Dubai

Dubayda pərakəndə satış biznesi

Dubayda alış-veriş biznesi


Bölgədə bir qədər pərakəndə alış-veriş terapiyası almaq üçün Dubaydan yaxşı yer yoxdur.


Dünyanın ən böyük ticarət-əyləncə mərkəzinin, ənənəvi bazarların, iki iri miqyaslı alış-veriş festivalının və dünyada adam başına ən çox sayda yemək və sərinləşdirici içki satan məntəqələrin vətəni olan Dubay alıcılar üçün bir cənnətdir.

Beynəlxalq brendlər Dubayı Londondan sonra ikinci ən vacib pərakəndə satış imkanı hesab edirlər. Alıcılar burada ürəkləri istəyən demək olar ki, hər şeyi tapa bilərlər - Hermès or Dolce & Gabbana kimi bahalı Avropa etiketlərindən, Gap and H&M kimi aparıcı brendlərə və Dubayın köhnə bazarlarında satılan yerli sənətkarların əl işlərinə qədər.

Bir çox turistlər və sakinlər üçün alış-veriş Dubay Mall-da - 1200-dən artıq mağaza və restoranı, rəqs edən su fəvvarəsi, buzda sürüşmə meydançası, akvariumu və 22 ekranlı kinoteatrı olan bu turist oriyentirində başlayır.


Dubai Mall

Şəhərdə 100-ə qədər ticarət-əyləncə mərkəzləri vardır və onların hər birinin öz səciyyəvi xassəsi və təklifləri vardır və daha çox, o cümlədən daha bir "dünyanın ən böyük" ticarət-əyləncə mərkəzi tikilməkdədir.

Dubayda alış-veriş iqtisadiyyat üçün mühüm amil olduğu üçün, Əmirlik xüsusilə külli miqdarda pul xərcləmək istəyən şəxslərə xidmət göstərir. Pərakəndə satış sektorunda dünyanın hər yerindən turistləri cəlb edən iki iri miqyaslı tədbir vardır. Yanvardan fevrala qədər keçirilən Dubay alış-veriş festivalı (DSF) heyrətamiz kampaniyalar keçirilən alış-veriş nəhəngidir və burada keçirilən lotereyalara dəbdəbəli maşınlar və kiloqramlarla qızıl daxil ola bilər. Arxa fonda isə küçə yarmarkaları və mədəniyyət fəaliyyətləri durur. İllik pərakəndə satış həcminin təxminən 30 faizi bu DSF dövrünə düşür.

Festival elə məşhurdur ki, 18 il əvvəl Dubay onun yay ekvivalentini - iyundan avqusta qədər keçirilən Dubay Yaya Sürprizlərini (DSS) təşkil etdi. Havanın isti olması ilə əlaqədar fəaliyyətlərin əksəriyyəti bağlı yerlərdə keçirilir və sövdələrin təbliğatına yardım etmək üçün məşhur müğənni və aktyorları cəlb edir.

Sövdələrin əksəriyyəti bu iki iri miqyaslı festivallarda təklif edilsə də, Dubay həmçinin ildə iki dəfə Gitex Shopper tədbirini keçirir. Burada keçirilən texnologiya və elektron cihazları kampaniyaları sövdələrdən faydalanmaq arzusunda olan minlərlə şəxsi Dubay Dünya Ticarət Mərkəzinə cəlb edir.


GITEX Shopper

Apple çoxdan gözlənilən mağazasını tezliklə Dubayın Mall of the Emirates ticarət mərkəzində açdıqdan sonra texnika çılğınlığı daha da artmağa başlayacaq. 5000 kvadrat metr sahədə yerləşəcək bu mağaza dünyanın ən böyük Apple mağazası olacaq.


Mall of the Emirates

Lakin pərakəndə satış sektorunda dominantlıq edən tək ticarət-əyləncə mərkəzləri deyil. Son il ərzində Dubay diqqətini nəhəng ticarət mərkəzlərindən daha unikal, butik növlü məkanlara dəyişərək, əsas diqqəti yerli istedadlara və brendlərə verməyə başlamışdır.

Jumeirahda Box Park və The Walk və Jumeirah Beach yaşayış kompleksindəki The Beach ticarət mərkəzləri sakinlər arasında çox məşhurdurlar, Deira adalarındakı Gecə Bazarı (Night Souk) isə (2017-ci ildə başa çatdırılması planlaşdırılır) yerli və regional dizaynerlərin əsərlərini satan butik mağazalardan ibarət olacaq. 


Boxpark

Daha ənənəvi alış-veriş üçün Köhnə Dubayda ədviyyat bazarı, qızıl bazarı, və balıq bazarı mövcuddur. 

Liman şəhərinin, onilliklərlə səs-küylü ticarətin vətəni olan şəhərin həqiqi mədəniyyətini burada - Deira və Bur Dubayda hiss etmək olar. Şəhər məhz bu hissədə başlayır və burada satıcılar və alıcılar alver edə və qiymətlər üzərində mübahisə edə bilərlər. Balıq bazarında 269 milyon dirhəmlik genişlənmə və bərpa işləri aparılmışdır və bu il başa çatacaq işlər şəhərin bu hissəsində ticarətin vacibliyini bir daha qeyd edəcək. 

Bunlar da xoşunuza gələ bilər
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim