Dubai

Dubayın rəqəmsal inqilabı

Proqnozlaşdırıla bilən tullantıya nəzarət, binalarda enerjiyə qənaət, ətraf mühitin monitorinqi və tələblərə uyğunlaşan nəqliyyata nəzarət. Bunların hamısı "İnternet of Things" proqramı vasitəsilə həyata keçiriləcək


Dubayın rəqəmsal texnologiyaya sevgisinin kulminasiyası onun şəhər həyatının rəqəmsal inqilabın növbəti mərhələsində "İnternet of Things" (IoT) proqramı ilə dəyişdirilməsi ola bilərdi.

İoT fiziki mühiti datçiklər və şəbəkələr vasitəsilə idarəetmənin yeni yaranan üsuludur və McKinsey&Company şirkətinin verdiyi yeni hesabata görə 2025-ci ilə onun təsiri ildə $3.9 trilyon və $11.1 trilyon arasında ola bilər.

Öz Smart Government (İntellektual Hökumət) və Smart City (İntellektual Şəhər) layihələri ilə Dubay "İnternet of Things" proqramının imkanlarını araşdırır və dünyanın aparıcı texnologiya şirkətləri onlara bu işdə yardım etmək üçün Dubayın Azad Zonalarına gəlir.

Dubay əhali baxımından artıq dünyada ən böyük mobil telefonla əhatə səviyyəsinə malikdir və smartfondan istifadə üzrə ən yüksək yerlərdən birini tutur və əla telekommunikasiya sisteminə malikdir.

İntellektual Şəhər (Smart City) layihəsinin əsas simvolu olan pulsuz Wi-Fi zonaları Dubayın 200-dən artıq hissəsində yaranmışdır — hətta çimərlikdə insanlar İnternetdən, o cümlədən dövlət xidmətlərindən istifadə edə və məlumat ala bilirlər.


Smart-Palm-Sun-Beds-01

Dünya İqtisadi Forumu forumun Şəbəkəyə Hazırlıq Əmsalı üzrə Dubaya 148 ölkə arasında 24-cü yeri vermişdir. Bu əmsal İKT-dən istifadəni, normativ mühiti və rəqəmsal texnologiyanın iqtisadiyyata təsirini ölçür.

Orta Şərqin artıq İKT mərkəzi olan İoT təşəbbüsü Dubayı öz məhsul və ideyaları üçün yeni istifadə üsullarında maraqlı olan iri İT şirkətləri üçün rəqəmsal təcrübə mərkəzinə çevirir.

"İnternet of Things" şəbəkələrə və kompüter sisteminə qoşulmuş datçiklər vasitəsilə fiziki mühiti idarəetmənin və nəzarətin yeni yaranan üsuludur.

Bu datçiklər təhlil edilə bilən qeyri-adi miqdarda məlumat toplayır və ondan insanlar, evlər, pərakəndə satış mağazaları və ofislər, fabrik və şəhərlər üçün müxtəlif məqsədlərlə istifadə edir.

İntellektual saatlar, binalarda enerjinin idarə edilməsi, ekoloji monitorinq və nəqliyyata tələblərə uyğun nəzarət intellektual (smart) cihazların və simsiz bağlantının sürətli inkişafı sayəsində mümkün olmuş İoT proqramının cəmi bir neçə tətbiq üsuludur.

“Fiziki dünyada obyektlərə elektron üsulla nəzarət və idarə etmək imkanı verilənlərə əsaslanan qərar qəbulunu insan fəaliyyətinin yeni səltənətinə gətirməni mümkün edir” McKinsey hesabatı dedi.

Yeni əsrin başlaması ilə Dubayın İntellektual Hökumət layihəsi dövlət xidmətlərini rəqəmsallaşdıraraq, vətəndaşlarla daha ahəngdar əlaqə yaradır.

Məsələn Böyük Britaniya və Avropa ölkələrinə köçmə ilə bağlı narahatlıqla üzləşmiş hər bir şəxs onlayn xidmətlərdən və smartfon mesajından istifadə edən İntellektual Hökumət layihəsi ilə birləşdirilmiş 2000 xidməti qiymətləndirə biləcək.

ticarət və ixrac, kimi sahələrdə rəqəmsal texnologiyanın tətbiqi Dubayın ixrac mərkəzi kimi səmərəsini elə böyütmüşdür ki, o, indi dünyada ən səmərəli limandır.

İndi bu orijinal xəyal insanların toxunma ekran və klaviaturadan məlumatları daxil etdiyi sistemdən datçiklərin məlumat toplayaraq səhiyyə, nəqliyyat tıxacları, enerjidən istifadə, tullantıların idarəedilməsi və çirklənmə kimi şəhər xidmətlərinin yaxşılaşdırılması məqsədilə təhlil üçün ötürüldüyü sistemə inkişaf edir. 


Dubai-Internet-City-Free-Zone-Community-(19)

"Dubai Smart City" (Dubay İntellektual Şəhər) təşəbbüsünə daxil ol


Bu iki rəqəmsal layihənin Dubayı daha həyata dözümlü və təhlükəsiz yerə çevirmək; biznesi daha səmərəli etmək; hökuməti daha həssas etmək; və enerji və suyun daha davamlı istehlakı yaratmaq imkanı var.

Onlar həmçinin İKT infrastrukturuna, xüsusilə smart cihazları və ya datçikləri kompüterlərlə əlaqələndirmək üçün şəbəkə avadanlığına iri sərmayələr tələb edir.

Dünyanın ən böyük texnologiya şirkətləri, məsələn Microsoft, Cisco, Oracle və MasterCard Dubayın Azad Zonalarında ofis təşkil etmişlər və burada onlar korporativ və fərdi vergilərdən azad olma və kapital və mənfəətin vətənə qaytarılması imkanlarından faydalanırlar. 

Onların Dubay İnternet Şəhərində, Silikon Vahəsində və Dubay Xarici Outsource Zonasında ofisləri tədqiqat və inkişaf və sənaye istehsalı ilə məşğul olurlar. 

Onların Dubaydakı ofisləri onlara həmçinin artan xalis gəliri və ICT məhsullarına artan istehlakçı və işgüzar marağı təmin edən regional bazarlarda da iştirak etməyə imkan verir. 

Dubayın "İnternet of Things" proqramında iştirakı Əmirliyi texnoloji tarixin doğru tərəfinə yönləndirən qlobal İntellektual Şəhər (Smart City) yaradır. 

Bunlar da xoşunuza gələ bilər
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi Dubay muzeyləri
Beynini və bədənini qidalandır
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi
Global Village Dubayın incəsənət qalereyaları
Qlobal Macəra yaşayın
Global Village-də dünyanı görün
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Ritz Carlton Spa Dubayda ixtisaslaşmış spalar
Dincəl və Təzələn
Ritz Carlton Spa-da cavanlaşın
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin