Dubai

Dubay Biznes Tədbirləri haqqında

Dubay Bizness Tədbirləri Dubayın rəsmi yığıncaq bürosudur. Bizim əsas məqsədimiz məkanı təbliğ etməklə və əmirlikdə iqtisadi inkişafı, işlərin və biliklərin yaradılmasına yardım edəcək beynəlxalq yığıncaqları, təşəbbüsləri, konfransları və sərgiləri cəlb etməklə Dubayı yüksək keyfiyyətli biznes tədbirləri məkanına çevirməkdir.

Bizim komandamız Dubay haqqında yüksək ixtisaslı biliyə malik olan və beynəlxalq görüşlərin, təşəbbüslərin, konfrans və sərgilərin Əmirliklərdə planlaşdırılmasında beynəlxalq biznes tədbirləri təşkilatçılarına pulsuz və qərəzsiz məsləhət, göstəriş və dəstək verəcək 20 peşəkardan ibarətdir. 

Biz həmçinin Dubayda keçirilən biznes tədbirlərində müsafirlərin sayını artırmağa çalışırıq və Avropada, Asiyada və Amerikada yerləşən beynəlxalq ofislər şəbəkəmiz vasitəsilə yeni işgüzar tədbir imkanları axtarırıq.
Biz şəhərin təklif edə biləcəyi ən yaxşı şeyləri təmsil edən yüzlərlə mehmanxanalarla, görüş yerləri ilə, PCO, DCM və Dubayın digər xidmət provayderləri ilə tərəfdaşlıq edirik. Və BestCities Qlobal Alyansının bir üzvü kimi ən yüksək xidmət səviyyəsinə zəmanət veririk.