Dubai

Dubayda Zaha Hadidin ən son dizaynları böyük təəssürat oyadır!

Zaha Hadidin http://www.visitdubai.com/az/articles/zaha-hadeed 20160627T111351 20161108T185627:636142281871638394 Dubayda müasir memarlıq Dubay öz memarlıq üstünlüyü ilə dünyanı heyrətləndirməyə davam edir və bu yaxınlarda iraqli memar Zaha Hadidin ən məşhur dizaynlarından ikisi vasitəsilə bu üstünlük daha da güclənəcək. Kub formalı Opus Qülləsi tezliklə tamamlanacaq və memarın baxışını və onilliklərlə qazanılan təcrübəni əks etdirəcək. Digər layihə olan Dubay Opera House, Dubayda yaşayan bir çox insanlar arasında körpü rolunu oynacaq və şəhərin mədəni həyatına böyük bir töhfə verəcək.

İraqli memar Zaha Hadidin iki yeni işi tezliklə Dubayda tamamlanacaq.

Zaha Hadidin heyrətamiz dizaynları Dubayda xəyaldan gerçəkliyə çevrilir



Dünyaca məşhur olan memarın bu yaxınlarda 65 yaşında vəfat etməsinə baxmayaraq, onun işi və baxışları Dubayda yaşamaqdadır. Zaha Hadid öz müstəsna memarlıq işi sayəsində qərbdə məşhurlaşmış və ona Britaniya İmperatorluğunun Xanım Cəngavəri titulunu qazandırmışdır. O, Londonda memarlığı oxumuş və Avropa və Amerikada bir neçə universitetdə qonaq professor olmuşdur. Zaha Hadid dünyada çoxlu binalar dizayn etmiş və bir çox ölkələrdə öz izini qoymuşdur. İndi isə, onun iki yaradıcı əsəri Dubayda tamamlanmaq üzrədir.


Opus Qülləsi


Dubayın Biznes Körfəzindəki Opus Qülləsi Hadidin ən önəmli və orijinal işlərindən biri hesab olunur və onilliklər ərzində yaranmış təcrübəni əks etdirir. Körpü ilə birləşdirilən iki qülləyə ayrılan və ortasında axan su olan bu kub şəkilli bina sehrli və cəzbedicidir. Binaya yansıyan memarlıq dühası körpüyə uzaqdan baxarkən daha aydın görünür, belə ki, binanın dar bünövrəsi körpünü sanki suyun üzərində üzürmüş kimi göstərir. Bu amil, binanın ortasındakı boşluq və parlaq şüşələr ilə birləşərək həqiqətən möhtəşəm bir memarlıq əsəri ortaya çıxarır.
Qüllə, Dubayın mərkəzində, bir tərəfində dünyanın ən hündür binası Burj Xəlifə, digər tərəfində isə dəniz olan Biznes Körfəzində yerləşir. Qüllədə kommersiya tipli ofislər, eləcə də otellər və əyləncə sahələri yerləşir.



Opus-Building-Business-Bay-
194
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
İbn Battuta Mall-a səfər Alış-veriş həvəskarları birləşin
Alış-veriş səyahətinə çıxın
İbn Battuta Mall-a səfər
One&Only Spa Dubay hamamları
Dincəl. Tarazlıq əldə et. Dəyiş
One&Only Royal Mirage Spada qəlbinizi oyadın
JA Jebel Ali Golf Resortda Qolf İrəli atılın
Əsl peşəkar kimi oyna
JA Jebel Ali Golf Resortda Qolf
La Serre Bistro & Boulangerie (Bistro və Bulka dükanı) Kafe həyatının ləzzəti
Zərif Fransa mətbəxini kəşf edin
La Serre-da fransız delikatesləri
Möcüzə Bağı Görünən Mənzərə
Möcüzənin şahidi olun
Möcüzə bağında çiçəklənən gözəllik