Dubai

Energy Central (Enerji Mərkəzi)

İşlə şəxsi həyatın ideal tarazlığı, coğrafi yer və çiçəklənən işgüzar mədəniyyət Dubayı dünyanın neft və qaz peşəkarları arasında birincilər sırasına çıxarmışdır


Birləşmiş Ərəb Əmirliklərinin karbohidrogen ehtiyatlarının əksəriyyətinin Abu Dhabidə yerləşməsinə baxmayaraq, Dubay indi neft və qaz sənaye peşəkarları üçün dünyanın bir nömrəli xəyallar şəhəridir.

Rigazone cəmiyyətinin 8000-dən artıq neft və qaz peşəkarları arasında apardığı tədqiqat aşkar etdi ki, onlar Dubayı dünyanın iri enerji paytaxtları arasında ən həyəcanlı və vədedici gələcəyə malik şəhər hesab edirlər.

Tədqiqat Dubayı Texasın enerji mərkəzi Hyustondan və dünyanın doqquz ən həyəcanlı enerji şəhərlərindən, o cümlədən Rio de Janeiro, Mumbay, Cakarta və Sinqapurdan önə çəkdi.

Dubayda neft 1966-cı ildə dənizdəki Fateh yatağında aşkar edildi və neft ixracına 1969-cu ildən başlanıldı. Fatah və Rəşiddə digər yataqlar da, o cümlədən qaz ehtiyatları da aşkar edildi. 

Dubayda hazırda təxminən dörd milyard barel neft ehtiyatı vardır, lakin hasilatın pik dövrü 1991-ci ilə təsadüf edir.

O vaxtdan bəri Dubay neft sənayesindən əldə edilən gəliri Orta Şərqin ən rəngarəng iqtisadiyyatlarından birinin yaradılmasına və özünün ən həyəcanlı şəhərlərindən biri olan Dubaya sərf etmişdir.

Strateji baxımdan Dubayın BƏƏ-də və Ərəb Körfəzində yeri və onun Orta Şərqdə və Afrikada enerji bazarlarına yaxınlığı neft və qaz şirkətləri üçün idealdır. 

Dünyada altıncı ən böyük neft ehtiyatlarına malik BƏƏ-nə dünyanın sübut edilmiş xam neft ehtiyatlarının təxminən 8.1 faizi məxsusdur. 

BƏƏ gündə təxminən 2.8 milyon barel neft ixrac edir və 2014-cü ildə OPEC-in hesablamalarına görə o, təxminən 107.8 milyon ABŞ dolları dəyərində ixrac edərək, yalnız Səudiyyə Ərəbistanından geri qalmışdır.

İran və Qatardan sonra BƏƏ həmçinin qaz ehtiyatlarının Orta Şərqdə üçüncü və dünyada dördüncü ən böyük ehtiyatlarına malikdir.

Shell, Total və Lukoil kimi iri şirkətlər, həmçinin Halliburton və Baker Hughes kimi xidmət firmalarının Dubayda ofisi var və bu, onlara bölgədə fəaliyyət göstərməyə və şəhərin stabilliyi və firavanlığından faydalanmağa imkan verir.

Bir sıra səviyyələrdə, o cümlədən həyat tərzi və təhlükəsizlik baxımından Dubayda yaşamanı seçmə enerji biznesi və digər sektorlardan olan peşəkarlar üçün ağlabatan qərardır. 

Lakin, bundan əlavə Dubayın iqtisadi rəngarəngliyi və ümumi həyatın rahatlığı — onun restoranları, mehmanxanaları və çox-mədəniyyətli enerjiləri -- enerji sektorunun işçi qüvvəsini cəlb edən amildir. 

Rigzone mətbuat katibi deyir, “İşlə şəxsi həyatın tarazlığı dominant mövzu olaraq qalır.  Enerji peşəkarları bilirlər ki, işə çox vaxt sərf etmək lazımdır, lakin uzun məzuniyyət vaxtı üçün də imkanlar çoxdur”.  

“Buraya orta səviyyədən yüksək olan əmək haqqını əlavə edin, və enerji peşəkarlarının dünyanın ən ekzotik yerlərindən bəzilərində mövcud olan rəngarəng, zəngin mədəniyyətlərdən ləzzət almaq imkanları olacaq.”

Orta Şərqin ikinci ən böyük iqtisadiyyatında irimiqyaslı enerji mərkəzi olmaqdan başqa, Dubayın həmçinin müstəsna infrastrukturu, yüksək səviyyədə inkişaf etmiş maliyyə xidmətləri sektoru və iqtisadi inkişafa yanaşma üsulu... 

Port Jebel Ali limanı dünyada ən səmərəli limandır, Dubay Beynəlxalq Hava Limanı isə indi sərnişin sayına görə Londonun Heathrow hava limanını belə keçərək dünyanın ən məşğul hava limanına çevrilmişdir. 

Birlikdə onlar neft və qaz firmalarına öz maddi-texniki təchizat məsələlərini səmərə ilə idarə etməyə və öz işçilərini yubanmadan bölgə daxilində daşımağa imkan verir. 

Dubayın biznesi dəstəkləyən mədəniyyəti də istedadları cəlb edən amildir. 

Korporativ və ya şəxsi gəlir vergisi yoxdur, Azad Zonalar kapital və mənfəəti sərbəstliklə vətənə qaytarmaq hüququ verir və açıq immiqrasiya sistemi stabil istedad axınını təmin edir.

Qlobal İstedadların Rəqabət Əmsalına görə BƏƏ Orta Şərqdə və Şimali Afrikada, xüsusilə istedadlı xarici işçiləri cəlb etmə qabiliyyətinə görə birinci yerdə durur. Dünyanın 93 milləti arasında BƏƏ 22ci yeri tutur.

Enerji sektoru peşəkarları Əmirliyin mürəkkəb, beynəlxalq işçi qüvvəsinin mikrodünyasıdır, lakin Dubayın həyat tərzinin və biznesi dəstəkləyən mədəniyyətinin cazibəsi bu rəngarəng iqtisadiyyatın bütün sektorlarına eyni dərəcədə təsir edir.

Bunlar da xoşunuza gələ bilər
Balloon Adventures Emirates Hava şarı ilə uçmaqdan vaxtında zövq alın
Bütün bunların üzərindən uçün
Dubayın üzərində hava şarı gəzintisi həyata keçirin
Parça Bazarı Dubay Möcüzələri
Rənglərin işıltısı
Parça Bazarı boyu sarmaşın
Boutique 1, Mall of the Emirates Dubayda butikləri kəşf edin
Boutik Şik
Boutique 1-də dəbdəbəyə daxil olun.
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
"Aquaventure" Atraksion və akvaparklar
Əyləncəyə atılın
Aquaventure su parkında yaş olun