Dubai

Üç əsas kurs müxtəlif öyrənmə tələblərini və sahələrini əhatə edir. "Dubayı tanı" və "Dubayı sat" adlı ilk iki modul əsas diqqəti biliyin toplanmasına və satış sahəsində təlimə verir. Üçüncü modul - "Dubayı əlavə et", turizm agentlikləri sahiblərinə, tərəfdaşlarına və menecerlərinə əmirlikləri öz səyahət portfelinə daxil edib-etməmək barədə qərar qəbul etməyə yardım edir.

Dubayı tanı

Siz səyahət paketlərini hazırlayan və marşrutları planlaşdıran səyahət agenti, müştərilərlə birbaşa əlaqəyə girən satıcı və ya müxtəlif yerlər barədə məlumat verən məlumat bürosu nümayəndəsisiniz? Belədirsə, bu kurs sizin üçündür. Siz bu modulu tamamladıqda səyahət paketlərini müxtəlif səyahətçi qruplarına - istirahət planı quran turistlər və idman tədbirləri həvəskarlarından biznes səyahətçiləri və bal ayı səyahətinə çıxanlara qədər hamıya səyahət paketləri təklif etmək və satmaq üçün lazımi biliyə sahib olacaqsınız. 

Kurs doqquz moduldan ibarətdir:

  • Dubay haqqında ümumi məlumat
  • Dubayın turizm sektoru
  • Dubayın səyahət məhsulları
  • Nə vaxt getmək məsləhətdir?
  • Dubaya necə getmək olar?
  • Harada qalmaq məsləhətdir?
  • Şəhərdə gəzinti
  • Fəaliyyətlər və atraksionlar
  • Dubay haqqında vacib məlumat

Dubayı sat

Bu modul sizə Dubayın təklif etdiyi cəlbedici təcrübələri satmaq üçün lazım olan bütün məlumatları verir. Bütün il boyu səyahət mümkün olan bir yer kimi bu şəhər bütün növ səyahətçilərin zövqünə uyğundur, lakin müxtəlif müştərilərin müxtəlif maraqları və tələbləri vardır. Bu kurs sizə bütün növ atraksionlar və tədbirləri başa düşməyə və təklif etməyə, marşrutları hazırlamağa və müştərilərinizin büdcəsinə və marağına uyğun gələn səyahətləri təşkil etməyə yardım edəcək.

Kurs beş moduldan ibarətdir: 

  • Nə üçün Dubay unikal məkandır?
  • Sizə Dubayı satmağa yardım edir - Bunun üçün daha çox səbəb var
  • Sizə Dubayı satmağa yardım edir – Bütün il boyu səyahət imkanı
  • Sizə Dubayı satmağa yardım edir – Görməli yerlər və məşğuliyyətlər
  • Marşrutun planlaşdırılması

Dubayı əlavə et

Parlaq və mənfəətli məkanı öz portfelinizə əlavə etmək istəyən turizm agentliyinin sahibi, tərəfdaşı və ya menecerisiniz? Bu modul sizə Dubayın sizin biznesiniz üçün lazımi yer olub-olmadığına dair qərar verməyə yardım edəcək. Bu şəhəri artıq portfelinizə daxil etmisinizsə, bu kurs sizə təliminizə müxtəlif tərəfdən yanaşmağa və təklif imkanlarını inkişaf etdirməyə yardım edir. Satıcılarınız arasında peşəkar Dubay Mütəxəssisləri olarsa, siz agentliyinizin işinə müxtəliflik gətirmək, o cümlədən, işçilərinizə sadiq olduğunuzu göstərmək imkanı qazanacaqsınız.

Kurs iki moduldan ibarətdir:

  • Səyahət təyinatının marketinqi
  • Biznesin inkişafı
Bunlar da xoşunuza gələ bilər
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir