəttatlıq, fasad işıqlandırılması barədə öyrənin, ən sadə mebel dizaynını sınayın, müzakirə panellərində müdrik peşəkarlara qulaq asın və ya bir çox qalareya, şou zalı, qısa-müddətli satış məkanlarının açılışlarında iştirak edin. Bunların hamısı yaradıcılıq üçün ilham mənbəyidir - və pulsuzdur. Amma bu hamısı deyil. Downtown Design ilə əməkdaşlıq çərçivəsində istedadlı dizaynerlərə alıcılar ilə əlaqə qurmaq imkanı verən interyer və mebel sərgisi də təşkil olunacaq.

in-article-design-days


POPCON


Komediya və pop janrına həsr olunmuş POPCON festivalının birinci buraxılışına komediya ustaları və pop sənətkarları təşrif buyuracaqlar. Marvel və Disney kimi Hollivud ulduzlarının xüsusi çıxışları olacaq və üç günlük (oktyabr 27-29) tədbir zamanı seminarlarda iştirak edəcəklər. Uşaqlar və böyüklər, hamı qatıla bilər və hər kəsi öz sevimli komediya qəhrəmanının paltarını geyinməyə həvəsləndiririk.

in-article-popcon


DİVAR RƏSİMLƏRİ


Bu ay, şəhərin müxtəlif yerlərində təşkil olunan açıq hava qalareyalarında gəzişin. City Walk-un açılışı ilə eyni vaxta təsadüf edəcək, bu ilin əvvəlində əsası qoyulmuş Dubai Walls-da trafaret, qrafitidən qum sənəti və toxuculuğa qədər hər şeydən istifadə etməklə küçə sənəti nümunələri yaratmış 15 xarici sənətçi yer alacaq. Yekun iş Dubayın mərkəzinə yeni bir həyat bəxş edəcək. Bir neçə küçə aşağıda qədim alış-veriş rayonu olan Karamada incəsənət nümayişinə keçirildi. İyirmi dörd divar rəsimlər və qrafiti ilə örtülmüşdü, beləliklə divarlar rəngarəng olmuş, bu yer açıq hava incəsənət qalareyasına çevrilmişdi.

in-article-dubai-walls


TEXNOLOGİYA


Gitex-in oktyabr mövsümü (1-8 oktyabr) texnologiya həvəskarları üçün müftə sövdələr, boxça təklifləri, noutbuk, televizor, kamera və mobil telefonlar sahələrində ən son təqdimatlar ilə əsl cihaz bayramı təklif edir. Daha ciddi texnolgiya həvəskarları üçün burada həmçinin regionun ən üstün texnologiya ticarəti sərgisi olan Gitex Texnologiya Həftəsi (16-20 oktyabr) keçirilir. Tədbirdə bu sektorun ən tanınmış simaları ən son tendensiyaları və yeni yaranan texnologiyaları müzakirə edirlər.

in-article-gitex-shopper


OPERADA OKTYABR AYI


Əfsanəvi tenor Placido Domingonun yer aldığı ulduzlarla dolu açılış gecəsindən və baletdən klassik ifalara qədər hər bir şeyin olduğu xüsusi sentyabr proqramından sonra biz yeni çox-funksiyalı Dubay Operasında daha beynəlxalq çıxışlara şahidlik edəcəyik. Əmirliyin superstar müğənnisi Hussain Al Jassmi oktyabrın 10-da dinləyicilərinə çox yaxın olacaq. Nəğməkar müğənni James Morrison oktyabrın 7-də bu məkanda çıxış edəcək ilk populyar sənətçi olacaq. Başqa bir opera əfsanəsi Jose Carreras 4-8 oktyabr tarixlərində öz yekun dünya turunu Dubaydakı çıxışı ilə qeyd edəcək.



DUBAI PARKS AND RESORTS-UN AÇILIŞI


Və sonda… Dubayın çoxdan gözlənilən meqa-əyləncə məkanı olan Dubai Parks and Resorts-un oktyabrın 31-də açılışı olacaq. Bir deyil, iki deyil, üç mövzu parkının və bir su parkının olduğu bu kompleks hər kəsi həyəcanlandırmağa hazırdır. Nə təklif olunur? Motiongate-də öz sevimli Hollivud filmlərinizə daha yaxın ola bilər və ya dünyanın ilk Bollivud mövzulu əyləncə parkı olan Bollywood Parks-da interaktiv əyləncə və rəqslərdən həzz ala bilərsiniz. Və ən nəhayət burada yerləşən Legoland and Legoland Water Park-da rollerkosterlər, əyləncə, sürüşkən və çoxlu su sıçratma əyləncəsinin olduğu 40 mövzu parkında öz daxilinizdəki uşağı sərbəst buraxa bilərsiniz.


606
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim