Dubai

Dubay Qızıl Bazarı

Dubayda orijinal ətirlərə sizin alış-veriş bələdçiniz


Dünyanın birinci dərəcəli alış-veriş məkanı kimi Dubay xüsusi bir şey axtaran ətir həvəskarları üçün birinci növbədə baş çəkiləcək yerdir. Bizim bazarlarımızda, salonlarda və ticarət mərkəzlərində siz bol sayda rəfdə yan-yana düzülmüş məşhur firmaların ətirlərini və xüsusi hazırlanmış ətirləri, o cümlədən ərəb ətirçiləri tərəfindən hazırlanmış ətirlər tapa bilərsiniz. Tipik ərəb üslubunda Orta Şərq ətir sənayesi zəriflik tərəfdarı deyil. Burada ən gözəl tərkib hissələrindən istifadə edən və uzun müddət iyi dağılmayan daha kəskin, ağır iyli ətirləri tapacaqsınız. Ətir püskürməyə hazırsınız? Dubayın təkif etdiyi ən yaxşı ərəb ətir evlərinə bələdçini sizin diqqətinizə çatdırırıq.


Arabic perfumes


Ajmal


Dubayda yerləşən və 1951-ci ildən bəri bir ailə tərəfindən işlədilən Ajmal Dubay sakinləri arasında sevimli ətir evidir. Firmanın qoxu ustadı Nazir Ajmal ədviyyə iyli ətirlər və ənənəvi  ud ağacı ətirləri üzrə ixtisaslaşır; http://www.visitdubai.com/az/articles/Oud-and-Bakhoor buraya Dahn Al Oudh xətti, o cümlədən istifadə edənin dözümündən asılı olaraq üç iy səviyyəsinə malik Al Şams ətirinin xüsusi buraxılışı daxildir. Tam çeşidi ticarət mərkəzlərində tapa bilərsiniz.



Khaltat


Dəbdəbəli ixtisaslı ətir evi Khaltat, Əmirlik vətəndaşı Mohamed Hilal tərəfindən təsis olunmuşdur və məqsədi aşiq olma hissinin vurğulanmasıdır. Onun "sevgi qarışığı" adı almış ətirləri ərəb ətir sənayesinə daha romantik üsulla yanaşır və məxmər türk qızılgülü ilə hind sandal ağacının nüfuzlu notlarını ənənəvi aqar ağacını birləşdirərək, özünün orijinal Ask ətir xətti üçün daha yumşaq, daha şirin aroma yaradır. Onların yerləşən salon butikində kolleksiyalara bələdçi müşayiətində baxmaq üçün görüş təyin edin.



Ne’emah


Əmirliklərin dəb aləmində məşhur olan və müstəsna olaraq Sephora qlobal gözəllik mərkəzində təklif edilən Mohammed Ne’emah-ın yaratdığı ətirlər, ənənəvi ərəb ətrinin elementlərini müasirləşdirir. Onun ən çox satılan Layla ətiri ud ağacı cövhərinə şirin vanilla, tozşəkilli müşk və quru kedr ağacı qatılmaqla öz səhra mənşəyinin tüstülü ehtirasını saxlayan asanlıqla vurulan axşam ətrinə çevrilir.


perfumeshoppingdubaineemahShahla


Swiss Arabia


Püskürmə formasında deyil, barmaqla çəkilmə formasında təqdim edilən Swiss Arabia xətti spirtsiz, qatı ətirlərdir və ud ağacı əsasında hazırlanmışdır. Onların ən çox satılan ətirlərindən biri, Kashkha, ud ağacının, büxur və zəfəranın güclü qarışığı olub, bir qədər müşk qatılmaqla yüngülləşdirilir. Hər iki cins tərəfindən istifadə edilə bilən (unisex) və bəzəkli qızılı şüşələrdə satılan bu ətir bihuş, ağac ətirlərinin, Dubay üslubunun bir qədər təkəbbürlü təqdimatıdır. Bu brendi bizim aparıcı ticarət mərkəzlərində, o cümlədən Dubay Mall, və tapa bilərsiniz, yaxud endirimlə satılan ətirlər üçün Swiss Arabia sərgi-mağazasının yerləşdiyi üz tutun.


perfume-shopping-dubai-woman-test


Amouage


Qonşu Omanda yerləşən Amouage Sultanın ətirlərə olan sevgisindən yaranmışdır. Yaradıcı direktor Christopher Chong-un rəhbərliyi altında qiymətli ağacların və büxur və mirr kimi Orta Şərq ədvalarının dolaşıq qatışığı ilə tanınmış bu eksklüziv ətir evlərinin ağır flakonları sizin səyahətinizin mükəmməl xatirəsini təşkil edir. Amouage ətrini Dubay Mall-da, həmkar ətir ulduzları Creed və L'Artisan Parfumeur mağazalarının arasında yerləşən mərkəzi mağazada sınaqdan keçirmək olar.



M.Micallef



perfume-shopping-dubai-m-micallef-ROYAL-ROSE-AOUD


Ramon Monegal


Əlbəttə ki ispan ətir ustası Əmirliklərdə yaşaya bilməzdi, lakin Ramon Monegal buraya səfər zamanı şəhərin enerjisindən elə valeh oldu ki, öz növbəti iri miqyaslı ətir xəttini bu ilham əsasında yaratdı. "Dubai Next To Me" (Mənim yanımdakı Dubay) ərik qurusu, kokos və jasminlə şirinləşdirilmiş isti dərinin, qatı tonka lobyasının və ud ağacının sərxoşedici qarışığıdır. Bu ətir eksklüziv olaraq mağazasında satılır.

Bunlar da xoşunuza gələ bilər
Dubay Qızıl Bazarı
Parıldayan hər şey
Dubay Qızıl Bazarının Xəzinələri
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Stil İlahələrini necə gülümsəməyə vadar etmək olar
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Əlavə bonusları olan alış-veriş
Aksessuarların alış-verişi
Daha İncə detallar
Unikal aksessuarlar üçün haraya getmək olar
Dubay ticarət mərkəzi bələdçisi
Dubayın alış-veriş mərkəzləri
Alış-veriş mərkəzləri şəhərinə xoş gəlmisiniz