Dubai

1997-ci ildə təsis edilərək 1989-cu ildən fəaliyyət göstərən Dubay Ticarət və Turizm üzrə Təbliğat Şurasını əvəz edən Turizm və Ticarət Marketinqi Departamenti (TTMD) Dubayın turizm sənayesini planlaşdırmaq, rəhbərlik etmək, inkişaf və təbliğ etmək məqsədilə birlikdə çalışan bir sıra müxtəlif müəssisə və təşkilatlardan təşkil olunmuşdur. Portfelə Turizm və Ticarət Marketinqi Departamenti, Dubay Biznes Tədbirləri; Dubay Festivallar və Pərakəndə Satış Müəssisəsi daxildir.

Dubayda yerləşən baş ofisinə əlavə olaraq, TTMD-nin dünyanın bir çox yerlərində - Nyu Yorkda (ABŞ), Londonda (BB və İrlandiya), Parisdə (Fransa və Beneluks ölkələri), Frankfurtda (Almaniya), Stokholmda (Skandinaviya), Milanda (İtaliya), Berndə (İsveçrə və Avstriya), Moskvada (Rusiya Federasiyası, MDB və Baltika Ölkələri), Yohannesburqda (Cənubi Afrika), Ciddə və Riyadda (Səudiyyə Ərəbistanı), Mumbayda (Hindistan), Pekində, Quantzouda, Şanxay və Çenqduda (Çin), Honq Konqda (Uzaq Şərq), Tokioda (Yaponiya), Sidneydə (Avstraliya) və Sao Paoloda (Braziliya və Latın Amerikası) 20 ofisi var.


"Turizmdə Gələcəyə Baxış 2020"

 Dubayın 2020-ci il üçün turizm perspektivləri əsas məqsədi 2012-ci ildə qəbul edilmiş qonaqların sayını ikiqat artırmaqla 2020-ci ilə 20 milyon müsafir cəlb etmək olan strateji konsepsiyadır. "Gələcəyə Baxış" 2013-cü ilin may ayında Dubayın şeyxi və BƏƏ Vitse prezidenti və Baş Naziri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən təsdiq edilmişdir.

 Bu strategiya müsafirlərin belə artımını səmərə ilə idarə etmək və xidmət göstərmək üçün şəhərə nə lazım olacağının icmalını və normativ siyasəti, infrastrukturun inkişafını, məhsul təklifinin zənginləşdirilməsini və təyinat məkanına marketinq sərmayələrinin cəlb edilməsini əhatə edən çoxsaylı təşəbbüsləri özündə birləşdirir. Bu təşəbbüslərin və strategiyanın ümumi məqsədi beynəlxalq istirahət və iş məqsədi ilə səyahət edən şəxslər üçün Dubayı "ilk seçim" etməkdir.

 Turizm Dubayın iqtisadi inkişafının və rəngarəngləşdirilməsinin mərkəzi sütunudur. 2020-ci il üçün Turizm Perspektivi Dubayın təklif etdiyi tədbirləri, atraksionları, infrastrukturu, xidmətləri və paketləri genişləndirməklə sektoru daha çox dəstəkləyəcək. Bu strategiyanın bir hissəsi Dubayı daha geniş tamaşaçı kütləsinə nümayiş etdirmə və uçuşlar və mehmanxana sifarişlərinə dair məlumatlandırma və bu sifarişlərin reallaşdırılması vasitəsilə marketinq yanaşmasının mənimsənilməsidir.

 Bu məqsədlərə nail olmaq üçün TTMD Dubayda və xarici ölkələrdə həm dövlət, həm də özəl sektorun əsas maraqlı tərəflərinin gücünü toplayacaq və diqqəti üç əsas məqsədə yönəldəcək:
  • Mövcud mənbə bazarlarında bazar payını saxlama
  • Aşkar etdiyimiz bazarlarda yüksək artım potensialı ilə bazar payını artırmaq
  • Təkrar səfərlərin sayını artırma

Bunlar da xoşunuza gələ bilər
Çərpələng Çimərliyi Dubay Möcüzələri
Dalğaları əhilləşdirin
Çərpələng Çimərliyində serfinqlə məşğul olun
Kinokinuya Dubayda butikləri kəşf edin
Mədəni maarifləndirmə
Kinokinuya-da dünya cəvahirlərini oxuyun
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Emirates Qolf Klubu İrəli atılın
Günü qolfla əyləncəli edin
Emirates Qolf Klubu
Tədbirlər
Global Village 2015-2016