Dubai

Dubayda bizneslə məşğul olmaq üçün 10 əsas səbəb

Dubay Avropa, Asiya və Afrikanın yolkəsişməsində yerləşən rəngarəngliklə və təzadlarla dolu kosmopolit şəhəridir. Bizim şəhərimiz həyatla dolu və unikal məkan olub, müxtəliflik və həyəcanı əla infrastruktur və birinci dərəcəli mehmanxanalarla, o cümlədən konfrans, yemək, alış-veriş və əyləncə obyektləri ilə birləşdirir. Dubay ən yüksək rahatlıq və sakitlik standartlarını Ərəbistanın ənənəvi Macəraları ilə birləşdirir. Səs-küylü bazarlardan (souk) tutmuş səmaya yüksələn göydələnlərə, geniş səhraya qədər Dubay hər hansı biznes tədbiri üçün ideal yerdir.

Nə üçün Dubayı seçməlisiniz? İlk on səbəb bunlardır:

1. Qlobal Aviasiya Qovşağı
Dubay Beynəlxalq Hava limanı həftədə 7000 təyyarə qəbul etməklə beynəlxalq sərnişinlərin hərəkətinə görə dünyada ikinci yeri tutur. Hava limanından dünyanın 260 yerini birləşdirən 125 hava xətti istifadə edir. Dubayın Cebel Əlidə yerləşən yeni Al Maktum Beynəlxalq hava limanı tam istismara verildikdə 160 milyon sərnişini qəbul edə biləcək. Hazırda birinci mərhələ başa çatdırılmışdır.

"Emirates" Dubayın bayraq daşıyıcı hava yolları şirkəti olub, dünyanın 140-dan çox şəhərinə və geriyə uçur. 2008-ci ildə işə salındığı andan flydubai Körfəz ölkələri, Asiya, Afrika, Hindistan və Avropanın bir hissəsində 65-dən artıq şəhərə uçaraq, dünyanın ən sürətlə böyüyən yeni işə salınmış hava yolları şirkətidir.

2. Beynəlxalq səviyyəli İnfrastruktur
Kiçik ərəb kəndinin bu gün aparıcı qüvvəyə çevriləcəyini kim düşünə bilərdi? Dubay öz yaxşı vəziyyətdə olan yolları, əla ictimai nəqliyyatı və bağlantı imkanı, o cümlədən müasir Dubay metrosu və yeni açılmış Dubay Tramvay xətti ilə qürur duyur— siz bu xidmətlərdən ancaq bir neçəsinin burada olmasını gözləyə bilərsiniz.

3. Toplantı və yığıncaqlar üçün yerlər
Bizim 10 nəfərlik yığıncaq otağından tutmuş min nəfərlik konfrans otağına qədər külli miqdarda tələblərə uyğunlaşdırıla bilən biznes tədbirləri üçün yerlərimiz var. Dubay Beynəlxalq Yığıncaq və Sərgi Mərkəzinin (DICEC) 90000+ kvadrat metrlik sərgi və toplantı sahəsi vardır və hava limanından cəmi avtomobillə 10 dəqiqəlik yolda və ya Metronun Qırmızı xəttində yerləşir. Bundan əlavə, Dubayın bir sıra mehmanxanaları yüksək keyfiyyətli və tutumlu yığıncaq otaqları təklif edir.

4.Mehmanxanalar
Bizim yüksək keyfiyyətli, standart və ya büdcə mehmanxanalarından birini seçin, onların hamısının əla konfrans və toplantı otaqları vardır. Hazırda cəmi 85000-dən artıq otağı birləşdirən 625-dən artıq mehmanxana mövcuddur. Hazırkı hesablamalara görə 2016-cı ilin sonuna daha 20000 - 30000 otağın əlavə ediləcəyi gözlənilir.

5. Biznesin İnkişaf İmkanları
Bizim ideal yerimiz, əla bağlantı imkanlarımız və sizin biznesinizin bütün amillərinə yardım edə biləcək geniş xidmətlərimiz sayəsində Dubay Orta Şərqin ticarət və kommersiya mərkəzi olmuşdur. Bizim hökumətimiz biznesin tərəfindədir və bölgədə ən şəffaf biznes qaydalarına malik olub, vergidən azad sahələr, birinci dərəcəli fiziki infrastruktur və təcrübəli və bacarıqlı işçi qüvvəsindən istifadə imkanı verir. Yeni təşkil olunmuş Dubay Assosiasiya Mərkəzi ilə əmirliyin indi sizə asanlıqla baş ofisdən tutmuş regional ofisə qədər beynəlxalq assosiasiya təşkil etməyə imkan verən platforması var.

6. Bilik qovşağı
Dubay böyüyən bilik qovşağı olub, nəzərəçarpacaq sayda universitetləri və texnoloji və elmi irəliləyişə yol açmaq məqsədi güdən tədqiqat mərkəzlərini özündə birləşdirir. Dubay Silikon Oazisi müasir tədqiqat və inkişaf və sənaye obyektləri təklif edir, Dubay Biotexnologiya və Tədqiqat Parkı isə Orta Şərqin aparıcı bioloji elmlər şəbəkəsidir. Buna əlavə olaraq, Dubayın mərkəzində 4.1 milyon kvadrat fut sahəni tutan Dubay Səhiyyə Şəhərinin iki xəstəxanası, və 120-dən artıq ambulator tibb mərkəzi və diaqnostika laboratoriyasında 4000-dən artıq lisenziyalı peşəkar çalışır.

7. Təhlükəsizlik
İnterpol tərəfindən dünyanın ən təhlükəsiz şəhərlərindən biri kimi qəbul edilmiş Dubay cinayətsiz və siyasi baxımdan stabil mühit təklif edir. Nümayəndələrin həmçinin müasir səhiyyə müəssisələrindən və mehmanxanalardakı tibb işçilərinin xidmətlərindən istifadə etmək imkanı var.

8.Macəralar və təcrübələr
Adrenalini göyə qaldıran səhra safariləri, dəbdəbəli spa fasilələri, təmtəraqlı xörəklər, dincəldici qayıq (dhou) gəzintiləri, yüksək enerjili paraşütlə tullanmalar və həyəcanverici su parkı attraksionları Dubayın qonaqlarına təklif etdiyi unikal təcrübələrdən yalnız bir neçəsidir. Siz həmçinin bizim şəhərin təzadlardan biri, sakinlərimizin isə qaynayan mədəniyyət qazanı olduğunu aşkar edəcəksiniz. Köhnə və yeninin təzadı ərəb ənənələrinin dərin köklərini müasir mühitdə təqdim edir.

9.Restoranlar və əyləncə
Ərəb mətbəxində Asiya mətbəxinə, Fransız mətbəxindən Meksika mətbəxinə qədər Dubay yemək sevənlərə cəlbedici çeşiddə ağız sulandıran yeməklərin dadına baxmağı təklif edir. Bundan başqa, şəhər öz qaynayan gecə həyatı və əyləncə səhnəsi ilə məşhurdur və siz burada xoşbəxt çimərlik klublarında dincələ və ya dünyanın ən həyəcanverici at yarışlarına baxa bilərsiniz.

10.Təcrübəli sənaye dəstəyi
Dubay Biznes Tədbirləri təşkilatının sədrlik etdiyi Dubay Tender Alyansı Dubayın maraqlı tərəflərinin təşəbbüslərinin, səciyyəvi endirimlərin, əvvəlcədən müzakirə edilən tariflərinin və ahəngdar şərt və müddəalarının daxil edildiyi unikal tender paketləri ilə birgə peşəkar təşkilatçıları və konfrans menecerlərini təqdim edir.

Bunlar da xoşunuza gələ bilər
"Armani Spa" Dubay hamamları
Şıq bir spa günü
ARMANİ/SPA-da hazırlanmış istirahət
Dubay Operası Dubay Möcüzələri
Dubay Operası
Dubaydan yeni şah əsəri
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Dubay Fəvvarəsi Dubay Möcüzələri
Su və işığın rəqsi
Dubay Fəvvarəsində şouya bax
Beach Alış-veriş həvəskarları birləşin
Çimərlik kənarında alış-veriş və nahar edin
Beach-də açıq hava həyatından zövq alın