Dubai

Dubay küçə üslubu ilə bağlı məsləhətlər

Stil İlahələrini necə gülümsəməyə vadar etmək olar


Aiişa Ramadanın Aiişası


Livanlı dəb dizayneri Aiisha Ramadan Swarovski tərəfindən "İlin gənc dizayneri" adlandırılmış, Ərəb Qadın Jurnalı (Arabian Woman Magazine) tərəfindən isə ‘Ərəb dünyasının 30 ən heyrətamiz qadını’ siyahsına daxil edilmişdir. Onun yaratdığı libasları Charlize Theron, Jennifer Lopez, Nicole Scherzinger, Christina Aguilera və Paris Hilton kimi ulduzlar geyinir.

Onun stillə bağlı verdiyi məsləhət: İnanıram ki, Dubay stilinə qarışmanın vacib hissəsi aksessuarlarınız, bəzəkli paltarlarınız, yaxud naxışlı libaslarınızla quruluş təsviri yaratmaqdır. Minimalizm mövcud olsa da, əslində Dubayı əks etdirmir. Kosmetika həyatımızın böyük bir hissəsini təşkil edir. Qısası, ümumiyyətlə, bizə əsaslı qulluq tələb edirik və bunu sevirik.

Onun bloqunu burada görə bilərsiniz.


Aiisha


Natalya Şustovanın "ShoesTova" bloqu


Natalya Şustovanın apardığı Dubay dəb və həyat tərzi bloqu ShoesTova ən son dəb meyllərini, kosmetikaya dair məsləhətləri və səyahət ediləcək yerləri işıqlandırmaq üçün nəzərdə tutulmuşdur. Dubayın aparıcı özəl hüquq firmasında korporativ və daşınmaz əmlak məsələləri üzrə tərəfdaş olan Natalya Şustova öz bloqunu dəb və həyat tərzinə dair şərhlər vasitəsilə təcrübəsini bölüşdürmək üçün başlamışdır.

Onun stillə bağlı verdiyi məsləhət: Dubayın üslubunu təkrar etmək və əmirliyin ən stilli şəxslərinə qarışmaq üçün...İtaliya krujevasından hazırlanmış gözəl abaya-plaşdan istifadə etmək olar.

Onun bloqunu burada baxın.


ShoesTova-by-Natalia-Shustova


İsaac Jon Ode-nin Dubay Levier Konsepsiyaları


Bloqun təsisçisi, dizayner, dj və fotoqraf İsaac Jon Ode tərəfindən aparılan Levier Konsepsiyaları kişilərə yönəlmiş dəb bloqudur.

Onun stillə bağlı verdiyi məsləhət: Dubayın stilini təkrarlamaq istəyirsinizsə, mənim sizə məsləhətim - özünüz olun. Dubay müxtəlif şəxslərin bir araya gəldiyi yerdir və Dubayı təmsil edən vahid bir stil yoxdur. Lakin harada alış-veriş etməklə bağlı məsləhətimi istəyirsinizsə, mütləq Dubay Mall deyərdim. Burada külli miqdarda müxtəlif mağazalar var və onlar adətən əla sövdələr təklif edirlər.

Onun bloqunu burada baxın.


Levier-Concepts-Dubai-by-Isaac-Jon-Ode


Olga Lobanovanın Şəhərdə Qum bloqu


Olqa Lobanovanın bu müstəqil küçə üslublu bloqunda siz Dubayda insanların özlərini geyimləri ilə necə ifadə etdiklərini görəcəksiniz.

Onun stillə bağlı verdiyi məsləhət: BƏƏ-yə qışda səfər edirsiniz və Dubayda və ölkənin digər yerlərində nə geyinməli sualına cavab axtarırsınız? Biz ”qışın” ortasındayıq, demək temperatur 20 dərəcə C-ə düşə, hətta yağış yağa bilər. Dubayda yağışlı gündə əziyyət çəkmədən şıq görünməyə mükəmməl bir misal. Chelsea Mango şlyapası, kofta, gödəkcə və yubka geyinmiş, Mango çantası götürmüş və Zara qısa çəkmələri geyinmişdir. Mən Chelsea ilə Dubayda ən köhnə ticarət mərkəzi olan Al Ghurair Mərkəzinin qarşısında görüşdüm. Bura unikal alış-veriş təcrübəsi, tələsmədən nahar etmə və köhnə Dubayın mərkəzində qəşəng şəhər mədəni tədbirləri üçün əla yerdir. Onun məqaləsini buradan alın.

Onun bloqunu burada baxın.


Sand-in-the-City-by-Olga-Lobanova


Samantha Francis, Üslub Zərurətdir (Style is Necessity)


Samatha Francis-in Üslub Zərurətdir və ya SIN bloqu "bandana bandit tendensiyası barədə xəbərdarlıq", "Böyük yağlı yemək bələdçisi" və "Bazar ertəsinin manikür çılğınlığı" kimi başlıqlarla təqdim edilən mövzular ilham, paltar tikişi üçün bir dəfinədir.

Onun stillə bağlı verdiyi məsləhət: Orta Şərq dəb adətlərinə qarşı çıxmağa, başqalarından fərqlənməyə, dəb qaydalarını pozmağa cəsarət edin! Bu heyrətamiz heç bir brendi olmayan klassik ayaqqabıları alın, qayçı götürüb cinsinizi kəsin, ananızın şkafından 1970-ci illərin parıldayan yun koftasını oğurlayən və onu yubkaya çevirin. Kimin mallarını, yaxud nə geyindiniz mühüm deyil, onları necə geyindiyiniz mühümdür.

Onun bloqunu burada baxın.

Bunlar da xoşunuza gələ bilər
Dubay Qızıl Bazarı
Parıldayan hər şey
Dubay Qızıl Bazarının Xəzinələri
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Stil İlahələrini necə gülümsəməyə vadar etmək olar
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Əlavə bonusları olan alış-veriş
Aksessuarların alış-verişi
Daha İncə detallar
Unikal aksessuarlar üçün haraya getmək olar
Dubay ticarət mərkəzi bələdçisi
Dubayın alış-veriş mərkəzləri
Alış-veriş mərkəzləri şəhərinə xoş gəlmisiniz