Dubai

Dubayın Azad Zonaları

Bizim Azad Zonalar

Jebel Ali Azad Zonası, Dubay Hava Limanı Azad Zonası, Dubay Səhiyyə Şəhəri, Dubai Silicon Oasis və digər müxtəlif ixtisaslaşmış Azad Zonalar investisiyaya dəstək məqsədilə yaradılmışdır və Azad Zonalarda investisiya qoyuluşu üçün prosedurlar nisbətən sadədir. Azad Zonalar eyni məqsədli biznesləri bir yerə toplayan və şirkətinizi idarə etmək üçün sizə lazım olan infrastrukturun üstünlüklərindən istifadə etmək imkanı verən xüsusi sənayelərin ətrafında təşkil edilmişdir.


Azad Zonaların Dubayın güclənməsi və inkişafına yardım məqsədilə təşkil olunmasına baxmayaraq, onların hüquqi statusları tamamilə fərqlidir. Orada fəaliyyət göstərən şirkətlər hüquqi məqsədlərlə əcnəbi və ya BƏƏ-dən kənar şirkətlər olaraq nəzərdə tutulur. Bu o deməkdir ki, Azad Zonalarda bizneslə məşğul olma seçimi dövriyyənin çox hissəsini və ya hamısının BƏƏ-dən kənara getdiyi Dubaydan regional istehsalat və ya paylaşdırma bazası kimi istifadə etmək məqsədi daşıyan şirkətlər üçün məntiqli gəlir.


Dubay Azad Zonasının faydaları şirkətlərə regionda bizneslə məşğul ola bilmək üçün vacib maliyyə stimulları verə bilir. Siz aşağıda qeyd olunanlardan faydalana bilərsiniz:


Dubai Airport Free Zone

Məqsəd: Dubay Hava Limanı Azad Zonası kosmetika şirkəti, yaxud xam neft təchizatçısı olmasından asılı olmadan beynəlxalq və yerli şirkətlərin təsis edilməsi mandatı ilə təşkil edilmişdir. Bu, Dubay Beynəlxalq Hava limanının yaxınlığında yerləşən müasir infrastruktura malik, fasiləsiz (24/7) gömrük xidmətləri göstərən, yüklərin cəld gömrük təmizlənməsi və xüsusi təyin edilmiş logistika mərkəzinə malik strateji və rahat ərazidir.

Kim artıq buradadır? Boeing, Panasonic, Rolls-Royce və Chanel də daxil olmaqla 1500-dən artıq şirkət.

Dubay AvtoZonası

Məqsəd: Dubay Avto Zonası (DAZ) alıcılara, satıcılara, xidmət provayderlərinə, müəssisə rəhbərlərinə və tacirlərə xidmət göstrən hərtərəfli avtomobil sənayesi bazarıdır. Qarışıq istifadə məqsədli obyekt olan DAZ avtomobil sektoruna xarici birbaşa sərmayələri cəlb etmək üçün Azad Zonadan, Körfəz ölkələri bazarına xidmət etmək üçün xüsusi təyinatlı iqtisadi zonadan və yerli bazarlara xidmət göstərmək üçün pərakəndə satış zonasından ibarətdir.

Kim artıq buradadır? Boeing International Corporation, Aramex və Emirates Post da daxil olmaqla 400-dən artıq şirkət.

Dubay Biotexnologiya və Araşdırma Parkı

Məqsəd: ‘DuBiotech’ əsas obyektlər təchiz etməklə, infrastruktura sərmayə qoymaqla və sənaye, elmi, kommersiya və məişət layihələrini dəstəkləməklə tam sosial elmlər üzrə dəyər zəncirini əhatə edir. Parka baş ofis qüllələrinin, nukleotid laboratoriya kompleksinin və tədqiqat, inkişaf, istehsal, paylama və xidmətlərin artan kütləsini dəstəkləmək üçün anbarların daxil olduğu tələblərə uyğunlaşan obyektlərdən ibarətdir.

Kim artıq buradadır? DuBiotech Pfizer, Amgen, Merck Serono və Genzyme kimi qlobal liderlər də daxil olmaqla müxtəlif şirkətləri dəstəkləyir.

Dubai Qızıl və Almaz Parkı

Məqsəd: Qızıl və Almaz Parkı , Dubaydan keçən əsas magistral Sheikh Zayed Yolunda yerləşir və buraya zərgərlərin tələblərini yerinə yetirmək üçün nəzərdə tutulmuş ləvazimatlarla təchiz edilmiş emalatxanalar daxildir. Bu yaxınlarda aparılmış daha bir genişlənmə 118 istehsal blokunu və 350-dən artıq ofis üçün kommersiya ərazisini təklif etmişdir.

Kim artıq buradadır? 90-dan artıq regional və beynəlxalq aparıcı zərgərlik pərakəndə satıcıları.

Dubay Səhiyyə Şəhəri

Məqsəd: Dubay Səhiyyə Şəhəri (DHCC) 2002-ci ildə yüksək keyfiyyətli, xəstələrə yönümlü səhiyyənin tələblərinə cavab vermək mandatı ilə təşkil edilmişdir.

O, bölgənin ən böyük birləşmiş səhiyyə Azad Zonasıdır, iki icmadan: ambulator klinikalardan, xəstəxanalardan, kommersiya ofislərindən və pərakəndə satış xidmətlərindən ibarət olan 4.1 milyon kvadrat fut ərazini tutan tibbi icma və planlaşdırılmış 19 milyon kvadrat fut ərazidə yerləşəcək mənafe icması.

Kim artıq buradadır? Bu gün DHCC 4000-dən artıq lisenziyalı peşəkarın işlədiyi iki xəstəxananı, 120-dən artıq ambulator tibb mərkəzini və diaqnostika laboratoriyalarını özündə birləşdirir.

Dubay Beynəlxalq Tədris Şəhəri

Məqsəd: Dubay Beynəlxalq Tədris Şəhəri (DIAC), dünyanın ali təhsilə həsr olunmuş ən böyük azad zonası bölgənin istedad mərkəzini inkişaf etdirməyi və BƏƏ-ni biliyə əsaslanmış iqtisadiyyata çevirmək məqsədini güdür. Orta Şərqdə birinci ali təhsil məkanı kimi Dubay Beynəlxalq Tədris Şəhəri (DIAC) , 18 milyon kvadrat futu əhatə edən müasir binalara və bilik liderlərinə malik düşərgədə yerləşmişdir.

Kim artıq buradadır? Zayed Universiteti, Murdoch Universiteti Dubay, Əmirliklərin Aviasiya Universiteti, Lycee Georges Pompidou.

Dubay Beynəlxalq Maliyyə Mərkəzi

Məqsəd: Dubay Beynəlxalq Maliyyə Mərkəzinin müstəqil qaydaları, ümumi qanunvericilik çərçivəsi, dəstəkləyici infrastrukturu və asan vergi rejimi onu bölgənin sürətlə artan maliyyə xidmətləri tələbatını yerinə yetirmək arzusunda olan şirkətlər üçün ideal bazaya çevirir. O, qlobal peşəkarlar üçün tam çeşiddə biznes və həyat tərzi obyektləri təchiz edən "şəhər daxilində şəhər" kimi layihələşdirilmişdir. DIFC İngiltərinin Ümumi Qanunvericiliyinə uyğun qanunvericilik sisteminə malikdir və onun muxtariyyətinin bir hissəsi kimi, DIFC Məhkəmələri Azad Zona daxilində müstəqil administrasiya və ədalətin yerinə yetirilməsi üçün cavabdehlik daşıyan orqandır.

Kim artıq buradadır? Al Futtaim Investment, Bloomberg Trade Group Europe, Damac

Dubay İnternet Şəhəri

Məqsəd? Dubay İnternet Şəhəri (DIC) , Dubayın biliyə əsaslanan iqtisadiyyata çevrilmək arzusunu irəli aparan lider olub, texnologiya təşkilatları üçün ekosistemi uğurla inkişaf etdirmişdir. O, sahibkarlara müasir ofislər, davamlı İT infrastrukturu, 24 saat mühafizə, pərakəndə satış xidmətləri, maliyyələşdirmədən istifadə imkanı və dinamik və cəlbedici iş mühiti təklif edir.

Kim artıq buradadır? Facebook, Google, Microsoft et LinkedIn.

Dubay Bilik Kəndi

Məqsəd: Dubay Bilik Kəndi (DKV) [Dubay Bilik Kəndi (DKV)], dünyanın kadrlar ehtiyatlarının idarəedilməsinə həsr edilmiş yeganə Azad Zonası olub, Dubayın mərkəzində ən yaxşı məsləhətçiləri, təlim və şəxsi inkişaf proqramları seçimini təklif edən mərkəzdir.

Kim artıq buradadır? Gallop, Tower Watson, Hays Hewitt və Innovative HR Solutions daxil olmaqla, 500-dən artıq biznes tərəfdaşları

Dubay Logistika Şəhəri

Məqsəd: Dubay Logistika Şəhəri (DLC) nəqliyyat modullarını, logistika və əlavə dəyər xidmətlərini, o cümlədən yüngül sənaye və montajı vahid gömrük nəzarəti altında olan və azad zona mühitində birləşdirən platformadır. DLC tədricən dünyanın ən böyük hava limanlarından biri olacaq Dubai Ümumdünya Mərkəzindəki Al Maktoum Beynəlxalq hava limanının yanında yerləşir.

Kim artıq buradadır? Aramex

Dubay Dəniz Şəhəri

Məqsəd: Dubai Dəniz Şəhəri (DMC) öz strateji yerləşməsi və həm şərq, həm də qərb gəmiçilik dəhlizlərinə açıq kanalları ilə dəniz biznesi üçün qovşaq rolunu oynayır. Dubay Körfəzinin , ticarəti, sosial ruhu və əzəmətindən ilham alan, su və kommersiyanın birləşməsi simvolu oan Dəniz Mərkəzi Dubayın zəngin dənizçilik tarixinin ixtiraçılığını, məqsədyönlülüyünü və əzəmətini qeyd edən ahəngdar məhəllə yaradır.

Kim artıq buradadır? Apex Global Logistics, Goltens

Dubay Media Şəhəri

Məqsəd: Dubay Media Şəhəri (DMC) media şirkətlərinə və müstəqil media peşəkarlarına biznes yönümlü mühit təklif edərək onların kollektiv iş və azadlıqla fəalliyyət göstərmələrinə imkan yaradır. Media şirkətləri Azad Zonanın mənfəətlərindən, o cümlədən tam biznes sahibliyindən və vergisiz gəlirdən, həmçinin şəbəkə yaratma imkanları, görüş yerinin idarəedilməsi xidmətləri, sənayeni quran proqramlar və hökumət xidmətləri kimi əlavə dəyərli xidmətlərdən yararlanırlar.

Kim artıq buradadır? Thompson Reuters, Leo Burnett, CNN, Showtime et Sony.

Dubay Çox Xammallı Mərkəz

Məqsəd: Dubay Çox Xammallı Mərkəz (DMCC) 2002-ci ildə Dubay Hökumətinin strateji təşəbbüsu kimi, çiçəklənən əmtəə bazarının təşkil və istismar edilməsi üçün tələb olunan fiziki, bazar və maliyyə infrastrukturunu təchiz etmək mandatı ilə yaradılmışdır. Bu gün, o, 10,000-dən artıq lisenziyalı qeydiyyatdan keçmiş şirkəti ilə BƏƏ-də rəsmi olaraq ən böyük Azad Zona kimi tanınır.

Dubay Kənar Xidmətlər Zonası

Məqsəd: Dubay Kənar Xidmətlər Zonası (DOZ) biznes parkı 2007-ci ildə istismara verilmişdir və Biznes Prosesi üzrə Kənar Xidmətlər (BPO), Kadrlar ehtiyatı üzrə kənar xidmətlər, İT üzrə kənar xidmətlər, sənədlərin işlənməsi şöbəsi və zəng mərkəzi əməliyyatları üçün hərtərəfli məqsədyönümlü infrastruktur təchiz edir. O, xərclərə nəzarət etmək və üçüncü tərəf podratçıların istedadı, texnologiyası və təcrübəsindən istifadə edərək səmərə qazanmaq istəyən şirkətlər üçün baza yaratmışdır.

Kim artıq buradadır? Du, Emirates Airlines, L&T Infotech, HCL Technologies, Jumeirah Group, Arab Bank, Intelenet

Dubay Silikon Oasis

Məqsəd: Dubay Silikon Oasis , tamamilə Dubay hökumətinə məxsusdur və Azad Zonada qabaqcıl telekommunikasiya, bio-texnologiya, mühəndislik, aerokosmos, alternativ enerji və neft və qaz kimi sənayelərdə texniki sənayelərin ehtiyaclarını ödəyir.

Kim artıq buradadır? SAP, Fujitsu, AMD, Euromonitor International, Western Digital, Synopsys, Schneider Electric

Dubay Studio Şəhəri

Məqsəd: Dubay Studio Şəhəri Dubayın aparıcı media mərkəzi kimi mövqeyini möhkəmləndirmək təşəbbüsü olub, istehsalat və istehsalatdan sonrakı ən son fəaliyyətləri özündə cəmləşdirir.

Onun tam çeşiddə təkliflərinə səs pavilyonları, əvvəlcədən tikilmiş studiyalar, anbarlar, qrim otaqları, emalatxanalar, ofis sahələri, daxili su çənləri, ən son peyk rabitə obyektləri, səsyazma studiyaları və müxtəlif dəstəkləyici köməkçi xidmətlər daxildir.

Kim artıq buradadır? Arabian Radio Network, Forbes Middle East et Nojoom TV.

Dubay İdman Şəhəri

Məqsəd: Dubay İdman Şəhərinin yaşayış və kommersiya təkliflərinin qarışığı, pərakəndə satış və idman meydançada və ya ondan kənarda əldə edilmiş hər bir uğuru bayram edən dəstəkləyici icma yaradır. Bu Azad Zona müstəsna olaraq idmanla əlaqədar fəaliyyətləri üçün nəzərdə tutulmuş dünyanın ən böyük idman komplekslərindən bəzilərini özündə cəmləşdirir. O, beş irimiqyaslı idman meydanları ətrafında tikilmişdir və bir sıra idman akademiyalarına malikdir.

Enpark

Məqsəd: Enpark iri layihələri əlaqələndirmək və OŞŞA bölgəsində istifadə edilməmiş imkanlardan yararlanmaq üçün yeni texnologiyaları tətbiq etmək məqsədli ideal universal platforma kimi təşkil edilmişdir. Bu Azad Zona davamlı daşınmaz əmlak məhsullarını və sənaye ilə hökumət arasında əməkdaşlığı asanlaşdırmaq, biznes imkanlarını müəyyən etmək və regional əməliyyatlarda təcrübələrin sənaye həmkarları ilə bölüşdürmək üçün platforma təchiz etməklə enerjiyə qənaət, bərpa edilə bilən enerji, yaşıl bina və tullantıların idarəedilməsi sektorlarına xidmət edir.

Kim artıq buradadır? Averda International, Solar Reserve Middle East

Beynəlxalq Humanitar Şəhəri

Məqsəd: Beynəlxalq Humanitar Şəhəri (IHC) Dubayın nəqliyyat və logistikada təcrübəsini böhran qurbanlarına və həyatında aclıq və kasıblığın iz qoyduğu ailələrə yardım etmək məqsədi güdən yardım agentlikləri üçün işləməyə xərcləyir.

IHC-n imkanları və Dubayda strateji yerləşməsi - dünya əhalisinin üçdə ikisinı qədər səkkiz saatlıq uçuş məsafəsində olması - onu humanitar yardım üçün dünyanın ən böyük və məşğul logistika qovşağına çevirmişdir və onun üzvləri arasında Birləşmiş Millətlər təşkilatının doqquz agentliyi və demək olar ki, 50 QDT və kommersiya müssisələri vardır.

Kim artıq buradadır? Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Save the Children, World Vision International.

