Dubai

Dubayın Dəb Rayonları

Dubay Vergisiz Zona (Duty Free): Yerə enən kimi pərakəndə alış-veriş terapiyası


Alış-veriş sevinci Dubayın astanasından başlayır. İki hava limanında 60 000 kvadrat metrdən çox ərazini tutan Dubay Vergisiz Zonası (Duty Free) ən böyük hava limanı pərakəndə satış məkanı adlandırılmışdır və keçən il burada 1.917 milyard ABŞ dollarından artıq alış-veriş aparılmışdır ki, bu da bütün dünyanın vergisiz (duty-free) satışlarının 5%-ni təşkil edir. Ən tez satılan mallara ətir, içkilər, qızıl, tütün və şirniyyat daxildir.

Əlavə məlumat üçün buraya baxın.



Körfəz boyu: Qədim Dubaya qayıdış


Dubayda göz qamaşdıran inkişaf başlamazdan əvvəl şəhər, idxal-ixrac sənayesinin mərkəzi olan körfəz boyu böyüyürdü. Bu gün bu məhəllə qaynayan mədəniyyət səhnəsi kimi yenidən canlanır. Onun Al Fahidi Tarixi Məhələssinin külək qüllələri və Bur Dubayda parça bazarlarının və dərzi dükanlarının uzun dolanbac döngələri arasında təşkil edilən incəsənət yarmarkalarından, qalereyalardan, muzeylərdən və kafelərdən ibarət zəngin repertuarı vardır. Dubay Körfəzində ənənəvi Abra qayıq gəzintisindən ləzzət alın və Deira Ədviyya Bazarının rəngarəng və ətirlə dolu labirintində gəzişin. Buradan bir qədər aralıda ənənəvi ustalardan müasir dizaynerlərə qədər əllə işlənmiş parçaların satıldığı Dubay Qızıl Bazarı yerləşir.

Köhnə məhəllələrin irsi və mədəniyyəti parlaq müasir memarlıqla təzad yaradır: Deira Şəhər Mərkəzi , BurJuman , Wafi , Al Ghurair City , Reef Mall , Hamarain Ticarət Mərkəzi Lamcy Plazanın dəbdəbəli ticarət-əyləncə mərkəzlərindən Riqqa, Muraqqabat və Salahuddin küçələrinin küçə bazarlarına və Nasser Meydanı (Bu meydan indi Bani Yas Meydanı adlanır), Naif, Murshid və ya digər bazarlarına qədər Al Kabeer.



Dubayın İşgüzar Mərkəzi: İndinin Mərkəzinə yönəlin

Məşhur Burj Khalifa binasının yerləşdiyi Dubayın işgüzar mərkəzi şəhərin yeni şeylərə olan iştahasını əks etdirir. Zərif işıqlandırılmış palma ağaclarının düzüldüyü Məhəmməd Bin Raşid Bulvarında qəşəng kafelər və restoranlar və Dubay Fəvvarəsi yerləşir. Fəvvarə Burj Khalifa binasının kölgəsində 30 akrlıq süni göldə yerləşərək tamaşaçıları işıq və musiqi tamaşası ilə əyləndirir. Bu rayonda həmçinin Dünya Ticarət Mərkəzi və dünyanın ən böyük alış-veriş mərkəzi olan və Dubayın Alış-veriş Festivalının tam miqyasla bayram edildiyi Dubay Mall yerləşir.

Əlavə məlumat üçün bax Dubay İşgüzar Rayon , Dubai Mall Dünya Ticarət Mərkəzi.



Dənizkənarı bulvar: Mənzərə ilə alış-veriş


Şəhərin açıq havada yerləşən ilk alış-veriş və nahar bulvarı "The Walk at JBR" 300-dən artıq restoran, kafe, mağaza, supermarket və butiklərin cəlbedici qarışığından ibarətdir. Siz sahil xətti boyu gəzə, kiçik suvenir mağazalarını nəzərdən keçirə və ya ayaq barmaqlarınızı dənizdə islatmaq üçün Open Beach çimərliyinə gedə bilərsiniz. Məşhur səyahətçi İbn Battutanın səyahətlərini qeyd edən İbn Batuta Mall-da 275-dən çox pərakəndə satış mağazaları arasında bu səyahətlər barədə interaktiv tədris sərgiləri təşkil edilmişdir; Marina Mall-da isə yüksək səviyyəli dəb brendlərini və arzu olunan butik malları təklif edilir.

İbn Battuta Marina Mall.



Qlobal Şəhərcik: Dünya sizindir


Dünyanın ən böyük turizm, istirahət və əyləncə layihələrindən biri olan Qlobal Şəhərcik (Global Village) hər mövsümdə beş milyondan artıq müsafir qəbul edir. Müxtəlif ölkələri təmsil edən pavilyonlar əl sənəti, kiçik suvenirlər, paltar və yeməklər də daxil olan ənənəvi məhsulları satan mağazalardan ibarətdir.

Əlavə məlumat üçün buaraya baxın.


Qəsəbələrdə: Münasib qiymətli mallar



Çinin əsas ərazisindən kənarda Çin məhsullarının ən böyük ticarət mərkəzi olan DragonMart-a; yaxud 1200-dən artıq yüksək keyfiyyətli brend məhsullarına 30%-90% endirim verildiyi Dubay Outlet Mall-a doğru üz tutun. City Centre Mirdiff və Arabian Center (Ərəb Mərkəzi) ticarət mərkəzlərində mebel, elektronika, zinət əşyaları, ətir və dəbli aksessuarlar satılan çoxlu mağazalar var.

Dragon Mart, Dubay Outlet Mall, City Center Mirdif Arabian Center ilə bağlı məlumat üçün buraya baxın.

Bunlar da xoşunuza gələ bilər
Dubay Qızıl Bazarı
Parıldayan hər şey
Dubay Qızıl Bazarının Xəzinələri
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Stil İlahələrini necə gülümsəməyə vadar etmək olar
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Əlavə bonusları olan alış-veriş
Aksessuarların alış-verişi
Daha İncə detallar
Unikal aksessuarlar üçün haraya getmək olar
Dubay ticarət mərkəzi bələdçisi
Dubayın alış-veriş mərkəzləri
Alış-veriş mərkəzləri şəhərinə xoş gəlmisiniz