Dubai

Dubayda yaşamaq həm müasir, yüksək standartlara cavab verən, həm də ənənələrin təcrübəsinə malik yaşam tərzi ilə vəhdətdə yaşamaq deməkdir. Dünya səviyyəsində alış-veriş, yemək çeşidlərinin zəngin spektri, istirahət zonalarının geniş seçimi, uzun çimərlik zolağı və möhtəşəm əyləncələr - bütün bunlar sizi tədbirlərin tam təqvimi ilə mükafatlandıracaq - atraksionların siyahısı uzundur. Şəhər kənarına getmək, ətraf əraziləri də kəşf etmək asandır. Uzun müddətli bura köçmək istəsəniz, çoxsaylı cəlbedici rayonlar və geniş mənzil seçimləri ilə qarşılaşacaqsınız.


Dubay həmçinin dünyanın heç bir yerinə bənzəməyən, təmiz, səmərəli və kondisionerli metrodan tutmuş başgicəlləndirici və ucsuz-bucaqsız səhralara kimi unikal mədəniyyət təklif edir. Şəhər Abu Dabi kimi maraqlı şəhərlərin və Əl-ayn Oazis kimi qədim yaşayış məskənlərinin yaxınlığında, habelə Fuceyrahın gözəl sahilləri və dramatik fiordlarında və Musandam yarımadasında yerləşir.

Alış-veriş
CBRE - qlobal daşınmaz əmlak qrupuna əsasən Dubay Londondan sonra dünya üzrə dünyanın ikinci ən mühüm beynəlxalq alış-veriş məntəqəsi kimi tanınır. Ənənəvi bazarlardan ticarət mərkəzlərinə kimi bizim alış-veriş məkanlarımız ən yeni elektron məhsullardan ənənəvi hədiyyələrə kimi hər kəsə nə isə təklif edir.


Yemək
Təəcüblü deyil ki, 200-dən çox milləti təmin edən Dubay hind mətbəxindən Peru mətbəxinə, fransız mətbəxindən Vyetnam mətbəxinə kimi və onlar arasındakı hər bir təamı beynəlxalq mətbəxin bütöv çeşidlərini təqdim edir. Daim yeni restoranlar açılır və tanınmış və Michelin ulduzu ilə fərqlənən baş aşpazlar dünyaya öz delikateslərini təqdim etmək/tanıtmaq üçün Dubayı seçirlər.

Lakin əlbəttə, yüksək səviyyəli mətbəximizə və ekstravaqant, məşhur cümə günü açıq bufet səhər yeməyi ilə yanaşı, yadda saxlamaq vacibdir ki, bizim nahar təcrübələrimiz beşulduzlu otellərdən kənarda da yaxşı tətbiq olunur. Bəzi ləzzətlər, yeni hind təamları üçün Qədim Dubayın Deyra və Satva küçələrinə gedin; şəhərin çoxsaylı qəlyanaltılarında kafe həyat tərzindən zövq alın; geniş restoran yerlərində doyunca yeyin və yerli Əmirliyin ləzizlərindən də dadmağı unutmayın.


Çimərliklər
Şəhəri kəşf edərkən əyləncə alternativi və sakitləşdirici xidmət təklif edən Dubayın sahil xətti boyunca qızılı qumsalı döyəcləyən Ərəb Körfəzinin isti suları günəşi sevənlərin cənnətidir. Daim günəş şəfəq saçdığı üçün bütün il boyu çimərliklər hər növ çimərlik oyunları və su idman növləri üçün mükəmməl oyun sahəsidir.


İncəsənət və Mədəniyyət
Bizim üçün dini memarlıq nümunələri və ticarət mərkəzlərindən başqa görməli yerlərimiz lap çoxdur. Biz mədəniyyət və bədii istedadın təşviq edilməsinə, bayram edilməsinə və alqışlanmasına görə fəxr edirik. Şəhərimiz regionun incəsənət və mədəniyyət üzrə aparıcı mərkəzlərdə bir olmaqla, böyük nüfuza malikdir və Dubay yerli istedadların inkişaf etdirilməsinə böyük səy göstərir.

Bunlar da xoşunuza gələ bilər
Balloon Adventures Emirates Hava şarı ilə uçmaqdan vaxtında zövq alın
Bütün bunların üzərindən uçün
Dubayın üzərində hava şarı gəzintisi həyata keçirin
Bloomingdale’s, Dubay Mall Dubayda Mağazalar
Stil ikonası kimi alış-veriş edin
Bloomingdale’s mağazasında fərdi alış-veriş
Barasti Gecə uzun ikən rəqs edin
Bonanza Çimərliyi
Barasti-də Çimərlik Əyləncəsi
Tədbirlər
Global Village 2015-2016
Bambah and The Zoo Concept Dubayda butikləri kəşf edin
İkisi birində Butik
Bambah And The Zoo Concept-də alış-veriş edin