Beynəlxalq Media İstehsalat Zonası

Məqsəd: Beynəlxalq Media İstehsalat Zonası (IMPZ) xüsusi məqsədli media istehsalat zonası olub, qlobal media istehsalat sənayesinin unikal ehtiyaclarını yerinə yetirmək məqsədilə təşkil edilmişdir. Bu Azad Zonada fəaliyyət göstərən bizneslər tam sahiblik və vergisiz gəlir, o cümlədən mexanizmlər, avadanlıq, xammal və ehtiyat hissələri üçün olan üstünlüklər də daxil olmaqla, bir sıra gömrük rüsumundan azad edilmə imtiyazlarından yararlanırlar.

Kim artıq buradadır? Azad Zona 1500-dən artıq çoxmillətli şirkətlərə, gənc və yetkin KOM-ə və yeni işə başlayan müəssisələrə ev sahibliyi edir.

Jebel Ali Azad Zonası

Məqsəd: Jafza-nın BƏƏ Vitse-prezidenti və Dubayın hakimi Əlahəzrət Şeyx Rəşid Bin Saaed Əl Maktumun arzusu ilə üst-üstə düşən arzusu davamlı sənaye və logistika infrastruktur həllərinin aparıcı təchizatçısı olmaqdır. Dubayın əsas magistral yolu olan Şeyx Zayed yolunun hər iki tərəfində mərkəzi şəkildə yerləşmiş Jafza cənubda Abu Dhabi, şimalda isə Dubay arasında strateji mövqedə yerləşir.

TechnoPark (Texniki Park)

Məqsəd: TechnoPark , 21 milyon kvadrat metrlik ərazini əhatə edən sahədə tikilir və burada 133,000 nəfərin işləyəcəyi 60,000 daimi bina yerləşəcək. Başa çatdırıldıqdan sonra o, tədqiqat tərəfdaşlarına tədris və tədqiqat institutlarının və beynəlxalq assosiasiyaların ehtiytalarından istifadə etmək imkanı verən mərkəzə çevriləcək. TechnoParkın sənaye müəssisəsində yüksək standartlı obyektlər təqdim ediləcək, xüsusi ayrılmış sahədə isə elmi və texnoloji özək yerləşəcək.

JLT Azad Zonası

Məqsəd: Jumeirah Lakes Towers (JLT) Azad Zonası təhlükəsiz seyflər və xüsusi təyinatlı anbar binalarından əlavə müasir infrastrukturdan, tam torpaq sahibliyindən, ticarət şəbəkəsi platformasından təşkil olunmuşdur. O, geniş çeşiddə kommersiya sektorlarının tam dəyər zəncirinin əsas iştirakçılarını, həmçinin maliyyə, logistika və sığorta kimi müvafiq dəstəkləyici sənayeləri cəlb edir.

Kim artıq buradadır? Dubai Diamond Exchange, Skai Holdings

Dubay Dünya Ticarət Mərkəzi (DWTC)

Məqsəd: Dubay Dünya Ticarət Mərkəzi (DWTC) Dubayın kommersiya mərkəzi kimi mövqeyinin təşkil edilməsində və möhkəmlənməsində aparıcı rol oynayır. DWTC xüsusi olaraq təyin edilmiş Metro stansiyasında yerləşir və həmçinin sahəyə avtobus və taksi ilə də asanlıqla və narahatlıq yaranmadan gəlib-getmək mümkündür.

DWTC təqvimi musiqi konsertlərindən tutmuş Glex Shopper kimi pərakəndə satış tədbirlərinə və illik Ərəb Səyahət Bazarının da daxil olduğu ticarət sərgilərinə qədər beynəlxalq əyləncə tədbirləri ilə doludur.

TripAdvisor Səyahətçilərinin reytinqi
0 Rəylər
Bunlar da xoşunuza gələ bilər
Dubay Qızıl Bazarı
Parıldayan hər şey
Dubay Qızıl Bazarının Xəzinələri
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Stil İlahələrini necə gülümsəməyə vadar etmək olar
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Əlavə bonusları olan alış-veriş
Aksessuarların alış-verişi
Daha İncə detallar
Unikal aksessuarlar üçün haraya getmək olar
Dubay ticarət mərkəzi bələdçisi
Dubayın alış-veriş mərkəzləri
Alış-veriş mərkəzləri şəhərinə xoş gəlmisiniz