Dubai

TTMD haqqında

Turizm və Ticarət Marketinqi Departamenti (TTMD) Dubayda turizmin planlaşdırılması, rəhbərliyi, inkişafı və marketinqi üçün cavabdehlik daşıyan əsas orqandır. Biz həmçinin əmirliklərin ticarət sektorunun marketinqi və təbliği ilə məşğul olur və bütün turizm xidmətləri, o cümlədən mehmanxana müəssisələri, turizm agentlikləri, turist firmaları və bütün digər turizm xidmətləri üçün lisenziyaların alınmasına və təsnifatına cavabdehlik daşıyırıq. 

Biz turistləri cəlb etmək, əmirliklərə sərmayənin axmasına nail olmaq və 2020-ci il üçün Dubayın turizm perspektivlərinə - 2020-ci ilə hər il ölkəyə gələn müsafirlərin sayını 20 milyona qaldırmaq yolu ilə Dubayın iqtisadiyyatını gücləndirmək öhdəliyini götürmüşük. TTMD Dubayın dünyanın aparıcı turizm məkanlarından birinə çevirilməsində, 2012-ci ildə 10 milyon, 2013-cü ildə 11 milyon müsafirin qəbul edilməsində aparıcı rol oynamışdır. Dubaydakı iqamətgahından əlavə TTMD-nın dünyanın müxtəlif yerlərində 20 ofisi vardır.

Bizim perspektivlərimiz: Dubay 2020-ci ilə aparıcı qlobal səyahət, biznes və tədbirlər məkanı olacaq.

Bizim missiyamız: Əmirliklərə turistləri və daxil olan sərmayələri cəlb etməklə Dubayın iqtisadiyyatını gücləndirmə.

Buna aşağıdakılar vasitəsilə nail olunacaq:
  • Dubayı dünyanın ən tövsiyə edilən istirahət və biznes məkanına çevirmək
  • Novatorçu və səmərəli şəkildə Dubayın turizm və ticarət təkliflərinin beynəlxalq profilini qaldırmaq
  • Bütün turist məntəqələrində müasir həllər və mükəmməl xidmət vasitəsilə səyahətçilərin gözləntilərini yenidən müəyyən etmək
  • İnsanları Dubaya səfər etməyə və geri qayıtmağa həvəsləndirən çox-ölçülü, növbəti nəsil təcrübələrini ilk dəfə tətbiq etmək
  • Turizm və Ticarət Marketinqi Departamenti (TTMD) turizmin əmirliklərin iqtisadiyyatına töhfəsinin artırılmasında həlledici rol oynayır, bu zaman əsas diqqət Dubayın bir məkan kimi təklif edilməsini və təklifin səmərə ilə dünyaya reklam edilməsini davamlı olaraq yaxşılaşdırmaq üçün həm dövlət, həm də özəl tərəfdaşlarla əməkdaşlığa yönəldilir
Bunlar da xoşunuza gələ bilər
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Tədbirlər
Global Village 2015-2016
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN