Dubai

Müştərilərinizin ailəvi dincəlməyi, Dubayın mədəniyyəti və incəsənəti ilə tanış olmağı, sadəcə olaraq çimərlikdə dincəlməyi və ya işgüzar məqsədlə səyahət etməyi istəməklərindən asılı olmayaraq, biz hamı üçün nə isə təklif edirik. Aşağıda verilmiş səyahət məhsulları şəhərin təklif etdiyi ən məşhur və həyəcanlandırıcı fəaliyyətlərdən bəzilərini təqdim edir.

Ailə üçün əyləncə

Bütün ailəni əyləncəli, yeni və maarifləndirici təcrübə gözləyir. Heyrətamiz çimərliklərdən valehedici memarlığa qədər Dubay sonsuz əyləncə və macəra ekskursiyaları təklif edir. Bağlı yerdə xizək və snoubord sürməkdən alpinizmə və delfinlərlə üzməyə qədər, bütün ailəni heyrətləndirəcək nə isə var. Tarixi ekskursiyalar və çoxmillətli mətbəxlə əyləncə və məcaranı birləşdirin və Dubayda unikal və unudulmaz ailəvi istirahətə nail olacaqsınız.

Alış-veriş

şəhərin hər tərəfinə yayılmış daha kiçik yerli ticarət mərkəzlərindən tutmuş üfüqi dəyişmiş ultra-müasir meqa ticarət-əyləncə mərkəzlərinə qədər alış-veriş imkanları Dubayı əhatə edir. Ticarət-əyləncə mərkəzlərinə əlavə olaraq, ənənəvi bazarlar, yaxud souk-lar da var. Qızıl, ədviyyə və parçalar dəfinəsi olan Dubay bazarları ticarət səs-küyü ilə və güclü və ənənəvi keçmişin ruhu ilə canlanır.

Dubay həmçinin hər il şəhərin hər yerində müxtəlif xüsusi tədbirlər və sövdələşmələr təklif edən Dubay Alış-veriş Festivalını təşkil edir.

Tədbirlər və Festivallar

Dubay il boyu inanılmaz sayda tədbirlər və festivallara sahiblik edir. İri miqyaslı qolf və tennis çempionatlarından və cıdır yarışlarından tutmuş, Justin Bieber, Shahrukh Khan, Katy Perry, Michael McIntyre və Cirque du Soleil kimi beynəlxalq tamaşalara qədər Dubay dünyanın hər yerindən olan ifaçılar və idmançıların turları zamanı müntəzəm dayandıqları yerdir.

Çimərliklər, İdman və Macəra

Ərəbistan Körfəzinin isti, firuzə rəngli suları və bizim sahil xəttimiz günəş axtaranlar üçün mayakdır. Dubayın parkları, beynəlxalq səviyyəli binaları və il boyu şəfəq saçan günəşi də onu Orta Şərqin"idman paytaxtına" çevirir. Bütün tamaşaçı idman növləri, su idman növləri və ənənəvi idman növləri və qırğı ovu kimi ənənəvi fəaliyyətlərlə Dubay hər bir idman həvəskarına və çimərlik sevənlərə nə isə təklif edir.

Kruiz Turizmi

Dubay Orta Şərqin kruiz qovşağına çevrilmişdir. Yeni müasir terminal 3450 kvadrat metri əhatə edir və onun dərin hövzəsi Costa, Aida və Royal Carribean International kimi əsas kruizlərin bu şəhəri öz limanı kimi seçməsini asanlaşdırır.

Spa Turizmi

Dəbdəbəli spalar buranı əhatə edir. Səhrada yerləşən sığınacaqlardan tutmuş şəhərin ətrafında, çimərlik kurortlarında və qolf meydançalarında yerləşən spalara qədər spa mədəniyyəti birinci növbəli atraksionlardan birinə çevrilmişdir. Müsafirlər eyni zamanda yüzlərlə müalicə növündən, o cümlədən ayurvedik və ya təmizləmə, buxara vermə və dərin təmizlik üçün rasal palçıqlarından istifadə, şlakların təmizlənməsi və dərin dincəlmədən ibarət olan ənənəvi hamamlardan birini seçə bilər. 

Ekoturizm

Ənənəvi səyahət paketi ilə yanaşı ekoturizm marşrutlarını təklif etmə getdikcə məşhurlaşır. Əsas atraksionlardan biri Ras al Khorda yerləşən ölkənin ən böyük quş qoruğudur. Bu nəhəng təbii qabarma gölməçəsi şəhər mərkəzindən cəmi beş dəqiqəlik yolda olmaqla, böyük sayda köçəri quşları cəlb edir və bu quşlar arasında ən çox Böyük Flaminqo növlərinə rast gəlinir.

Digər ekoturizm yerlərindən biri də Əmirliklərin Al Maha Səhra Kurortu və Spasıdır. Bu uzaq və qorunan sahə mühafizə edilən ekosistemi qidalandıran Dubay Səhra Qoruğunun mərkəzində yerləşir.

Qalmağa yer

Mənzərəli yerləri, rekord vurmuş memarlığı və qüsursuz xidmətləri ilə bizim ənənəvi və mənzil tipli mehmanxanalar öz ən yüksək stantdartları və tikililəri ilə dünyanın ən yaxşı mehmanxanaları arasında ən yüksək yerləri tutur. Əsas seçimlərə aşağıdakılar daxildir:

  • Çimərlik xəttində yerləşən mehmanxanalar və kurortlar
  • Şəhərdə yerləşən mehmanxanalar və kurortlar
  • Səhra və dağ kurortları

Xüsusi ehtiyacı olan şəxslər üçün turizm

Dubay xüsusi ehtiyacı olan (əlil) müsafirlər üçün səyahət məkanı kimi sürətlə inkişaf edir. Mehmanxanalarda, hava xətlərində, hava limanlarında, ticarət-əyləncə mərkəzlərində və ictimai nəqliyyatda asan istifadə üçün vasitələr quraşdırılır.

Biznes Turizmi

Yığıncaqlar, təşəbbüslər, konfranslar və sərgilər üçün bir məkan kimi Dubay qlobal səhnədə özünə möhkəm yer tutmuşdur. Müasir infrastruktur və tikililərin birləşməsi, parlaq əyləncə və mətbəx səhnəsi, vergidən azad zonalar şəbəkəsi və Uzaq Şərqə və Avropaya yaxınlıq bizi biznes turizmi üçün məntiqi seçimə çevirir.

Təhsil

Dubay üçün bu nisbətən yeni ixtisaslaşma sahəsi qonşu ölkələrdən tələbələri cəlb etməyə davam edir. Digərləri ilə yanaşı burada Böyük Britaniyanın, ABŞ, Avstraliya və Hindistanın mötəbər kollecləri və institutları tərəfindən kurslar təklif edilir. Onlar incəsənət və elmi əhatə edərək, diplom verən proqramlardan, o cümlədən peşə və rəhbər işçilər üçün kurslardan ibarətdir. Bu proqramlarda təhsil alan müsafirlər və yerli sakinlər üçün əsas fayda ondan ibarətdir ki, bu kurslar baha deyil və tələbələrə Dubayda ailələri və ya dostları ilə yaşamaq imkanı verir.

Bunlar da xoşunuza gələ bilər
Tədbirlər
Global Village 2015-2016
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim