Dubai

Aksessuarların alış-verişi

Bənzərsiz qadın aksesuarları üçün Dubayda gediləsi yerlər


Libasınız üçün mükəmməl son ştrixi axtarırsınız? Dubayın butikləri və mağazaları mütləq alınmalı yüksək keyfiyyətli dizayner mallarından və bir dəfəlik yüksək dəbli yaradıcılıq işləri, büdcəyə uyğun məhsullar və yüksək qiymətləndirəcəyiniz tapıntılara qədər hər şeyi təkllif edir. Dəb mütəxəssislərinin harada alış-veriş etdiyini öyrənmək üçün buranı oxuyun Looking for the perfect finishing touch for your outfit? Dubai’s boutiques and markets offer everything from high-end designer must-haves and one-off couture creations to wallet-friendly finds you’ll treasure. Read on to find out where the style mavens shop.



S*uce ROCKS


Həddindən artıq dəbli əşyaların növbəti çeşidini təklif edən S*uce, S*uce ROCKS mağazası zərif zinət əşyaları ilə işləyə bilən yerli dizaynerlərin, o cümlədən qabaqcıl beynəlxalq kəşflərin tam yoxlanışdan keçmiş seçilmiş əşyalarını göz qabağına çıxarır. Onların Safa Park-ın yanında yerləşən Galleria mağazasına baş çəkərək Bil Arabi tərəfindən yaradılmış ərəb xəttatlığından ilham alan qolbağıları və Joanna Nakhle tərəfindən yaradılmış göz muncuqlarını, üstəgəl Ralph Masri, Ghada Exclusives, MarMar və Th’haba kolleksiyalarının tam xəttini nəzərdən keçirin.

Galleria Mall, Al Vasl yolu

+971 4 344 0608


Sauce-rocks


Level Ayaqqabı Rayonu


Dünyanın ən böyük ticarət mərkəzi olan Dubay Mall-da yerləşən Level mağazası hətta ən ciddi ayaqqabı sevənləri razı salacaq. Kenzo, Saint Laurent, Nicolas Kirkwood və Isabel Marant kimi dizaynların demək olar ki, hər həftə təklif etdiyi yeni dizaynları arasında sizin mükəmməl ayaqqabı tapacağınızdan əminik - siz sonra bu ayaqqabıları burada yerləşən ayaqqabı salonu "The Cobbler"-də öz fərdi tələbinizə uyğunlaşdıra bilərsiniz. Əl çantası sevənlər bu mağazanı Vivienne Westwood, Acne və Bally kimi dizaynerlərin dəbli malı ilə sevinə-sevinə tərk edəcəklər. Buraya mütləq yanvar ayında, Dubay Alış-veriş Festivalı zamanı gəlin ki, böyük endirimlərdən və VİP alış-veriş tədbirlərindən yararlana biləsiniz.

Birinci Mərtəbə, Dubay Mall, Dubay İş Mərkəzi

+971 4 501 6888



Level-shoe-district

Hayley Marsden Qadın Şlyapaları


Dubay Beynəlxalq Moda Həftəsində ilk dəfə nümayiş etdirilmiş, 2015 Dubay Dünya Kubokunda qəzetlərin ilk səhifəsində çap olunmuş, Böyük Britaniyada dünyaya gəlmiş, Dubayda fəaliyyət göstərən bu papaq dizayneri mütləq diqqəti cəlb edəcək malların istehsalında ixtisaslaşır. Marsdenlə görüş təyin edin və daima arzu etdiyiniz sifarişlə tikilən papağı, yaxud mükəmməl yarış günündə hamını heyran edəcək papağı sifariş verin. 



ValleyDez


Butik formasında təşkil edilmiş, diqqəti şən, dəbə meylli dizaynlara verən ValleyDez mağazası tam orijinal parlaq malların əsl yeridir. Yerli və beynəlxalq dizaynerlər arasından diqqətlə seçilmiş və Alisa Möcüzələr Dünyasından tutmuş Andy Warhol-a qədər geniş çeşiddə həqiqətən eklektik paltar, ayaqqabı, çanta və bəzək əşyaları kolleksiyası.

Galleria Mall, Al Vasl yolu

+971 4 321 2898


Valleydez


Dubay Qızıl Bazarı


Həqiqətən qiymətli mal axtarırsınız? Dubayın məşhur qızıl bazarı gözqamaşdıran mallar arasında öz cəvahirləri, qızıl və gümüş zəncirləri və möhür üzükləri ilə xəzinə axtaranlara xidmət edir. Axtardığınız əşya parıldayırsa və ya göz qamaşdırırsa, onu mütləq ağlabatan qiymətə Dubayda tapa bilərsiniz. Dubay Bələdiyyəsi müntəzəm olaraq bazarda satılan malların orijinallığını yoxlayır. Mağazaları tələsmədən müqayisə edin - haradan almaq qərarını verə bilmirsinizsə, satıcılar qiyməti aşağı salmağa razıdırlar.

Al Dhagaya, Deyra


Gold-Souk


Yetişmiş Bazarlar


Adının mənasına baxmayaraq, Yetişmiş Bazarlar (Ripe Market) tək meyvə-tərəvəz satmır. Cümə günü səhərlər burada əldə hazırlanmış dekorativ bijuteriya, əl çantaları, papaqlar, kəmərlər və daha nələr tapa bilərsiniz. Bazarlar həqiqətən şəhərin yeni fəaliyyətə başlayan dizayner istedadlarının unikal mallarını tapmaq üçün əla yerdir.

Dubayın bir neçə müxtəlif yeri

+971 4 380 7602


Ripe-Market-ragamatazz
Bunlar da xoşunuza gələ bilər
Dubay Qızıl Bazarı
Parıldayan hər şey
Dubay Qızıl Bazarının Xəzinələri
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Dubay küçə üslubu ilə bağlı məsləhətlər
Stil İlahələrini necə gülümsəməyə vadar etmək olar
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Dubay Dəbdəbəli Alış-veriş Təcrübələri
Əlavə bonusları olan alış-veriş
Aksessuarların alış-verişi
Daha İncə detallar
Unikal aksessuarlar üçün haraya getmək olar
Dubay ticarət mərkəzi bələdçisi
Dubayın alış-veriş mərkəzləri
Alış-veriş mərkəzləri şəhərinə xoş gəlmisiniz