Dubai

Dubay Alış-veriş Festivalı vaxt cədvəli

image1996

1996

Bizim hekayəmizin başlanğıcı

1996-cı ildə BƏƏ Vitse prezidenti və Birinci Naziri və Dubayın Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Maktoum Dubayı il boyu ailələr üçün turist məkanına çevirmək arzusu əsasında epik alış-veriş festivalını yaratmaq fikrini reallığa çevirdi. Dubay alış-veriş festivalı birinci il 1.6 milyon qonaq qəbul etdi və qonaqlara bol möhtəşəm mükafatlar təklif etdi. Həqiqətən də, bu bir festivalı başlamağın gözəl yoludur.

image1997

1997

Dünya şəhərciyi

Növbəti il festivalda iştirak üçün 3 000 pərakəndə satış məntəqəsi qeydiyyatdan keçdi və dünyanın hər tərəfindən olan alıcılara heyrətamiz sövdələr və endirimlər təklif etdi. Biz həmçinin Dubay Körfəzinin sahilləri boyu Qlobal Şəhərcik təşkil etdik və burada yerləşən beynəlxalq pavilyonlar dünyanın hər yerindən gətirilmiş hədiyyə və əl işlərini təklif edirdi.

image1998

1998

Ailə üçün

Bizim üçüncü festivalımız: ‘Dünya uşaqları Dubayda görüşür’ mövzusu altında keçirildi. Gözlədiyimiz kimi, uşaqlı ailələr şəhərə axışdı. Cəmi şəhərə 2.2 milyon müsafir gəldi.

image1999

1999

Daha böyük, daha yaxşı

Əsrin sonuna yaxın keçirilən bu festivalın mövzusu müvafiq olaraq ‘Əsrin ən böyük ailə toplantısı’-na dəyişdi. Dünyanın hər yerindən olan ailələr şəhərin hər yerində təşkil edilmiş Smurfs Village, Planet Pepsi və Toy City kimi müxtəlif atraksionlarda bayrama qoşuldular. Sonda DSF-ın uğurlu dördüncü buraxılışı əsasən alış-veriş və əyləncənin daxil olduğu müxtəlif sektorlara 4.15 milyard dirhəm xərcləmiş 2.4 milyon qonaq cəlb etdi.

image2000

2000

Alış-verişdə yeni çağ

Yeni əsr özü ilə DSF-ın yeni buraxılışını və geniş əhatəli: ‘Bir Dünya. Bir Ailə. Bir Festival’ şüarını gətirdi. Elə həmin ildə biz rekord sayda Avropalı müsafirləri salamlamağa başladıq və festivalı həqiqətən də qlobal tədbirə çevirdik.

image2001

2001

Analar daha çox qazanır

Bu il analar üçün xüsusi kampaniya təşkil etdik və bir xoşbəxt ana ‘Anaya sevgi ilə’ kampaniyasının qalibi kimi evə $100 000 mükafat apardı. Bu DSF-ı üçün 41 kilo qızıl və 31 Rolls Royce avtomobili lotoreyada oynanıldı.
Bu ilki festivala 2.55 milyon müsafir gəldi və 4.50 milyard dirhəm xərcləndi.

image2002

2002

Daha böyük, daha yaxşı

Bu il daha çox sayda alıcı toplandı, daha çox alış-veriş aparıldı və nəticədə, daha çox adam bizim şəhəri tədqiq etdi. Biz həmişə məşhur olan lotoreyada mükafatların sayını daha da artırdıq: hər gün 31 Nissan Patrol, iki Lexus avtomobili, 200 000 dirhəm nağd pul, üstəgəl 41 kilo qızıl mükafat kimi verildi.

image2003

2003

Gec saatlarda açıq

Bu il festival çox məşğul idi, çünki Gecə Bazarı (Night Souk) alıcılara ticarət mərkəzinin bağlanma saatından sonra da alış-verişi davam etdirmək imkanı verdi. Yeni tədbir olan Dubay Fashion 2003 (Dubay Modası) Dubayı dünyanın moda paytaxtlarından biri kimi tanıtmağa kömək etdi və beynəlxalq dəb və aksessuar aləminin tanınmış ustaları öz ən son kolleksiyalarını nümayiş etdirdilər. Biz bu festivala Whitney Houston, Bryan Adams, A. R. Rahman kimi müğənniləri və 1 000-dən artıq beynəlxalq küçə artistlərini dəvət etdik və festivalı çox məşğul və əyləncəli festivala çevirdik.

image2004

2004

Dəbli yeni il

Biz 2004-cü ilə üslubla yaxınlaşdıq və Dior, Christian Lacroix, Givenchy və Emanuel Ungaro kimi ən yüksək səviyyəli moda evlərini dəvət etdik. Festivala gəlmiş 3.1 milyon müsafir cəmi 5.12 milyard dirhəm xərcləndi.

image2005

2005

10-cu ildönümümüz

Bizim 10cu ildönümümüzə gəlmiş 3.3 milyon müsafir şəhərin hər yerinə alış-veriş üçün səpələnərək, bu xüsusi günü bayram etməmizə yardım etdi. Mükafatlar hadisəyə uyğun idi: Lexus Mega Lotereyasında alıcılar hər gün iki dəbdəbəli avtomobil, üstəgəl 100 000 dirhəm udmaq imkanı qazandılar; gündə oynanılan 1 kq qızıl mükafatına Emaar Properties şirkətinin dörd villası və bir qalib üçün 100 kq qızıl və iri almaz (soliter) əlavə edildi.

