Dubai

Dinamik Dubay

Bizim Əmirliyin Orta Şərqdə gözəçarpan iqtisadiyyat olmasının səbəbi nədir?


Dünyanın 300 ən böyük metropolitan iqtisadiyyatının bu yaxınlarda aparılmış tədqiqi – Nyu-York və London da onlar arasında idi - Dubayın adam başına düşən gəlirin artması və məşğulluğun güclü inkişafl sayəsində beşinci yerdə durduğunu aşkar etdi.

Bu iqtisadi nailiyyətlər Dubayın ambisiyalı ideyalarının, dözümünün və uğurunun dəyişdirici gücünü təsvir edir. 

Əmirlikdə iqtisadi azadlıqla strateji iqtisadi siyasətinin güclü birliyi və müasirləşdirmə və texnologiya qüvvələri onu firavanlıq və stabillik məkanına çevirmişdir. 

Dünyanın İqtisadi Forumu Dubayı 2014-15-ci illərdə 144 iqtisadiyyat arasında 12-ci, Orta Şərq üzrə rəqabət əmsalına görə birinci yerə çıxarmışdır. 

Və Beynəlxalq Pul Fondu Dubayı 2015-ci ildə Orta Şərqin ən hərtərəfli və rəqabətli iqtisadiyyatlarından biri adlandırmışdır. Bununla belə, Dubayı müvəffəqiyyətinin mənbələri hələ də maraq doğurur.

Onun sərvətinin əsasən neft ixracına əsaslanmasına dair geniş yayılmış inanclara baxmayaraq, neft ixracı onun gəlirinin cəmi altı faizini təşkil edir.

Dubayın mirası nisbətən kiçik neft və qaz ehtiyatlarına malik qumlu səhra idi. 

Birləşmiş Ərəb Əmirliklərində hesablanmış 98 milyard barel neft ehtiyatlarının dörd milyardı Dubayın payına düşür, neft ehtiyatlarının əksər hissəsi isə onun qonşusu olan Abu Dhabi Əmirliyində yerləşir. 

İndi 2015-ci ildə, mərkəzi Dubay inanılmaz göyədələnlərdən, nəhəng şəhər infrastruktur layihələrindən və qloballaşmış işçi qüvvəsindən ibarət qlobal metropolisdir.

Dubay indi topdan və pərakəndə satış, nəqliyyat, rabitə, istehsal, daşınmaz əmlak, tikinti və turizm sahələrində rəngarəng sərvətin nəhəng bazarını hasil edir.


Aerial_Dubai_shutterstock_227249083

Bu sektorlarƏmirliyin illik inkişaf sürətini son illərdə dörd faizdən çox artırmışdır ki, bu da bölgədə ən yaxşı artımdır.

Dubay indi maliyyə, maddi-texniki təchizat, turizm və ticarət sahəsində dünyanın ilk beş şəhərindən biri kimi qəbul edilir və qlobal İslam iqtisadiyyatının mərkəzinə çevrilmə yolundadır.

Onun müvəffəqiyyəti coğrafi xoşbəxtliyə, immiqrasiya və xarici sərmayəyə açıq münasibətə və əsas diqqəti infrastruktur və novatorluğa verən inkişafı strateji yanaşmaya əsaslanır.

Asiya, Afrika və Avropanın kəsişməsində yerləşən Dubayın coğrafi yeri onun bu bazarlar üçün platformaya və sərmayə və tursit məkanına çevrilməsinə yardım etmişdir.

Dubayın uğuru həmçinin onun immiqrasiya və xarici sərmayəyə açıq münasibətindən, onun rabitə texnologiyaları qəbul etməsi və bilik iqtisadiyyatına hörmətindən ilham almışdır.

Onun infrastrukturunun tayı-bərabəri yoxdur və onun şəhərlərində indi dünyanın ən heyranedici göydələnləri və ofis blokları, xəstəxanaları və şosseləri yerləşir.

Maddi-texniki təchizat sahəsində Jebel Ali limanı dünyanın ən böyük süni limanıdır və Dubay Beynəlxalq Hava limanı dünyanın ən məşğul sərnişin terminalıdır.


ShadowPP-DTCM13-1233

Qlobal ticarətin böyük təchizat zəncirləri də Dubayda kəsişir və şəhəri Şərq və Qərb arasında əsas ticarət bazasına çevirir.

İqtisadi inkişaf öhdəlikləri və müvafiq olaraq, müxtəlif mədəniyyət meylləri və təcrübələri işgüzar fəaliyyətlə məşğul olmanın və sərmayə cəlb etmənin yeni yollarını açmışdır. 

Dubayın müvəffəqiyyəti həmçinin özəl sektor enerjisi ilə iqtisadi inkişaf haqqında strateji ideyaların birləşməsinə əsaslanır.

2021-ci il Dubay Strateji Planında müəyyən formaya salınmış bu strateji ideyaların əməli təsiri əsaslı olmuşdur.

Bu ideyaların ən mühümlərindən biri eyni sektor sahibkarlarının bir yerdə birlikdə qruplaşmasına imkan verən Azad Zonaların yaradılması oldu.

Dubayda xarici sərmayəçilərə tam sahiblik hüquqları, vergi güzəştləri və kapital və mənfəətin tam vətənə qaytarılması xidmətləri təklif edən 20-dən artıq Azad Zona vardır.

Bu zonalar daxilində İT-dən səhiyyəyə qədər, farmasevtik tədqiqat, yarım-keçiricilər və sənayeyə, media və maliyyəyə qədər müasir sənaye fəaliyyəti və novatorluğunun tam çeşidi yerləşir.

Jebel Ali Azad Zonasında 7100 şirkət yerləşir; Dubay Beynəlxalq Maliyyə Mərkəzi Sinqapur və Avropa arasında ən böyük maliyyə xidmətləri mərkəzidir; və Silikon Vahəsində (Silicon Oasis) dünyanın ən böyük İT şirkətlərindən bəziləri yerləşir.

Dubayın iqtisadi uğurunu möhkəmlədən qüvvələr yığımı xarici səhmdarların diqqətini cəlb etməyə davam edir. Onlar Əmirliyi qlobal ticarət və maliyyə sahəsində əsas oyunçu və sahibkarlar üçün innovasiya mərkəzi kimi görürlər.

Bunlar da xoşunuza gələ bilər
WAFI mall ticarət mərkəzi Alış-veriş həvəskarları birləşin
Alış-verişinizi təmtəraqlı şəkildə edin.
WAFI Mall ticarət mərkəzində həzz alın
Qbara Restaurant, Lounge & Bar (Qbara Restoranı, Zal və Bar) Yeni qida tendensiyası
Məqribin dadları
Qbara Lounge-da ərəb naharı
Salero Tapas & Bodega Dubayda Restoranlar
İspan üsulu ilə nahar
Eleqant kiçik ispan boşqablarında ziyafət
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq