Dubai

İşə başlayarkən

Dubayda biznesinizin inkişafı üçün şirkətinizin lisenziya alması mühüm addımdır. Ticarət lisenziyası almaq üçün, ticarət adı (nişanı) saxlamalı və İqtisadi İnkişaf Departamentindən(İİD) ilkin razılığı almalısınız . İİD Azad Zonadan kənarda həyata keçirilən bizneslərin hər növ iqtisadi fəaliyyətinin tənzimləməsində məsuliyət daşıyır. İİD lisenziyaların verilməsi, şəhər daxilində icazə verilmiş iqtisadi fəaliyyətlərin təsnifləndirilməsi, bazar fəaliyyətlərində ticarət icazələrinin verilməsi və biznesdə iş saatlarının qurulması kimi bütün məsələlərə nəzarət edir.

Bundan əlavə İİD Hüquqi İşlər  İdarəsi fərdi məsələlər üzrə köməklik göstərməyə və məsləhətlər verməyə hazırdır. Biznesinizə dərhal başlamaq üçün təcili və ya sürətli şəkildə lisenziya almaq üçün də müraciət edə bilərsiniz. Bu sizə lisenziya almaq prosesini daha sonra yekunlaşdırmağa icazə verəcəkdir. Bu proseslərdə sizə yardım etmələri üçün Dubayda yerləşən biznesin qurulması üzrə məsləhətçi və ya səlahiyyətli hüquq firmaları ilə məsləhətləşin.
.

Ticarət isminin təsdiqlənməsi, ticarət adlarında məhdudiyyətlər və tənzimləmələr üzrə ərizə ilə onlayn müraciət edə bilərsiniz. Ticarət adının əldə edilməsi üçün xərclər məzmuna və dil seçiminə görə fərqlənir. Onlayn ərizə formasını doldurduqdan və ya İİD-də çalışan şəxsə təqdim etdikdən sonra təsdiqlənmə bildirişini almağınız üçün sizə tarix veriləcəkdir. Ticarət isminin təsdiqlənməsi bildirişindən əvvəl bütün ödənişləri ödəməlisiniz.

İlkin razılıq ərizələrini ticarət adının təsdiqlənməsi üçün olan ərizə ilə birlikdə təqdim edə bilərsiniz. Sizdən tələb olunan sənədlər şirkətinizin biznes strukturuna görə fərqlənir. Bu mərhələdə biznesiniz ilə əlaqəli olan nazirlikdən müvafiq təsdiqləmə formasını da təqdim etməlisiniz. Əgər Azad Zona daxilində yeni biznesinizi açmağı düşünürsünüzsə, ticarət isminin qeydə alınması üçün proses adətən Azad Zona İnzibati orqanı tərəfindən aparılır, lakin hər bir orqanın fərqli müraciət prosedurları vardır.

Mövcud şirkətin filianlını açmaq üçün gələcək menecerləri və filialın qanuni olduğunu təsdiqləyən əlavə sənədlər tələb olunur. Biznesin hər hansı forması və ya filialının lisenziyalaşdırılması üçün tələb olunan zəruri sənədlərin siyahısını İİD-in internet səhifəsindən tapa bilərsiniz (aşağıdakı linkə baxın). Yeni Agentliklərin Qeydiyyatının Elektron Xidməti portalından istifadə edərək İqtisadi Nazirlik vasitəsilə yeni şirkətinizi elektron şəkildə qeydiyyatdan keçirə bilərsiniz.

Faydalı linklər:
Dubayda yeni biznes tənzimləmələr prosedurları

Dubayda yeni şirkət üçün onlayn qeydiyyat və müraciət

Axtarış - Dubayda ticarət ismi 

Xüsusi lisenziyalar və təsdiqlər


TripAdvisor Səyahətçilərinin reytinqi
0 Rəylər
Bunlar da xoşunuza gələ bilər
Al Mamzar Parkı Görünən Mənzərə
Bir hissəsi park, bir hissəsi çimərlik
Al Mamzar Parkında ailəvi istirahət
Dubay Akvariumu və Sualtı Zoopark Dubay Möcüzələri
Köpəkbalıqları ilə üzün
Dubai Akvariumuna baş çəkin
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
Palm Jumeirah Dubay Möcüzələri
Həqiqi vadinin şahidi olun
Palm Jumeirah-nı aşkar edin