Dubai

Bizim təhsil öhdəliyimiz sakinlərimiz üçün təmin etdiyimiz tədris proqramı və məktəblərlə bağlıdır. Hökumətimiz Dubayda təhsil sisteminin vətəndaşlar və sakinlər üçün beynəlxalq standartlara uyğun olmasını təmin etmək üçün böyük səy göstərmişdir. Elm və İnsan Potensialının Yaxşılaşdırılması İdarəsi   bütün Dubay məktəbləri və institutlarına dərəcə verir və nəzarət edir. EİPYİ həmçinin, hesabatlarla birlikdə hərtərəfli reytinq, ünvanlar, əlaqə nömrələri və təhsil haqqı strukturu ilə bütün Dubay məkəblərinin kataloqu ilə birlikdə mükəmməl resurslar təmin edir.

Məktəblər
Dubayda olan çox saylı əcnəbi məktəblər bakalavr dərəcəsi üçün ingilis, amerikan kurrikulumu və ya beynəlxalq kurikulum, həmçinin çoxlu çeşidli yerli və milli kurikulum olan ingilis dilli özəl məktəblərdir. Tədris ili üç semestrə (payız, yaz və yay) bölünür. Tədris günü həftənin bazar günündən cümə axşamı gününə, səhər saat 8-dən günorta saat 2 və ya 3-ə qədər uzanır, lakin müqəddəs Ramazan ayı ərzində daha qısa olur. Bacardığınız qədər tez bir zamanda uşağınız üçün yerin təmin edildiyinə əmin olun.

Ərəb dilinin öyrənilməsi  
Dubayda ingilis dili o qədər geniş istifadə edilir ki, siz hətta bir ərəb sözü bilmədən belə rahat danışa bilərsiniz. Lakin, bəzi əsas ərəb sözlərini bilməklə şəhərdə vaxtınızı daha da maraqlı edə bilərsiniz. Dubay Təhsil Nazirliyi tərəfindən təsdiq edildiyi kimi, bütün əcnəbi uşaqlar məktəblərdə ərəb dili dərsləri keçməlidirlər. Siz EİPYİ-də ərəb dili institutlarının siyahısını görə bilərsiniz.

Uşaq Baxçaları və Məktəbəqədər hazırlıq  
Bəzu uşaq bağçaları hətta üç ayından körpə uşaq götürürlər, ancaq bir çoxu artıq gəzə bilən uşaq (təxminən 12 ay) qəbul etməyi üstün tutur. Məbləğ və vaxt fərqlənir, ən yaxşısı zəng vurmaq və nəyin olub-olmadığı haqda ideya olması üçün bir neçə uşaq baxçasına baxmaqdır. Bir qayda olaraq bir çox uşaq bağçaları gündüz vaxtı dörd və ya beş saat açıq olur və məbləği hər semestr üçün 3000 -12000 BƏD arasında dəyişir. Daha məşhurlarının uzun gözləmə siyahısı var, belə ki, siz uşağınızı mümkün qədər erkən qeydiyyatdan keçirməlisiniz. Həmçinin, siz bağça bölməsi olan daha böyük ibtidai məktəblərə də baxa bilərsiniz.

İbtidai təhsil  
Uşaqlar icbari təhsilə dörd yaşında başlayır. Bəzi özəl ibtidai məktəblər qəbul üçün testlər keçirir. Əksər özəl məktəblər bir və ya daha çox əcnəbi icmaların ehtiyaclarını qarşılayırlar. Delhi Özəl Məktəbi, Bizim İngilis dili (Our Own English) Liseyi, Dubay Müasir Liseyi (Dubai Modern High School) və Hindistan Liseyi ya CBSE və ya İCSE hindistan tədris proqramını təklif edir. Dubay İngilis dilli Məktəbi, Jumeirah İbtidai Məktəb, Jebel Ali İbtidai Məktəb, Jumeirah İngilis dilli Məktəb, Kral Məktəbi (King's School) və Horizon Məktəbi 11 yaşına qədər Britaniya ibtidai təhsilini təklif edir. Dubay Kolleci orta məktəblər siyahısında birinci yeri tutmaqla, Dubay İngilis dilli Məktəbi və Jumeirah İngilis dilli Məktəbi bir çox əcnəbilərin seçdiyi ilk ibtidai məktəblər arasında yer alır. 

Orta məktəb
Dubay Britaniya Məktəbi 
Dubay KolleciDubay Gem Özəl Məktəbi lDubay İngilis dili Kolleci , və Jumeirah Kolleci  hamısı Orta Məktəb Attestatı və A-kateqoriyası verən 11-18 Britaniya orta məktəbləridir. St. Mary’s Katolik Ali Məktəbi  Dubay cəmiyyətinə Britaniya tədris proqramı və Orta Məktəb Attestatı və A-Kateqoriyası proqramı təklif edir. Əmirliyin Beynəlxalq Məktəbi Wellington Məktəbi və Cambridge Beynəlxalq Ali Məktəbi  həmçinin, əcnəbi cəmiyyətə AMA, Orta Təhsil haqqında Beynəlxalq Attestat və İB kurslarının kombinasiyasını təklif edən orta məktəblərdir. Cambridge Beynəlxalq və St. Mary’s Hindistanlı əcnəbilərin məşhur seçimidir.  Choueifat Beynəlxalq Məktəbi  və Əmirliyin Beynəlxalq Məktəbi Britaniya və Amerika tədris proqramlarını təklif edir. 2002-ci ildə Vahid Ərəb MəktəbiYaxın Şərqdə Kembric Beynəlxalq İmtahanlarından Üzvlük Mərkəzi statusu alan ilk məktəb olmuşdur. 

Sayı artmaqda olan məktəblər Amerika tədris proqramını təklif edir. Dubay Festival Şəhərində yerləşən Universal Amerikan Məktəbi (UAM), , Jumeirahda yerləşənDubay Amerika Məktəbi (DAM) və  Al Barşada yerləşən Dubay Amerika Akademiyası (DAA) məşhur seçimlərdir. ASD akkreditasiya edilmiş Amerika ali məktəb diplomu təklif edir; UAM və DAA həm akkreditasiya edilmiş Amerika ali məktəb diplomu, həm də Beynəlxalq Bakalavr (BB) diplomu təklif edir. Həmçinin, Almaniya, Kanada, İran, Yaponiya və digər ölkələrin tədris proqramlarını təklif edən bir sıra ibtidai və ali məktəblər var. 

Uşağınızın qeydiyyatdan keçirilməsi
Əgər mümkündürsə, Dubaya köçməzdən əvvəl altı aya qədər BƏƏ-yə səfər etməyə çalışın, belə ki, məktəbləri nəzərdən keçirin və kifayət qədər öncədən qeydiyyatdan keçin. Bəzi məktəblərdə tələbələr qəbul imtahanı verməlidirlər. Bir çox məktəblər və kolleclər şagird qeydiyyat formalarını onlayn təklif edir.
EİPYİ vebsəhifəsində  dövlət, özəl və xüsusi ehtiyaclar üçün məktəblərə və gündəlik qayğı mərkəzləri və s. dair kataloqların siyahısı və təlimat kitabçası var Uşağınızın Qeydiyyatı üçün Tələb olunan Sənədlər

  • Məktəbdən ərizə
  • Tələbə və valideynlərin pasportlarının və Dubay viza səhifələrinin surəti
  • Tələbənin 8 ədəd pasport şəkli
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti
  • Son iki ilin məktəb qeydləri
  • Peyvənd qeydləri və xəstəlik tarixçəsi
  • Tələbənin əvvəlki məktəbindən köçürülmə sertifikatı.
QEYD: Orijinal köçürmə sertifikatları aşağıdakı təfərrüatlardan ibarət olmalıdır:
  • Qeydiyyat tarixi
  • Yerləşdirilmə ili
  • Uşağın məktəbdən çıxdığı gün
  • Məktəb möhürü
  • Rəsmi imza
Təhsil Nazirliyi həmçinin, Dubayda hər hansı məktəbdə qeydiyyatdan keçən istənilən tələbə üçün aşağıdakı sənədləri tələb edir:
  • Orijinal köçürmə sertifikatı (cari məktəb tərəfindən doldurulmalıdır)
  • Ən son verilmiş orijinal müvəffəqiyyət cədvəli
  • Əgər tələbə BƏƏ, Avstraliya, Kanada, Avropa və ya ABŞ-dan kənarda hər hansı bir yerdə məktəbə gedibsə, köçürmə sertifikatı və ən son verilmiş orijinal müvəffəqiyyət cədvəli ölkənin Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi və BƏƏ Səfirliyi tərəfindən təsdiq edilməlidir.
Xüsusi Təhsil Ehtiyacları
Əgər sizin uşağınızın fiziki və ya öyrənmə çətinlikləri varsa, köməklik edə bilən bəzi təşkilatlar var. Bəzi ümumtəhsil məktəblər disleksiya, diqqət defisiti sindromu və hiperaktivlik (DDSH) və digər oxşar çətinliklərdən əziyyət çəkən uşaqları yerləşdirməyə çalışacaqlar, lakin nadir hallarda digər ehtiyacları olan tələbələri qəbul etməyə yönəlirlər. Xüsusi ehtiyaclar məktəbləri hökumət yardımı olmadan fəaliyyət göstərir və buna görə də ianələrə, sponsorluğa, qrantlara və könüllü işçilərin köməyinə bel bağlayırlar. Hamısı təhsil haqqı tələb edir.

Bunlar da xoşunuza gələ bilər
Deyra Şəhər Mərkəzi Alış-veriş həvəskarları birləşin
Ailə üslubunda alış-veriş et
Deyra Şəhər Mərkəzinə baş çək
Ədviyyat Bazarı Dubay Möcüzələri
Xüsusi rəng qatın
Ədviyyat Bazarında dərindən nəfəs alın
Balloon Adventures Emirates Hava şarı ilə uçmaqdan vaxtında zövq alın
Bütün bunların üzərindən uçün
Dubayın üzərində hava şarı gəzintisi həyata keçirin
Dubay Operası Dubay Möcüzələri
Dubay Operası
Dubaydan yeni şah əsəri
Beachcombers Yeni qida tendensiyası
Çimərlikdə Branç (gecikmiş səhər yeməyi)
Beachcombers-də ailəvi nahar