Dubai

Turizmdə Gələcəyə Baxış 2020

Turizmdə Gələcəyə Baxış 2020-in əsas məqsədi 2012-ci ildə qəbul edilmiş qonaqların sayını ikiqat artırmaqla 2020-ci ilə 20 milyon müsafir cəlb etmək olan strateji konsepsiyadır. "Gələcəyə baxış" 2013-cü ilin may ayında Dubayın şeyxi və BƏƏ Vitse prezidenti və Baş Naziri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən təsdiq edilmişdir.

 Bu strategiya müsafirlərin belə artımını səmərə ilə idarə etmək və xidmət göstərmək üçün şəhərə nə lazım olacağının icmalını və normativ siyasəti, infrastrukturun inkişafını, məhsul təklifinin zənginləşdirilməsini və təyinat məkanına marketinq sərmayələrinin cəlb edilməsini əhatə edən çoxsaylı təşəbbüsləri özündə birləşdirir. Bu təşəbbüslərin və strategiyanın ümumi məqsədi beynəlxalq istirahət və iş məqsədi ilə səyahət edən şəxslər üçün Dubayı "ilk seçim" etməkdir.

 Turizm Dubayın iqtisadi inkişafının və rəngarəngləşdirilməsinin mərkəzi sütunudur. 2020-ci il üçün Turizm Perspektivi Dubayın təklif etdiyi tədbirləri, atraksionları, infrastrukturu, xidmətləri və paketləri genişləndirməklə sektoru daha çox dəstəkləyəcək. Bu strategiyanın bir hissəsi Dubayı daha geniş tamaşaçı kütləsinə nümayiş etdirmə və uçuşlar və mehmanxana sifarişlərinə dair məlumatlandırma və bu sifarişlərin reallaşdırılması vasitəsilə marketinq yanaşmasının mənimsənilməsidir.

 Bu məqsədlərə nail olmaq üçün TTMD Dubayda və xarici ölkələrdə həm dövlət, həm də özəl sektorun əsas maraqlı tərəflərinin gücünü toplayacaq və diqqəti üç əsas məqsədə yönəldəcək:
  • Mövcud mənbə bazarlarında bazar payını saxlama
  • Aşkar etdiyimiz bazarlarda yüksək artım potensialı ilə bazar payını artırmaq
  • Təkrar səfərlərin sayını artırma
Bunlar da xoşunuza gələ bilər
Emirates Qolf Klubu İrəli atılın
Günü qolfla əyləncəli edin
Emirates Qolf Klubu
Dubai Outlet Mall Alış-veriş həvəskarları birləşin
Öz təcrübəli alıcınızı yönləndirin
Dubai Outlet Mall-da sərfəli alış-veriş
Dubay Avtodromu Sürət ehtiyacı
Mühərriki işə salın
Dubay Avtodromunda həyəcanlı anlar yaşayın
Souk Al Bahar (Al Bahar Bazarı) Dubay bazarları
Mənzərəli bazar
Souk Al Bahar-ı (Al Bahar bazarını) aşkar edin
Timeless Spa Dubayda ixtisaslaşmış spalar
Sakitlik sizi gözləyir
Timeless Spa mərkəzində həyat yenidən başlayır