Dubai

Qumda göydələnlər

Dubayın üfüq xətti onun xəyallarının simvoludur


Dubaya səhradan yaxınlaşın və onun parıldayan göydələnləri ilğım kimi işıq saçır. Dubayın memarlıq nailiyyətləri əmirliyin möhtəşəm kommersiya mərkəzi və müasir şəhər kimi meydana çıxmasını təmsil edir.

Dubayda indi dünyanın ən hündür binası (Burj Xalifa 828m hündürlükdə); ən hündür mehmanxanası (355m hündürlükdə JW Marriott Marquis); ən hündür yaşayış binası (413m hündürlükdə Princess Tower); və bu onilliyin sonunda dünyanın ən hündür ticarət binası (Burj 2020) yerləşir.  

Dünyada ilk-lərin bu uzun siyahısı Dubayın iqtisadi dinamizmini və işgüzar elmi-texniki biliklərini əks etdirir və Dubayda nəyə nail olmanın mümkün olması barədə marağa və optimizmə ilham verir. 

150m-dən hündür binaların sayına gəldikdə, Dubay Honq-Konq və Nyu-Yorkdan sonra üçüncü yerdə durur. Dünyanın ən görkəmli memarları buna nail olmaqda Dubaya yardım etmişlər, lakin şəhər həmçinin Orta Şərqin memarlıq və mühəndislik istedadlarını cəlb etmişdir.

Lakin yenə də, 300m-dən hündür binaların ən çoxu Dubaydadır—cəmi 18, onlardan 10 hələ tikilməkdədir — və bu fakt onun üfüqünq Manhetten və ya Honq-Konq, yaxud Çikaqonun üfüqündən daha uca edir.

Səkkiz zolaqla magistral Şeyx Zayed Yolu ilə Biznes Körfəzini keçin və Dubay Marinaya düşün, burada siz insanları və biznesləri Dubaya cəlb edən dinamik qüvvələri əks etdirən göydələnləri görəcəksiniz. 

Binalar insanlar deməkdir. 2020-ci ilə Dubayın əhalisinin 2.39 milyon təşkil edən cari səviyyədən üç milyondan artıq sakinə artacağı gözlənilir. 

Əmirliklər mədəniyyətlərin və əsas həyat tərzinin stabil qarışığı ilə qürur hissi duyaraq, tək bölgədən yerliləri deyil, həm də dünyanın hər yerindən insanları cəlb edir. 

Bu səbəbdən, göydələnlərin əksəriyyəti (51 faiz) yaşayış binası, 21 faizi qarışıq dizaynlı binalar, qalanı isə ofislərdir.

Burada tək hündürlük müsabiqəsi getmir. Dizayn və xarici görünüş Dubay üçün unikal və Ərəb Körfəzi üçün həyəcanverici olan hissələri yaradan estetik aura təmin edir.


Burj-Khalifa

Dubayda yerləşən, Burj Xalifa binasının gümüşü fasadını quraşdırmış Ghurair Construction şirkətinin nümayəndəsiBaşar Kayali-nin sözlərinə görə dizayn çox mühüm məsələdir.

Kayali dedi ki, binanın fasadının estetik təsiri binanın özünün görünüşündən də artıq idi və ətrafdakı ictimai ərazilər üçün mövzunu müəyyən etdi. 


hotels-77

Dubayın maliyyə rayonunda yerləşən Jumeirah Emirates Towers binasının gümüşü və mis parıltısı -- bir nömrəli qüllənin hündürlüyü 354.6m-dir-- səhra işığını tutaraq modernist dizaynın alovu ilə əks etdirir.

Dubayın göydələnlərinin əksəriyyəti ənənəvi Ərəb dizaynının, məsələn kölgə və məxfilik üçün ekran xassəsinə malik maşrabiyanın müxtəlif variantlarını əks etdirir, qalanları isə unikal həndəsi xassəyə malikdir. 

JWMM_Close-up-(1)

Məsələn, JW Marriott Marquis binasının iki qülləsinin dizaynı Ərəb həyat tərzinin hər yerdə mövcud olan simvolu - xurma ağacı mövzusunda işlənmişdir.


hotels-81

Dubayın ilk görkəmli binalarından biri 321m hündürlükdə olan, memar Tom Wright tərəfindən yelkən formasında layihələşdirilərək tikilmiş Burj al Arab binası idi. Jumeirah süni adasında yerləşən Burj al Arab 1999-cu ildə mehmanxana kimi qapılarını açdı; o, müstəsna olaraq Dubay üçün səciyyəvi olan bir çox hündür binalardan birincisi idi.

1999-cu ildən əvvəl Dubayda 200m-dən hündür bina yox idi, lakin 2000-ci ildən etibarən super hündür binaların tikintisi yarışı başladı.


Dubai-Marina_shutterstock_209773960

Daha bir möhtəşəm dizayn Dubay Marinada yerləşən 306.4m hündürlükdə əlamətdar burulmuş dizayna malik Cayan Tower binasıdır. 

Dəbdəbəli mənzillər kompleksi olan Cayan binasının hər mərtəbəsi aşağıdakı mərtəbədən 1.2 dərəcə saat əqrəbi istiqamətində yana ayrılır və bütün bina başdan aşağıya 90 dərəcə altında burulmuşdur.

Palm Jumeirah-dan göründüyü kimi Dubay Marinanın heyrətamiz üfüq xətti onun dünyada ən böyük mənzil göydələnləri qrupu kimi statusunu təsdiq edir.

Yüzilliklərlə səhra Əmirliyin simvolu olduğu kimi, indi Dubayın göydələnləri onun simvoludur. 

Bu müasir qalalar bir eynilik kimi, Dubayda lazımi qətiyyət və bacarıqla əldə edilməsi mümkün olan bütün nailiyyətlərin poladda, beton və şüşədə əks etdirməklə, şəhərə və onun əhalisinə məxsusdur.

Bunlar da xoşunuza gələ bilər
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir