Dubai

Dubayı dəyişdirənlər

Dubayda uğurlu biznes hekayələri sahibkarların tikinti, tədris və istehlak malları sahəsində iqtisadi inkişafın yeni mənbələri üzərində kapitallarını təşkil etmələrinin uzun müddətli ənənəsini əks etdirir.


50 ildən artıq müddət ərzində Dubayın inkişaf edən firavanlığı əmirliyin sahibkarlarının iqtisadi inkişafın təklif etdiyi imkanlardan istifadə etmək qabiliyyətinə arxalanmışdır.

Son yarım əsrdə Dubayın dramatik şəkildə dəyişməsinə baxmayaraq, inkişafla imkan arasında qarşılıqlı əlaqə dəyişməmişdir.

Əsas ticarət və maliyyə qovşağı, statusundan istifadə edən Dubay onun yerini, infrastrukturunu, İKT ilə bağlılığını və Azad Zonalarını qiymətləndirən xarici sərmayə və iş adamlarını cəlb edir. 

Hər şeydən əvvəl Dubayın rəngarəng iqtisadi strukturu indi rəqəmsal iqtisadiyyatın biznesi necə dəyişdiyini daha yaxşı əks etdirən imkanlar təklif edir.

İki Amerika sahibkarı Sim Whatley və J.C. Butler Dubayda Orta Şərqin ən böyük onlayn elanlar saytını Dubizzle.com, saytını hazırladılar.

2005-ci ildə Əmirliyə baş çəkdikdən sonra onlar reklam və elanlara olan tələbi aşkar etdilər və 2007-ci ildə təsis edilmiş Dubizzle indi Orta Şərqin 14 bazarında mövcuddur. 

Digər bir misal Orta Şərqin ən böyük e-kommersiya platforması Souq.com saytının yaradıcısı Jabbar Internet Group şirkətididir. Jabbar həmçinin Dubay İnternet Şəhərində ofis açmışdır və buradan BKAM?, Sukar və vyu kimi yeni texnologiya şirkətlərinə sərmayələr qoyur.

İnnovasiya və texnologiya vasitəsilə yeni inkişaf Dubay iqtisadiyyatının yaratdığı imkanlar siyahısına daha bir əlavədir - və illər ərzində bunların sayı çox olmuşdur.

1970-ci ilin ortalarında neftlə bağlı zənginliyin Dubaya axmağa başlaması və külli miqdarda xarici işçilərin şəhəri tikmək üçün buraya gəlməsi ilə istehlakçı mallarına, mənzillərə və tədrisə olan tələb artmağa başladı; və sahibkarlar bu tələbə cavab verdi. 

Dubayda yerləşən GEMS Education Sunny Varkey adlı sahibkar tərəfindən təsis edilmişdir və hazırda dünyanın ən böyük məktəb təchizatçısına çevrilmişdir. 

Varkey başa düşdü ki, burada yaşayan Hindistanlı və Böyük Britaniyalı ailələr öz uşaqlarının ingilis məktəblərində təhsil almasını istəyirlər və o, müvafiq şəkildə bu tələbə cavab verdi.

Xalis gəlirin artması da istehlakçı malları üçün daha bir imkan yaratdı. 

1974-cü ildə Dubayda sahibkar Manohar Chabbria tərəfindən təsis edilmiş Jumbo Electronics Sony məhsullarını Körfəzdə yaymaq üçün eksklüziv haqqa malik oldu və Dubay ailə təsərrüfatlarını müasir istehlakçı malları ilə təchiz etmək yolunu seçdi.

Chabbria öz şirkətini elektron mallarının pərakəndə satışı üzrə nəhəngə çevirdi və sonda $2.5 milyard ABŞ dolları dəyərinə malik trans-milli konqlomerat Jumbo Group yarandı.

İnkişaf edən Dubayda strateji imkan görmüş daha bir istehlakçı şirkəti yüksək səviyyəli pərakəndə satış şirkəti Jashanmal oldu. Şirkətlər qrupunun direktoru Tony Jashanmalın sözlərinə görə 1919-cu ild İraqda təsis edilmiş Jashanmal-ın uğuru neft sərvətinin Orta Şərq boyu yayılmasından faydalanmışdır.

O, Dubaydakı ofisini 1956-cı ildə açdı və indi əsas ofisi Əmirlikdə yerləşir.

Jashanmal-ın indi Orta Şərqdə paltar, ayaqqabı, baqaj malları, kitablar və digər istehlakçı malları satan 150-dən artıq mağazı var. 

Eyni zamanda Dubayın göydələnləri və infrastruktur layihələri işə düşdükcə, sahibkarların yeni sinfi yeni şəhər landşaftından faydalandı.

Daşınmaz əmlakın tikintisi nəhəngi Emaar indi birjada qeydiyyatdan keçmiş şirkətdir və Afrika, Asiya, Şimalı Amerika və Orta Şərqə genişlənmişdir. 

Emaar Burj Khalifa və Dubay Mall binalarını, o cümlədən Dubay Marina kimi Dubayın digər məşhur daşınmaz əmlak oriyentirlərini tikmişdir. 

1997-ci ildə Mohammed Alabar tərəfindən təsis edilmiş Emaar Dubayın ilk Opera Teatrını tikir və həmçinin, beynəlxalq bazarlara doğru genişlənir.

Daha bir misal, tikinti, mehmanxanalar, mühəndislik, avtomobillər və tədris sahələrində fəaliyyət göstərən, 1970-ci ildə sədri Khalaf Al Habtoor tərəfindən təsis edilmiş Dubay konqlomeratı Al Habtoor Group şirkətidir.

İnkişafın daha erkən inkişaf mərhələlərinin uğur hekayələri xüsusilə rəqəmsal texnologiyada gələcək imkanları əks etdirir.

Dubayın unikal coğrafi yeri, Azad Zona təşəbbüsləri, strateji innovasiya siyasəti və ümumi çiçəklənməsi sahibkarları öz bizneslərini texnologiyanın növbəti səviyyəsinə qaldırmağa həvəsləndirir.

Bunlar da xoşunuza gələ bilər
City Walk Dubay Möcüzələri
Avropa ab-havası
City Walk-da gəzintiyə çıxın
Barasti Gecə uzun ikən rəqs edin
Bonanza Çimərliyi
Barasti-də Çimərlik Əyləncəsi
BurJuman Alış-veriş həvəskarları birləşin
Yüksək səviyyəli alış-veriş cənnətini araşdırın
BurJumana yollanın
Jumeirah Məscidi Dubay Möcüzələri
Vüqarlı İslam irsi sahəsi
Jumeirah Məscidini gəzin
Dubay Muzeyi Dubay muzeyləri
Bilik Qalası
Dubay Muzeyində Dəfinə tap