image2006-07

2006 - 2007

Əyləncəni ikiqat yaşa

Bu dəfə biz hər şeyi başqa cür təşkil etmək qərarı verdik. İki festival keçirmək əvəzinə biz tarixdə ilk ən uzun Dubay alış-veriş Festivalı təşkil etmək qərarı verdik.
Düz tapmısınız – yəni, bayramların sayı ikiqat artdı, alış-verişin miqdarı ikiqat artdı, eləcə də əyləncə ikiqat artdı. 45 gün davam edən DSF meqa lotoreyalar keçirərək, müsafirlərə 96 Lexus, 45 Nissan avtomobilini, 45 kq qızıl və nəhəng nağd pul mükafatlarını udmaq imkanı verdi.

image2008

2008

Lokallıq və qloballığın təması

Hadisələrin təravətini saxlamaq üçün biz bu il əyləncə konsepsiyasına iki yenilik əlavə etdik: Şəhər sakinlərinin istedadını və nailiyyətlərini xüsusi qeyd edən ‘Dubay Qeydləri’ və dünyanın hər yerindən yüksək dərəcəli dizaynerləri cəlb etmiş ‘Dubay Dəbi’. Şəhərin hər yerində təşkil edilmiş kampaniyalar, satışlar, atraksionlar və əyləncələrdə iştirak üçün şəhərə 3.2 milyon müsafir gəldi.

image2009

2009

Qırılan rekordlar

Bizim 14cü buraxılışımızda iki yeni alış-veriş məkanı: JBR-də "the Walk" və məşhur Dubay Mall-u açmaqla yeni mərhələyə çatdıq. Biz həqiqətən dünya rekordunu qırdıq: dünyanın ən böyük şirniyyat bufeti (çünki alış-veriş və yemək bir-birindən ayrılmazdır!)

image2010

2010

Musiqi ithaf et

Bizim 15ci ildönümümüz həqiqətən də xüsusi bayram idi. Küçə bayramları, Dubay Beynəlxalq Caz Festivalı və Körfəz Velosiped Festivalı şəhəri tam miqyaslı əyləncə mərkəzinə çevirdi; Bu buraxılışa 3.5 milyon müsafir gəldi və cəmi 10.2 milyard dirhəm xərcləndi.

image2011

2011

Böyük ulduzlar, böyük xərcləmələr

Festivalın 16cıburaxılışında Amy Winehouse və Pharrell Williams iştirak etdi. Alış-veriş və əyləncə də daxil olmaqla, müxtəlif sektorlara 15.1 milyard dirhəm xərcləndi. Müntəzəm keçirilən meqa lotoreyalara əlavə olaraq, biz həmçinin almaz poz və qazan kampaniyalarında 3 milyon dirhəm məbləğində mükafatlar payladıq.

image2012

2012

Dubay ən yaxşı görünüşündə

“Dubay özünün ən gözəl görkəmində” festivalın 17ci buraxılışının marketinq şüarı idi və festival həqiqətən də bu şüarı doğrultdu: müsafirlərin sayı rekord səviyyəyə qalxdı (4.36 milyon) və bölgənin ən uzun sinxronlaşdırılmış musiqi atəşfəşanlıq nümayişi Dubay Körfəzi boyu 6 km məsafəyə uzanırdı.

image2013

2013

İnnovasiyalara xüsusi diqqət

Bizim 18ci ilimizdə Dubay alış-veriş festivalında innovasiya yeni formalar aldı. Dubay Metrosunda keçirilmiş Ekspress Moda bğlgədə hərəkət edən qatarda keçirilmiş ilk dəb tədbiri oldu. Eyni zamanda biz Dubay Mall Fəvvarəsi Bulvarında unikal Küçə Podiumu nümayişi və saat gecə yarısını vuranda hərəkətə başlayan modellərdən ibarət Gecə Yarısı Dəb Tamaşasını təşkil etdik. Yəqin ki, ən dramatik an Aston Martinin Burj Al Arab binasının damındakı vertolyot meydançasına enməsi oldu!

image2014

2014

DSF şaquli gediş

Bu il müsafirlər ‘Var gücünlə alış-veriş et’ mövzusundan ləzzət aldı və eyni zamanda bir sıra unikal fəaliyyətlərdə iştirak etdi. Dubayın 70-ə yaxın ticarət-əyləncə mərkəzində 6000-ə qədər mağazada heyrətamiz mükafatlar və 75 faizə qədər endirimlər təklif edilməyə davam edirdi və bu il də yenilik təklif edildi: DSF Şaquli Podium , tarixdə ilk dəfə Burj Xəlifənin fasadı boyu təşkil edilmiş podium.

image2015

2015

Səyahət davam edir

Biz iki onillik davam edə alış-verişi ‘Bayramların Səfəri’ mövzusu altında bayram etdik. Biz 150-dən artıq meqa-tədbir keçirdik və Giuliana və Bill Rancic və Nicole Richie kimi ulduzları Dubaydakı Ulduzların Müvəqqəti Mağazalarında gördük. Bu ilin festivalı epik finalla başa çatdı. Biz dünyada ən böyük əldə hazırlanmış qızıl zəncir olan Dubay Bayram Zəncirini hazırladıq və bu zəncir Dubayın Guinness Dünya Rekordları kitabına daxil edilməsinə səbəb oldu. Gələn ilin festivalında nə olacağı ilə maraqlanırsınız? Bu sahəni tez-tez yoxlayın.

1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006 - 2007
2008
2009
2010
2011
2012
2013
2014
2015