Dubai

Dubayda əsas alış-veriş mərkəzlərinin bələdçisi

Çox sayda kinoteatrlar, yemək və əyləncə məkanları ilə Dubayın alış-veriş mərkəzləri sadəcə ticarət məkanları deyil


Əla paltarların, gözəl tikilişli kostyumların və ya qeyri-adi suvenirlərin tapılması üçün 96 alış-veriş mərkəzinin yerləşdiyi Dubaydan daha yaxşı yer ola bilməz. Lakin şəhərin alış-veriş mərkəzləri şoppinq terapiyasından daha artığını təklif edir. Alış-veriş mərkəzləri şəhəri olan Dubayda harada xizək, konki sürə, yaxud üzə biləcəyiniz, film seyr edəcəyiniz və s. barədə məlumat alın.

article-dubaishoppingmalls-inarticle-dubaimallTicarət şəhərciyi

Dubayın öz qapılarını qonaqlara 2016-cı ilin sentyabr ayının əvvəllərində açmış, 1.5 milyon kvadratmetr sahəsi olan pərakəndə satış mərkəzlərindən ibarət olan lüks ticarət mərkəzi ilə tanış olun. Ticarət mərkəzi üç mərtəbədən ibarət olub, 125 brendə (və daha çox brendin açılışı gözlənilir) və eləcə də bütün günboyu alış-veriş edə bilməniz üçün sizə enerji toplamağa kömək edəcək premium restroran və kafelərə ev sahibliyi edir. Burada Michael Kors və Carolina Herrera kimi möhtəşəm dizaynerlərin məhsullarını sərfəli qiymətlərə əldə edə və alış-veriş edərkən ticarət şəhərciyinin füsunkar Tuscan üslubundan ilham almış arxitekturasının gözəlliyindən həzz ala bilərsən.

Jebel Ali, Dubayın park və istirahət mərkəzlərinin yaxınlığı
+971 4 317 3999


Dubai Mall Dubay Mall AVM

Dünyanın ən böyük alış-veriş mərkəzi olan Dubai Mall hamı üçün maraqlı məşğuliyyətlər təklif edir. Misal üçün, olimpiya səviyyəli buz meydançası və Dubay akvariumu və sualtı zooparkı. Eyni məkanda siz Topshop və Zara kimi münasib qiymətli markalar, Bloomingdale’s və Galeries Lafayette kimi 1000-dən artıq mağaza tapa bilərsiniz. Dəbdəbəli brendlər Chanel, Lanvin və Elie Saab kimi dizaynerlərə ayrılmış Fashion Avenue hissəsində yerləşir. Bu ərazinin yanında isə Christian Louboutin, Fendi və Dior kimi brendlərin olduğu Level ayaqqabı məkanı yerləşir.

Maliyyə mərkəzi şossesi, Dubay şəhər mərkəzi
800-DUBAI-MALL


Mall of the Emirates Mall of the Emirates Alış-Veriş Mərkəzi

Mall of the Emirates AVM Dubaydakı yeni Apple dükanının, məşhur xəmir yeməyi restoranı Din Tai Fung və digər hipster kafe Common Grounds və bir çox digər lüks dükanın yer aldığı yeni bölməsini açıb. Ski Dubai yamacları, uşaqlar üçün Magic Planet qapalı əyləncə mərkəzi, yerli və beynəlxalq musiqi və teatr tamaşaları təşkil edən Dubai Community Theatre and Art Centre-ə ev sahibliyi etdiyindən burada hər zaman etməli və ya görməli bir şey vardır. Buraya Harvey Nichols, Marks & Spencer və Debenhams, üstəlik ultra-şıq Fashion Dome və VOX Cinemas-ı edərək yaddaqalan bir gün keçirmək üçün nəzərinizdə saxlayın.

Əl Barşa-1
+971 4 409 9000


Mercato Mall
Mercato Mall AVM

Mercato Mall Renessans dövrünün İtaliya kəndinin ab-havasını əks etdirir. Alıcılar Laura Ashley və Jack Wills kimi dünyaca tanınmış mağazaları, eləcə də Cakery Epicerie by Stephane Glacier kimi çox sayda şirniyyat evlərini, sevimli qəlyanaltı yerlərini və şəhərin ən qatı isti şokoladını içmək üçün Alison Nelsonun Şokolad Barını seçə bilərlər.

Jumeirah çimərlik yolu
+971 4 344 4161


Ibn Battuta Mall Ibn Battuta Mall

Ibn Battuta Mall öz adını səyyahın adından götürmüşdür və Mall bu səyyahın səyahət etdiyi ölkələrə - Əndəlus, Tunis, Misir, İran, Hindistan və Çinə müvafiq olaraq həmin ölkələrin səciyyəsini əks etdirən üslubda dizayn edilmiş altı hissədən ibarətdir. Ticarət Mərkəzinin dekorasiyasına bəzəkli nəhəng qızıl fil, mavi səmaya bənzər hündür tavan, açıq səma altında çay bağçaları daxildir. İnteryer dizaynı ilə yanaşı İbn Battuta Mall-u promo aksiyaların və tədbirlərin keçirildiyi dəb, həyat tərzi və idman dükanları ilə bir xəzinəni xatırladır.

Şeyx Zayed Şossesi
+971 4 362 1900


Wafi Mall Wafi Mall

Dərhal tanına bilən qədim Misir memarlığı üslubunda inşa edilmiş möhtəşəm Wafi Mall bu üslubu daxildə də davam etdirir. Müştərilər onlara ən son dəbli kandora, pərəncə və abaya təklif edən Yaxın Şərqin dəbli butiklərində ərəbsayağı alış-veriş edə bilərlər. Yaxud da təsərrüfat mallarının alış-verişi üçün BƏƏ-nin müstəqil mağazası olan Salam mağazasına gedə bilərlər.

Oud Metha Şossesi
+971 4 324 4555

mall-guide Dubay Marina Mall

Dənizin sahilində yerləşən Dubai Marina Mall gündəlik ailəvi alış-veriş təcrübəsi təklif edir. Burada rahat bir mühitdə münasib qiymətə dəbli geyim və gözəllik xidmətləri təklif edən beynəlxalq pərakəndə satış dükanları yerləşir. Həmçinin burada su boyu açıq səma altında yerləşən kafelərdə nahar etmək üçün geniş seçim var. Demək olar ki, Mall-a bitişik olan Pier 7 qalasında hər biri küləkli terrasda oturmaqla yeddi həyəcanlandırıcı nahar konsepsiyası təklifindən həzz alın.

Şeyx Zayed Şossesi
+971 4 436 1020


Dubai Outlet Mall Dubai Outlet Mall

Dubaydan az bir məsafəlik yol olmasına baxmayaraq, Dubai Outlet Mall bu məsafəni qət edib müvafiq dizayner məhsullarını münasib qiymətə əldə etməyə dəyər. Burada Diane von Furstenberg, Burberry və Marc Jacobs kimi dizayner markalarına, eləcə də elektrik malları və ətirlərə il boyu endirimlər olur. Bazar ertəsi alış-verişə gəlsəniz, seçilmiş mağazalarda əlavə mükafat olaraq 50 faizlik endirim əldə edə bilərsiniz.

Dubai Al-Ain Şossesi (Route 66)
+971 4 423 4666


Burjman BurJuman Mərkəzi

BurJuman Mərkəzi brendlərdən anlayışı olanlar üçün sevimli yerdr. Bura Louis Vuitton, Dior, Prada, Hermes və digər məhşur brendlərin satıldığı mərkəzdir. Mərkəzə məxsus həyətyanı sahədəki interaktiv fəvvarənin yanından keçərək mərkəzin kafe və restoranlarından birində nahar edə bilərsiniz. Əgər ailənizlə birlikdəsinizsə, VOX Kinoteatrlarda film izləyə, yaxudda uşaqlarınızı üçüncü mərtəbədə yerləşən oyun zalına apara bilərsiniz.

Khalid Bin Al Waleed Şossesi
+971 4 352 0222


City-Centre-Mirdif Mirdif Şəhər Ticarət Mərkəzi

Mirdif Şəhər Ticarət Mərkəzində Carrefour, Debenhams və Centrepoint kimi məhşur dükanlar da daxil olmaqla 430-dan artıq pərakəndə satış dükanları yerləşir. Dubayın şəhərətrafı ticarət mərkəzlərindən biri kimi burada iFly qapalı paraşütdən tullanma məkanı, Little Explorers-də uşaqlar üçün əyləncəli oyunlar, Soccer Circus Dubai interaktiv futbol və Yalla! Bowling. kimi 12 yollu kosmik boulinq zalları fəaliyyət göstərir.

Şeyx Məhəmməd Bin Zayed Şossesi
+971 4 602 3000


Festival-City Dubai Festival City Mall AVM

Dubay Körfəzinin sahilində yerləşən Dubai Festival City Mall iri İKEA univermağının, HiperPanda supermarketinin və ACE Hardware kimi brendlərin yer aldığı 400-dən artıq dükan fəaliyyət göstərir. Bu Mərkəz həm də sizin üçün körfəz boyu xoş gəzinti və yaxud abra ilə dəniz mənzərəli restoranlardan birinə getmək şansı yaradır.

Dubay Festival City
800 332


The-beach THE BEACH

Alış-veriş etmək, nahar etmək, film izləmək, çimərlikdə şezlonq üzərində uzanmaq. Bütün bunları bir gündə və ən əsası bir məkanda etmək istəyirsinizsə, açıq havada yerləşən alış-veriş bulvarını - JBR ilə üzbə-üz yerləşən THE BEACH-i seçin. Adventure HQ-dən Sephora-ya və bir çox kiçik həcmli malların satıldığı məkanlarda siz sudan cəmi bir neçə metr aralıda alış-veriş terapiyasından zövq ala bilərsiniz.

Jumeirah Beach Residence
800 637227


The-beach City Walk

Yüksək səviyyəsli Orta Şərq memarlığı Avropasayağı küçə üslublu alış-veriş yerləri ilə məhz Dubayın¹ ən İnstaqramlı məkanlarından birində birləşir. Şəhər mərkəzi ilə Jumeirah Beach arasında yerləşən möhtəşəm Burj Khalifa mənzərəli, yeni City Walk Dubaydakı alış-veriş təcrübəsini yenidən təyin edir. Açıq meydanlar və London üslublu küçələri dolduran qeyri-adi dəb butikləri, Michelin-ulduzlu kulinariya konseptli məkanlar və çeşidli əyləncə seçimləri City Walk-u ilin ən yaxşı yeri edəcək.

Al Wasl
800 637227

Dubaya birinci dəfədir gəlirsiniz? Şəhərin mütləq görülməli atraksionlarından birinə baş çəkin və Dubayın ən fotogenik yerlərindən birində öz möhtəşəm selfinizi çəkin.

Bunlar da xoşunuza gələ bilər
Dubay Qızıl Bazarı
Parıldayan hər şey
Dubay Qızıl Bazarının Xəzinələri
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Stil İlahələrini necə gülümsəməyə vadar etmək olar
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Əlavə bonusları olan alış-veriş
Aksessuarların alış-verişi
Daha İncə detallar
Unikal aksessuarlar üçün haraya getmək olar
Dubay ticarət mərkəzi bələdçisi
Dubayın alış-veriş mərkəzləri
Alış-veriş mərkəzləri şəhərinə xoş gəlmisiniz