Dubai

Yaşıl Turizm Mükafatları

Dubay Yaşıl Turizm Mükafatları həm öz biznesləri daxilində, həm də turizm sənayesi çərçivəsində ətraf mühitlə bağlı maarifləndirməni dəstəkləmək üçün nəzərə çarpacaq cəhdlər göstərən novator mehmanxanaları və mehmanxana tipli mənzilləri həvəsləndirmək və mükafatlandırmaq üçün nəzərdə tutulmuşdur. 

 Bu biznesləri ekoloji strategiya və fəaliyyətləri ilə bağlı ictimai səviyyədə tanımaqla, mükafatlar ekoloji təcrübələrə dair məlumatlılığı artırmağa, həvəsləndirməyə kömək edir və yeni dayanıqlılıq təşəbbüslərini təqdim edir. Öz üzvlərinə ekoloji məsələlərdə cavabdeh olma yollarını ("yaşıl olmaq") öyrənməyə yardım etmək üçün Turizm və Ticarət Marketinqi Departamenti daha yaşıl Dubay perspektivini anlayan tərəfdaşlarını dəstəkləyir. Əlavə məlumat almaq üçün buraya klikləyin.

Bəzi ən yaxşı təcrübələrə aşağıdakılar daxildir:
  • Çirkab sularının azaldılması və ya təkrar istifadəsi
  • Tullantıların qarşısını alma
  • Ekoloji baxımından münasib sistemlərin tətbiq edilməsi
  • Lazımsız qablaşdırmanı azaltmaq üçün təchizatçılarla işləmə
  • Kağız tullantılarını almaq üçün kağızın hər iki tərəfini istifadə etmə
  • Təhlükəli xassələrə malik məhsullardan istifadə etməmə

Mehmanxananız yuxarıda verilənlərin hər hansı birindən və ya hamısından istifadə edirsə, TTMD sizin tanınmanızı istəyir. Ərizə vermə prosesinə dair məlumat almaq üçün buraya basın.

Kateqoriyalar

TTMD hər mehmanxananın unikal xidmətlər təklif etdiyini qəbul edir. Yaşıl Turizm Mükafatlarının hakimləri obyektiv yoxlanışı təmin etmək üçün hər bir ərizəni ayrı-ayrılıqda nəzərdən keçirir və qalibləri aşağıdakı təsnifat növlərinə uyğun müəyyən edir:

  • 5-Ulduzlu mehmanxanalar
  • 4-Ulduzlu mehmanxanalar
  • 3-Ulduzlu mehmanxanalar
  • 2-Ulduzlu mehmanxanalar
  • Lüks mehmanxana tipli mənzillər 
  • Standart mehmanxana tipli mənzillər
Bunlar da xoşunuza gələ bilər
Kinokinuya Dubayda alış-veriş
Mədəni maarifləndirmə
Kinokinuya-da dünya cəvahirlərini oxuyun
Comptoir 102 Dubayda alış-veriş
Très Chic
Comptoir 102-də alış-veriş edin və qəhvə için
Al Mamzar Parkı Görünən Mənzərə
Bir hissəsi park, bir hissəsi çimərlik
Al Mamzar Parkında ailəvi istirahət
Al Boom Diving Dubayda suya dalma
Macəraya Baş Vur
Al Boom Diving ilə tədqiq edin
Emirates Qolf Klubu İrəli atılın
Günü qolfla əyləncəli edin
Emirates Qolf Klubu