Dubai
Dubayda işləmək http://www.visitdubai.com/az/articles/working-in-dubai 20150819T080508 20161108T185746:636142282663051193 Burada yaşamaq

Dubayın işçi qüvvəssinin 90 faizindən çoxunu xarici işçilər təşkil etdiyi üçün Əmirlikdə hər şey - məktəblərdən və xəstəxanalardan tutmuş, restoranlara və qolf klublarına qədər - dünyanın hər yerindən gələn külli miqdarda emiqrantları yerləşdirmək üçün nəzərdə tutulmuşdur.  

Dubayda həyat, işçi qüvvəsi üçün maqnit

Günəşin altında vergisiz cənnət, müasir, proqressiv və kosmopolit – dünyanın hər yerindən yüz minlərlə insanın nə üçün Dubaya köçdüyünü anlamaq çətin deyil.


Əmirlikdə 200-dən artıq millət yaşayır və o, xaricilərə yaşamaq və işləmək üçün müxtəlif, həyəcanverici yerlər təklif edir. Əhalinin üçdə ikisi 20-39 yaşı arasında olub, əmirliklərə enerji və optimizmlə dolu gənclik atmosferi verir.

Dubay Şərq və Qərbin bir qazanda qaynadığı yerdir və şəhər dünyanın bütün hissələrinin təsirinə məruz qalaraq, sakinlərinə pərakəndə satış və mətbəx sahələrində və gündəlik həyatda demək olar ki, bütün mədəniyyətlərə nəzər salmağa imkan verir. Dubay dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Dubay öz sakinlərinə yaxşı səhiyyə və tədris müəssisələri, həyatın rahat olmasını təmin etmək üçün müasir infrastruktur təklif edir - insanlar burada dünyanın ən xoşbəxt insanlarından biridir. Yerli icmanın inkişaf orqanının məlumatlarına görə Qərbli Xaricilər xoşbəxtlik şkalasında Dubaya 10-dan 8.5 qiymətini vermişlər.

Əksəriyyət üçün burada yaşamanın səbəbi onun təklif etdiyi imkanlardır. Dubay dünyanın qalan hissəsindən təcrübəni toplamaq üçün əla bazadır, o dünya əhalisinin üçdə ikisindən cəmi səkkiz saatlıq təyyarə uçuşu məsafəsində yerləşir.

Dubayın Körfəzdə yeri bizim əmirliyi tək səyahət və turizm üçün deyil, həm də biznes və ticarət üçün də qlobal qovşağa çevirmişdir. Bir çox beynəlxalq şirkətlərin baş ofisdə Dubayda yerləşərək, buraya qlobal təcrübə, məşğulluq və imkanlar gətirir.

Burada Dubayın iki sakini – biri burada doğulmuş, digəri burada ‘böyümüş’ - öz təcrübəsini bölüşdürür:



Dubayda anadan olmuş rəssam: Dallal Ahmed


27 yaşlı Dallal Dubayda Amerika Universitetində Vizual Əlaqələr üzrə təhsil almışdır bə indi şəhərdə incəsənətlə məşğul olur. 

“Dubayın əsl gözəlliyi tək onun möcüzəli binaları və ya dəbdəbəli yaşayış tərzində deyil. Bu şəhəri dəfedilməz edən onun qəlbidir. Dubaya dərindən aşiq olanlar and içə bilər ki, məhz bu ‘nəbz’ - bu canlandırıcı atmosfer bizim gözəl şəhərə həyat verir. 

“Bunun əsas səbəbi Dubayı öz evi kimi seçmiş həddindən artıq rəngarəng mədəniyyət silsiləsidir. Bizim müxtəlif xaricilərdən ibarət yerli icmamız Dubayı belə unikal ‘kiçik-böyük şəhər’ edən əsas səbəblərdən biridir.  Bütün bu mədəniyyətlərin şəhərdə bir yerdə birləşməsi demək olar ki, hər şeyə öz töhfəsini vermişdir və istənilən ölkədən gəlmiş şəxslərin Dubayda yaşamaq üçün arzu etdikləri [niyyətində olduqları] hər şey xeyirli insan təcrübəsinin yaranmasına imkan verir. Biz bir-birimizdən çox şey öyrənirik və birlikdə çiçəklənirik.

“Əvvəlcə bir insan və Əmirlikdən olan gənc qadın kimi mən, şəxsən, belə bir mühitdə yaşamamı böyük xoşbəxtlik hesab edirəm. İnanıram ki, bu, tək mənim dünyagörüşümü artırmağa deyil, həm də çox vicdanlı və kosmopolit olmama imkan vermişdir. Bir rəssam kimi mən işlərim üçün mövzuların əksəriyyətini bu ilhamla dolu Dubaydan alıram.  

“Dubay bir vaxtlar danat al duny,a yəni “dünyanın ən böyük mirvarisil” adlandırılmışdır, həqiqətən də şəhərimiz bir cəvahiratdır!”


living-working-dubai-expats-locals-Dallal


Britaniyalı mütəxəssis: İbrahim Ahmed


Həmçinin 27 yaşı olan İbrahim Böyük Britaniyalı ictimai əlaqələr mütəxəssisidir. O, beş ildir BƏƏ-də yaşayır və işləyir və hazırda Dubayın Tecom ərazisində çalışır. 

“Hər gün günəşli və isti olmasına əlavə olaraq, bu, yaşamaq üçün çox istirahətverici yerdir. Dubayda bir şəhərdə çoxlu müxtəlif atraksionlar var və nəticədə siz elə bil ki, daima istirahətdəsiniz. 

“Mən İctimai əlaqələr sahəsində karyeramı Dubayda başlamışam və son dörd ildə bir sıra möhtəşəm müştərilərlə, heyrətamiz layihələr və tədbirlər üzərində işləmişəm. Belə imkanı başqa heç bir yerdə qazana bilməzdim. ‘İmkanlar ölkəsi’ adını almış Dubay məhz insanların xəyallarını həyata keçirə bildikləri yerdir.

“Dubayda artıq hər növ bizneslər fəaliyyət göstərir, ona görə də burada mağaza açmaq istəyən hər bir kəsi yaradıcı olmağa, standartlardan kənara çıxmağa və artıq kimsənin təklif etmədiyi nə isə yeni şeyi gətirməyə inandırın (və yaxşı İctimai əlaqələr mütəxəssisi dəvət etməyə!)."


living-working-dubai-expats-office-business

552
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Nasimi Çimərliyi Çimərliyin ətrafında lounge-lar
Əyləncə, Günəş və Ulduzlar
Nasimi Çimərliyində səhnəni görün
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Emirates Qolf Klubu İrəli atılın
Günü qolfla əyləncəli edin
Emirates Qolf Klubu
La Serre Bistro & Boulangerie (Bistro və Bulka dükanı) Kafe həyatının ləzzəti
Zərif Fransa mətbəxini kəşf edin
La Serre-da fransız delikatesləri
Offroad Zone Dubayda Səhra Macəralarını kəşf edin
Qum təpələrini fəth edin
Offroad Zone ilə səhra məcaraları