Dubai

Səfir Proqramı

Beynəlxalq konfrans üçün tenderdə uğurla qalib gəlmənin ən vacib amillərindən biri güclü və nüfuzlu yerli sahibə malik olmaqdır. Öz sahənizdə lidersinizsə, yaxud beynəlxalq yığıncaqlar və ya konfranslar keçirən çoxmilli təşkilatda və ya assosiasiyada çalışırsınızsa, sizi Al Safeer Proqramı çərçivəsində Dubayın Səfiri olmağa dəvət edirik. Proqram öz peşəkar assosiasiyalarının və qruplarının Dubayda görüşməsinə təsir göstərə biləcək şəxsləri dəstəkləyir.

Öz peşəsində bir çox görkəmli liderlərin yaxşı beynəlxalq əlaqələri vardır və ehtirasla Dubayı dünyanın qalan hissəsinə təbliğ edir. Al Safeer Proqramı Dubayı konfranslar,  qurultaylar, yığıncaqlar, sərgilər, ümumi asambleyalar, təşviqlər, yığıncaqlar, həvəsləndirici təcrübələr və tanıdıcı tədbirlər kimi biznes tədbirləri məkanı kimi beynəlxalq aləmdə təbliğ etmək imkanı verməklə bu enerjidən istifadə edir.

Səfirlər  öz sahələrinin lideri olan, peşəkar nailiyyətləri ilə tanınmış, öz töhfələrinə görə qeyd edilən və Dubayı tədbir məkanı kimi dəstəkləmək həvəsində olan şəxslər hesab olunur. Onlar təbabət, elm, novatorluq və ticarət kimi əsas sənayeləri təmsil edən peşəkar orqanlardan, hökumət və korporasiyalardan cəlb olunurlar.

Səfirlərin səciyyəvi rolu peşəkar bilik, təcrübə sahəsi və əlaqələr nöqteyi nəzərindən fərqlənir. Rolun əksər hissəsi qapıları açmaqdan və biznes imkanlarını təqdim etməkdən ibarətdir. Buraya Dubayın tender təqdim edə biləcəyi potensial biznes tədbirlərinə rəhbərlik etmək, beynəlxalq biznes tədbirlərində təqdimatlar etmək, tenderin hazırlanmasına öz töhfəsini vermək və beynəlxalq şirkət rəhbərlərinə və qərar qəbul edən şəxslərin tədbirlərdə iştirakını təmin etmək daxil ola bilər.

Səfir olma sizə işinizin profilini beynəlxalq həmkarlar arasında qaldırmaq və ən yaxşı regional nailiyyətləri, irəliləyişləri və təcrübəni dünyaya təbliğ etmək şansı verir. Bundan əlavə, o, sizin öz beynəlxalq şəbəkənizi gücləndirə və tədqiqat layihələri və beynəlxalq əməkdaşlıq üçün platforma təchiz edə bilər.

.

Dubay Biznes Tədbirləri təşkilatı Al Safeer Səfirləri üçün tender mərhələsindən başlamış konfrans şəhərdə keçirilənə qədər pulsuz və səciyyəvi dəstək verir. Siz yığıncağınızı Dubaya gətirməklə, şəhərin müvəffəqiyyətini bölüşdürməklə və öz karyeranızı diqqət mərkəzinə çevirməklə bizim inkişaf edən Səfirlər icmamıza qoşula bilərsiniz.

Bu uğurlu proqramın bir hissəsi olmaq istəyirsinizsə, lütfən aşağıdakı şəxslə əlaqə saxlayın:

E-poçt: askdbe@dubaitourim.ae